31 Avqust 2026 16:16
155
Mədəniyyət
A- A+
“Çingiz Aytmatov və Azərbaycan” ensiklopedik cildi hazırlanır 

“Çingiz Aytmatov və Azərbaycan” ensiklopedik cildi hazırlanır 


Azərbaycan və Qırğızıstan arasında ədəbi-elmi əlaqələr son illərdə yeni məzmun və istiqamətlər qazanaraq institusional əməkdaşlıq səviyyəsinə yüksəlir. Müstəqillik dövründə formalaşan qarşılıqlı elmi və ədəbi təmaslar birgə tədqiqatların aparılması, ortaq nəşrlərin hazırlanması və iki xalqın ədəbi-mədəni irsinin qarşılıqlı öyrənilməsi üçün yeni imkanlar yaradıb. Hazırda bu əməkdaşlığın mühüm istiqamətlərindən biri böyük qırğız yazıçısı Çingiz Aytmatovun irsinin Azərbaycanla bağlı aspektlərinin araşdırılmasıdır.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini filologiya elmləri doktoru Mehman Həsənli söyləyib.

O bildirib ki, qarşılıqlı elmi-ədəbi əlaqələr müstəqillik dövrünün yaratdığı imkanlar çərçivəsində yeni elmi əməkdaşlığın qurulmasına və birgə tədqiqatların həyata keçirilməsinə əlverişli şərait yaradıb. 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası ilə Qırğızıstan Milli Elmlər Akademiyası arasında anlaşma memorandumu və Qırğızıstan-Türkiyə Manas Universiteti arasında əməkdaşlıq haqqında Saziş imzalanıb. Hər iki müqavilə birgə tədqiqatların aparılması üçün əsaslı zəmin yaradıb.

Bu gün AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Qırğızıstan Elmlər Akademiyasının Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutu arasında elmi əməkdaşlıq uğurla davam etdirilir və birgə tədqiqat layihələri həyata keçirilir.

Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri “Çingiz Aytmatov Ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildinin hazırlanmasıdır. Ensiklopediyanın Azərbaycan cildi hər iki qurumun əməkdaşlarının iştirakı ilə yazılmaqdadır. Nəşrin 2028-ci ildə - Çingiz Aytmatovun 100 illik yubileyi münasibətilə - həm Azərbaycan, həm də qırğız dillərində işıq üzü görməsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Prime Leasing” Zaqatalaya gəldi

16:43
31 Avqust

Çinin Baş prokuroru Milli Məclisdə olub

16:18
31 Avqust

“Çingiz Aytmatov və Azərbaycan” ensiklopedik cildi hazırlanır 

16:16
31 Avqust

Qlobal təbii qaz tələbatı rekord göstəriciyə çatıb 

16:14
31 Avqust

Keniya nümayəndələri Azərbaycanın mina təhlükəsi ilə mübarizə sahəsində əldə etdiyi təcrübəni öyrənirlər

16:12
31 Avqust

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasında həmrəyliyin mühüm dayağıdır 

16:10
31 Avqust

Azərbaycan–Qırğızıstan əməkdaşlığı: ortaq mənəvi dəyərlərdən akademik tərəfdaşlığa  

16:07
31 Avqust

Qarabağın rəsmi toponimləri beynəlxalq rəqəmsal xəritədə yenilənib

16:05
31 Avqust

TANAP rəqəmsal əkiz texnologiyasının mövcud tətbiqlərindən biridir - HESABAT

16:03
31 Avqust

ŞƏT ilə genişlənən tərəfdaşlıq Azərbaycanın strateji xarici siyasət prioritetlərindən biridir 

16:00
31 Avqust

ABŞ-nin Konqres Kitabxanasına Azərbaycan haqqında nəşrlər hədiyyə edilib

15:23
31 Avqust

İslandiya Aİ-yə üzvlük məsələsinə son qoydu

15:20
31 Avqust

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilir YENİLƏNƏCƏK 

15:19
31 Avqust

İt dişləməsi nəticəsində burun toxumasını itirən pasiyent üzərində əməliyyat uğurla icra olunub

15:17
31 Avqust

Naxçıvan şəhərində yaşayış binasında yanğın olub

15:15
31 Avqust

Avropada qazın qiyməti 2023-cü ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

15:13
31 Avqust

İstanbulda Məkkə Sazişinə dair mühüm toplantı

15:10
31 Avqust

Azərbaycan-ŞƏT əlaqələri geniş müstəvidə əməkdaşlığa təkan verir

15:02
31 Avqust

Şərq-Qərb yolunun Azərbaycan qovşağı

14:57
31 Avqust

Azərbaycan-ŞƏT tərəfdaşlığının strateji perspektivləri 

14:54
31 Avqust

Çinin avia nəhəngləri ağır zərbə aldı: milyardlarla yuan havaya sovruldu

14:42
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!