31 Mart 2026 11:04
155
CƏMİYYƏT
A- A+
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır - “Global Terrorism Index 2026” açıqlandı  

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır - “Global Terrorism Index 2026” açıqlandı  


“Global Terrorism Index 2026” (GTI) Hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib.

Ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara - 1.Pakistan (8.574), 2.Burkina Faso (8.324), 3.Niger (7.816) daxil edilib.

Qeyd olunan sıralamada Suriya (7.38) 6-cı, İsrail (6.79) 10-cu, Əfqanıstan (6.678) 11-ci, Hindistan (6.428) 13-cü, Rusiya (5.593) 17-ci, İran (5.477) 18-ci, ABŞ (4.521) 28-ci, Almaniya (4.447) 29-cu, Fransa (3.224) 35-ci,  Türkiyə (3,212) 36-cı, Çin (1.311) 54-cü, İsveçrə (0.749) 67-ci, Birləşmiş Ərəb Əmirlikləri (0.749) 68-ci, Gürcüstan (0.506) 77-ci,  Ermənistan (0.483) 81-ci yerdə qərarlaşıb.

Ötən ilin Hesabatına əsasən terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0.233” indekslə 90-cı reytinq mövqeyində olan Azərbaycan 2026-cı ildə üç reytinq də yüksələrək “0.123” indekslə 93-cü yerdə qərarlaşmış, 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə sahiblənmişdir.

“Global Terrorism Index” (GTI) reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə hesablamalara əsaslanır.

İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace - İEP) tərəfindən dövri olaraq açıqlanan “Global Terrorism Index” hesabatları Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı,  digər beynəlxalq təşkilatlar və beynəlxalq akademik institutlar üçün istinad mənbəyi kimi çıxış edir. Hesabatlar eyni zamanda ölkələrə geniş iqtisadi infrastrukturda xarici investisiya yatırımları zamanı nəzərə alınan əsas mənbələrdən hesab olunur.

Beynəlxalq təşkilatların hesabatlarından göründüyü kimi, dini, siyasi, milli və digər zəminlərdə terror-təxribat təhdidlərinin yüksək olduğu kifayət qədər həssas və mürəkkəb geosiyasi məkanda yerləşsə də, uğurlu daxili və xarici dövlət siyasəti nəticəsində bərqərar olmuş inkişaf, əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən görülən effektiv işlər sayəsində Azərbaycan son illər dünyada çox yüksək daxili təhlükəsizlik reytinqinə sahiblənib.

Azərbaycan Respublikası Prezidentinin vurğuladığı kimi, təhlükəsizlik, sabitlik məsələləri hər hansı bir ölkənin gündəliyində heç vaxt olmadığı qədər bir nömrəli məsələ kimi qalmalıdır. Çünki bu olmadan bütün başqa səylər mənasızdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Soyqırımı cinayətlərini dünyaya çatdırlmalı və gələcək nəsillərə ötürməliyik

12:47
31 Mart

“Airbus” yeni dronu sınaqdan keçirib  

12:31
31 Mart

Bəşər tarixinin qanlı facilələrindən biri

12:30
31 Mart

NASA Aya astronavtlar göndərməyə hazırlıq görür

11:57
31 Mart

Pakistanda silahlılar qaz kəmərini partladıblar  

11:52
31 Mart

31 Mart soyqırımı: Şirvan bölgəsində törədilən vəhşiliklər və Göyçay döyüşlərində qazanılan tarixi qələbə  

11:50
31 Mart

ÜMT: Yer kürəsinin tarazlığı tarixdə ən qeyri-sabit həddə çatıb

11:46
31 Mart

Azərbaycanın ixrac etdiyi pambıq ipliyinin həcmi və dəyəri 3 dəfəyədək artıb  

11:44
31 Mart

Ekspert: Metro şəbəkəsinin genişlənməsi nəqliyyat infrastrukturunu gücləndirəcək

11:43
31 Mart

Xalqımıza qarşı törədilmiş soyqırımlarına beynəlxalq müstəvidə hüquqi-siyasi qiymət verilməlidir   

11:14
31 Mart

Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur 

11:12
31 Mart

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır - “Global Terrorism Index 2026” açıqlandı  

11:04
31 Mart

Soyqırımı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılır  

10:37
31 Mart

Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

10:36
31 Mart

Dünya bazarında qızıl 45 dollar bahalaşıb

10:33
31 Mart

Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib  

10:31
31 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib  

10:29
31 Mart

Əksər bölgələrdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

10:28
31 Mart

Azərbaycan neftinin qiyməti 128 dolları ötüb

10:05
31 Mart

Tariximizin faciəvi səhifələrindən biri

10:02
31 Mart

İsrail parlamenti terrorda təqsirləndirilən fələstinlilər üçün ölüm cəzasını təsdiqləyib

10:02
31 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!