31 Avqust 2026 18:40
117
Mədəniyyət
A- A+
Xalq rəssamı: Çingiz Aytmatovun abidəsi Azərbaycan-Qırğızıstan dostluğunun ifadəsidir  

Xalq rəssamı: Çingiz Aytmatovun abidəsi Azərbaycan-Qırğızıstan dostluğunun ifadəsidir  


Azərbaycan-Qırğızıstan münasibətləri tarixən qarşılıqlı hörmət, dostluq və qardaşlıq prinsipləri əsasında inkişaf edib. İki xalqı birləşdirən mənəvi və mədəni dəyərlər ölkələr arasındakı əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev söyləyib. O bildirib ki, görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun Bakıda ucaldılan abidəsi də Azərbaycan-Qırğızıstan dostluğunun və qardaşlığının ifadəsi kimi diqqət çəkir.

Müsahibimiz xatırladıb ki, Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda ucaldılacaq abidənin eskiz layihəsinin hazırlanması üçün Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü il iyunun 15-dən iyulun 31-dək heykəltaraşlar arasında açıq müsabiqə keçirilib: Müsabiqəyə 21 layihə təqdim olunmuşdu. Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyasının qərarı ilə müsabiqədə birinci yerə mənim hazırladığım eskiz layihəsi layiq görülüb. Həmin layihə əsasında hazırlanan bürünc heykəlinin hündürlüyü 3 metrə yaxın, çəkisi isə təqribən 6 ton olub. Abidənin açılışı 2024-cü il aprelin 24-də Bakıda keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iştirak ediblər.

Çingiz Aytmatovun Bakıda abidəsinin ucaldılması iki ölkə arasında yalnız siyasi və iqtisadi deyil, eyni zamanda, humanitar və mədəni əlaqələrin də yüksək səviyyədə inkişaf etdiyini nümayiş etdirən mühüm hadisələrdən biri kimi qiymətləndirilib”.

Professor Natiq Əliyev bildirib ki, Azərbaycan və qırğız xalqlarının ortaq tarixi, milli-mənəvi dəyərləri və ədəbiyyata olan böyük sevgisi bu əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradıb. Çingiz Aytmatovun yaradıcılığı isə bu mənəvi bağların ən parlaq nümunələrindən biri olub. Bakıda ucaldılan abidə də yazıçının yaradıcılıq irsinə ehtiramla yanaşı, Azərbaycan ilə Qırğızıstan arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmliyini əks etdirən mühüm sənət nümunəsi kimi yadda qalıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sentyabr konfransı məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə davam etdirilib  

19:14
31 Avqust

Azərbaycan Şərq-Qərb bağlantısındakı rolunu daha da gücləndirir 

19:08
31 Avqust

Xəzərdən İssık-Kula: müttəfiqlikdən başlayan yeni geosiyasi xətt  

18:50
31 Avqust

Xalq rəssamı: Çingiz Aytmatovun abidəsi Azərbaycan-Qırğızıstan dostluğunun ifadəsidir  

18:40
31 Avqust

Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq genişləndirilir

18:38
31 Avqust

Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir YENİLƏNƏCƏK  

18:35
31 Avqust

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçiriləcək

18:33
31 Avqust

Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun Bazar meydanında inklüziv sərgi-satış yarmarkası təşkil edilib

18:31
31 Avqust

UNEC və Qırğızıstan universitetləri: əməkdaşlıq yeni mərhələdə

18:30
31 Avqust

Şanxaydan Bakıya: Böyük Avrasiyanın Azərbaycan yolu  

18:27
31 Avqust

Magistraturanın boş qalan plan yerləri üzrə müsabiqənin nəticələri açıqlanıb  

18:25
31 Avqust

Budapeştedə Azərbaycan icması ilə görüşdə diaspor fəaliyyətinin prioritetləri diqqət mərkəzində olub  

18:23
31 Avqust

ŞƏT Azərbaycan üçün çoxtərəfli diplomatiyanın imkanlarını genişləndirir

18:20
31 Avqust

Səyyar “ASAN xidmət” avtobusu Qazaxda  

18:15
31 Avqust

ŞƏT çərçivəsində əməkdaşlıq Azərbaycanın maraqlarına cavab verir

18:10
31 Avqust

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub YENİLƏNİB

18:06
31 Avqust

Milli Məclisin sədri Sahibə Qafarova Serbiyada işgüzar səfərdədir

18:05
31 Avqust

İtaliya mediası Azərbaycanın üzləşdiyi mina problemindən yazıb  

18:00
31 Avqust

Türk politoloq : Azərbaycan qlobal geosiyasi proseslərdə təsir imkanlarını genişləndirir  

17:58
31 Avqust

Ekspert: ŞƏT sammitinin gündəliyində dayanıqlı sülhə verilən önəm Cənubi Qafqaz ölkələri üçün əhəmiyyətlidir  

17:56
31 Avqust

İsmayıllı və Ağsu rayon sakinlərinin müraciətləri dinlənilib  

17:54
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!