31 Mart 2026 10:37
177
SİYASƏT
A- A+
Soyqırımı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılır  

Soyqırımı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılır  


31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixində ən faciəli hadisələrdən biridir. Bu tarix keçmişin acı xatirəsi olmaqla yanaşı, eyni zamanda tarixi həqiqətlərin beynəlxalq müstəvidə müdafiəsi və ədalətin bərpası istiqamətində aparılan ardıcıl siyasətin mühüm tərkib hissəsidir.

Tarixin müxtəlif mərhələlərində erməni millətçiləri tərəfindən irəli sürülən mifik “Böyük Ermənistan” ideyası regionda etnik təmizləmə, deportasiya və soyqırımı siyasətinin əsas ideoloji dayağı olmuşdur. Xüsusilə 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin həyata keçirdiyi kütləvi qırğınlar bu siyasətin ən qanlı təzahürlərindən biri kimi yadda qalmışdır.

Həmin dövrdə Bakı şəhərində və ölkəmizin müxtəlif bölgələrində, Qarabağda, Şamaxıda, Qubada, Zəngəzurda, Naxçıvanda və digər ərazilərdə on minlərlə dinc azərbaycanlı yalnız milli və dini mənsubiyyətinə görə amansızlıqla qətlə yetirilmişdir. Yaşayış məntəqələri dağıdılmış, mədəni və dini abidələr məhv edilmiş, insanlar öz doğma yurdlarından didərgin salınmışdır. Bu hadisələr təkcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayətlərdir.

Xüsusi qəddarlıqla törədilən Şamaxı və Quba qırğınları həmin dövrün dəhşətlərini açıq şəkildə nümayiş etdirir. Aparılan tədqiqatlar və aşkar edilmiş kütləvi məzarlıqlar bu faciələrin miqyasının nə qədər geniş və ağır olduğunu bir daha sübut edir. Bu tariximizin qanlı səhifəsi olmaqla yanaşı, həm də unudulmamalı və gələcək nəsillərə çatdırılmalı olan həqiqətdir.

Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra bu hadisələrə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilmişdir. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bu mühüm qərar tarixi həqiqətlərin üzə çıxarılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində yeni mərhələnin başlanğıcı olmuşdur.

Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl siyasət nəticəsində soyqırımı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılır, elmi araşdırmalar genişləndirilir, yeni faktlar üzə çıxarılır və tarixi ədalətin bərpası istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirəm. Xalqımıza qarşı törədilmiş bu ağır cinayətlər heç vaxt unudulmayacaq.


Fatma YILDIRIM,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Soyqırımı cinayətlərini dünyaya çatdırlmalı və gələcək nəsillərə ötürməliyik

12:47
31 Mart

“Airbus” yeni dronu sınaqdan keçirib  

12:31
31 Mart

Bəşər tarixinin qanlı facilələrindən biri

12:30
31 Mart

NASA Aya astronavtlar göndərməyə hazırlıq görür

11:57
31 Mart

Pakistanda silahlılar qaz kəmərini partladıblar  

11:52
31 Mart

31 Mart soyqırımı: Şirvan bölgəsində törədilən vəhşiliklər və Göyçay döyüşlərində qazanılan tarixi qələbə  

11:50
31 Mart

ÜMT: Yer kürəsinin tarazlığı tarixdə ən qeyri-sabit həddə çatıb

11:46
31 Mart

Azərbaycanın ixrac etdiyi pambıq ipliyinin həcmi və dəyəri 3 dəfəyədək artıb  

11:44
31 Mart

Ekspert: Metro şəbəkəsinin genişlənməsi nəqliyyat infrastrukturunu gücləndirəcək

11:43
31 Mart

Xalqımıza qarşı törədilmiş soyqırımlarına beynəlxalq müstəvidə hüquqi-siyasi qiymət verilməlidir   

11:14
31 Mart

Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur 

11:12
31 Mart

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır - “Global Terrorism Index 2026” açıqlandı  

11:04
31 Mart

Soyqırımı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılır  

10:37
31 Mart

Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

10:36
31 Mart

Dünya bazarında qızıl 45 dollar bahalaşıb

10:33
31 Mart

Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib  

10:31
31 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib  

10:29
31 Mart

Əksər bölgələrdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

10:28
31 Mart

Azərbaycan neftinin qiyməti 128 dolları ötüb

10:05
31 Mart

İsrail parlamenti terrorda təqsirləndirilən fələstinlilər üçün ölüm cəzasını təsdiqləyib

10:02
31 Mart

Azərbaycanlıların soyqırımı və tarixi konteksti

09:59
31 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!