31 Avqust 2026 18:00
148
SİYASƏT
A- A+
İtaliya mediası Azərbaycanın üzləşdiyi mina problemindən yazıb  

İtaliya mediası Azərbaycanın üzləşdiyi mina problemindən yazıb  


İtaliyanın aparıcı media resursları Azərbaycanın işğaldan azad olunan ərazilərindəki mina problemi ilə bağlı məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, “Agenzia Nova”, “Kmetro” və “Notizie Geopolitiche” kimi saytların və xəbər portallarının yaydığı materiallarda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə sentyabrın 2-3-də Bakıda “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: təhlükəsiz yaşayış məntəqələri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransının keçiriləcəyi bildirilir. Konfrans dövlət qurumlarının nümayəndələrini, beynəlxalq təşkilatları, donorları, minatəmizləmə sahəsində fəaliyyət göstərən qurumları, ekspertləri və digər maraqlı tərəfləri bir araya gətirəcək.

Vurğulanır ki, Azərbaycanın beynəlxalq ictimaiyyətə çatdırmaq istədiyi mesaj sadə, lakin mühüm əhəmiyyət daşıyır: ərazilərin təhlükəsizliyi təmin edilmədən həqiqi yenidənqurma mümkün deyil. Bildirilir ki, Cənubi Qafqazda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi son illərdə, o cümlədən 2025-ci ilin avqustunda Sülh sazişinin mətninin paraflanması ilə bağlı əhəmiyyətli irəliləyişlərlə müşayiət olunub. Lakin sülhün qurulması və ərazilərin məskunlaşdırılması son dərəcə konkret bir problemlə üz-üzədir: insanların mina partlayışına məruz qalmaq təhlükəsi olmadan öz evlərinə qayıda bilməsi.

Birləşmiş Millətlər Təşkilatı uzun müddətdir vurğulayır ki, minalara qarşı fəaliyyət yalnız partlayıcı qurğuların ərazilərdən çıxarılmasından ibarət deyil. Bu fəaliyyət insanların üzləşdiyi risklərin azaldılmasını, mina qurbanlarına yardım göstərilməsini, sabitlik və dayanıqlı inkişaf üçün zəruri şəraitin yaradılmasını da əhatə edir. Məhz bu baxımdan Bakıda keçiriləcək konfrans xüsusi əhəmiyyət daşıyır.

Ötən ilin aprelində İtaliyada, Senatda keçirilmiş “Minatəmizləmə: təhlükənin qarşısını almaq, gələcəyi yenidən qurmaq. Azərbaycanın baxışı” adlı konfransda da müharibədən sonrakı mürəkkəb vəziyyət və azad edilmiş ərazilərdə məskunlaşma ilə bağlı gündəlik çətinliklər diqqət mərkəzində olub. Bakıda keçiriləcək IV Beynəlxalq Minatəmizləmə Konfransının məqsədi minatəmizləməyə yenidənqurmadan ayrı, təcrid olunmuş fəaliyyət kimi yanaşmaq deyil. Əksinə, burada yeni yanaşmanın formalaşdırılması və ərazilərin təmizlənməsi, şəhərsalma və inkişaf arasındakı birbaşa əlaqənin önə çıxarılması nəzərdə tutulur. Problemin miqyası minalara qarşı fəaliyyət sahəsində texnoloji transformasiyanı da sürətləndirir. Pilotsuz uçuş aparatları, rəqəmsal xəritələşdirmə sistemləri, məlumatların təhlili, süni intellekt və ixtisaslaşdırılmış texnikalar əməliyyatların daha sürətli, dəqiq və təhlükəsiz həyata keçirilməsinin yeni yollarının axtarışında mühüm vasitələrə çevrilir. Azərbaycan bu inkişafın beynəlxalq müstəvidə təşviqinə də investisiya qoyur. 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və ANAMA minalara qarşı fəaliyyət üzrə Beynəlxalq Mükəmməllik və Təlim Mərkəzinin yaradılması ilə bağlı niyyət bəyanatı imzalayıblar. Mərkəzin təlim, innovasiya və təcrübə mübadiləsi platforması kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Məqsəd sahədə qazanılan təcrübəni ortaq biliyə çevirməkdir: bir ərazinin təmizlənməsi zamanı öyrənilənlər müharibə və münaqişədən çıxan digər ölkələrdə faydalı bir bacarıq ola bilər.

Məqalədə qeyd olunur ki, müharibələr atəşin dayandırılması ilə həqiqətən başa çatmır. Hərbi əməliyyatlar dayandırılır, razılaşmalar əldə oluna, danışıqlar başlaya və diplomatiya yenidən sülhdən danışa bilər. Lakin çox vaxt Yer səthin altında, minalarla və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərdə, tarlalarda, yolların kənarlarında, yaşayış evlərinin yaxınlığında, kənd təsərrüfatı sahələrində, hətta icmanın yaddaşını və gündəlik həyatını təcəssüm etdirən məkanlarda gizlənən daim mövcud təhlükə qalmaqda davam edir. Münaqişədən sonrakı dövrdə Azərbaycanın qarşısında duran ən mürəkkəb vəzifələrdən biri də məhz budur: hərbi əməliyyatların başa çatmasını insanların təhlükəsiz şəkildə yaşaya biləcəyi real sülhə çevirmək.

Xatırladılır ki, 1991-ci ildən etibarən minalar və partlamamış hərbi sursatlar nəticəsində 3500 mindən çox insan həlak olub və ya yaralanıb. Onlardan 362-si uşaqlar və gənclər, 38 nəfəri isə qadınlardır. Bu rəqəmlər mina çirklənməsinin yerli əhali üçün yaratdığı ağır humanitar nəticələri göstərir. Yalnız 2020-ci ilin noyabrından etibarən mina və partlayıcı sursatlarla bağlı hadisələr nəticəsində 437 nəfər zərər çəkib, onlardan 73-ü həyatını itirib, 364 nəfər isə yaralanıb. Azərbaycanın təxminən 11 min 667 kvadratkilometr ərazisi minalar və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş vəziyyətdədir. Bu reallıq minalara qarşı humanitar fəaliyyətin ərazilərin yenidən qurulması, təhlükəsiz qayıdış və sosial-iqtisadi inkişaf layihələrinin həyata keçirilməsi üçün zəruri ilkin şərtə çevrilməsinə səbəb olub. Təxminən 800 min keçmiş məcburi köçkünün öz doğma torpaqlarına qayıdışı hələ də mina çirklənməsi səbəbindən çətinləşir.

Bununla yanaşı, bu istiqamətdə əhəmiyyətli irəliləyişlər əldə edilib. 2020-ci ilin noyabrından etibarən 297 min hektardan çox ərazi minalardan və partlayıcı sursatlardan təmizlənib, 259 min 344 partlayıcı qurğu, o cümlədən 192 min 329 partlamamış hərbi sursat və 67 min 15 piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərin işğaldan azad edilməsindən sonra həyata keçirilən “Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı” çərçivəsində bu günədək təxminən 40 min keçmiş məcburi köçkün doğma torpaqlarına qayıdıb. Hazırda Qarabağ və Şərqi Zəngəzurda təxminən 90 min insan yaşayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzərdən İssık-Kula: müttəfiqlikdən başlayan yeni geosiyasi xətt  

18:50
31 Avqust

Xalq rəssamı: Çingiz Aytmatovun abidəsi Azərbaycan-Qırğızıstan dostluğunun ifadəsidir  

18:40
31 Avqust

Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq genişləndirilir

18:38
31 Avqust

Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir YENİLƏNƏCƏK  

18:35
31 Avqust

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçiriləcək

18:33
31 Avqust

Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun Bazar meydanında inklüziv sərgi-satış yarmarkası təşkil edilib

18:31
31 Avqust

UNEC və Qırğızıstan universitetləri: əməkdaşlıq yeni mərhələdə

18:30
31 Avqust

Şanxaydan Bakıya: Böyük Avrasiyanın Azərbaycan yolu  

18:27
31 Avqust

Magistraturanın boş qalan plan yerləri üzrə müsabiqənin nəticələri açıqlanıb  

18:25
31 Avqust

Budapeştedə Azərbaycan icması ilə görüşdə diaspor fəaliyyətinin prioritetləri diqqət mərkəzində olub  

18:23
31 Avqust

ŞƏT Azərbaycan üçün çoxtərəfli diplomatiyanın imkanlarını genişləndirir

18:20
31 Avqust

Səyyar “ASAN xidmət” avtobusu Qazaxda  

18:15
31 Avqust

ŞƏT çərçivəsində əməkdaşlıq Azərbaycanın maraqlarına cavab verir

18:10
31 Avqust

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub YENİLƏNƏCƏK  

18:06
31 Avqust

Milli Məclisin sədri Sahibə Qafarova Serbiyada işgüzar səfərdədir

18:05
31 Avqust

İtaliya mediası Azərbaycanın üzləşdiyi mina problemindən yazıb  

18:00
31 Avqust

Türk politoloq : Azərbaycan qlobal geosiyasi proseslərdə təsir imkanlarını genişləndirir  

17:58
31 Avqust

Ekspert: ŞƏT sammitinin gündəliyində dayanıqlı sülhə verilən önəm Cənubi Qafqaz ölkələri üçün əhəmiyyətlidir  

17:56
31 Avqust

İsmayıllı və Ağsu rayon sakinlərinin müraciətləri dinlənilib  

17:54
31 Avqust

“Prime Leasing” Zaqatalaya gəldi

16:43
31 Avqust

Çinin Baş prokuroru Milli Məclisdə olub

16:18
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!