31 Avqust 2026 17:58
152
SİYASƏT
A- A+
Türk politoloq : Azərbaycan qlobal geosiyasi proseslərdə təsir imkanlarını genişləndirir  

Türk politoloq : Azərbaycan qlobal geosiyasi proseslərdə təsir imkanlarını genişləndirir  


Azərbaycan ilə Türkiyə arasında Qarabağ Zəfərindən sonra formalaşan güclü sinerji müxtəlif sahələrdə mühüm nəticələri və yeni geosiyasi reallıqları ortaya çıxır. Azərbaycan əvvəlki dövrlərdə əsasən öz regionu çərçivəsində siyasət həyata keçirən ölkə kimi qəbul olunurdusa, bu gün həm Yaxın Şərqdə, həm Şərqi Aralıq dənizində, həm də Mərkəzi Asiyada fəallığını artıran və təsir imkanlarını genişləndirən mühüm regional gücə çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk politoloq Hüsamettin İnanç bildirib.

Politoloq qeyd edib ki, Azərbaycan-Türkiyə əməkdaşlığının yaratdığı imkanların genişlənməsi olduqca mühüm və sevindirici haldır. Azərbaycan yeni geosiyasi və enerji layihələrində daha fəal iştirak edir. Azərbaycan Suriya istiqamətində təbii qaz təchizatında rol alan ölkəyə çevrilib.

“Hazırda Şanxay Əməkdaşlıq Təşkilatının toplantısının keçirilməsi də gündəmin mühüm məsələlərindən biridir. Şanxay Əməkdaşlıq Təşkilatı ilə “Məkkə İttifaqı” arasında əlaqənin formalaşması perspektivi ortaya çıxıb. Bu prosesdə Azərbaycanın mühüm rol oynayacağı aydındır”, – deyə H.İnanç vurğulayıb.

O bildirib ki, Cənubi Qafqazda son dövrdə formalaşan geosiyasi mənzərə də diqqətəlayiqdir: “Türkiyə ilə Azərbaycanın yaratdığı müttəfiqlik modelinə qarşı Hindistan, Cənubi Kipr və Yunanıstanın müəyyən əməkdaşlıq istiqamətləri formalaşdırması regionda rəqabət və qarşıdurma elementlərini daha qabarıq şəkildə üzə çıxarır. Belə bir şəraitdə Azərbaycan öz geosiyasi mövqeyini daha da gücləndirir və Cənubi Qafqazda lider dövlətə çevrilir. Azərbaycan həm Uzaq Şərqdə, həm Yaxın Şərqdə, həm də Afrikada öz siyasi və iqtisadi təsir imkanlarını genişləndirdikcə, təbii olaraq Orta Dəhliz məsələsində daha fəal və əhəmiyyətli ölkəyə çevriləcək. Bu baxımdan Çinin rolu xüsusi əhəmiyyət daşıyır. Çin dünya siyasətində əsasən yumşaq güc vasitələrindən istifadə etməklə təsir imkanlarını genişləndirsə də, eyni zamanda, qlobal siyasi və iqtisadi proseslərin istiqamətinə ciddi təsir göstərən mühüm aktordur. Azərbaycanın Orta Dəhlizin ən mühüm nöqtələrindən birində yerləşməsi, həm Aralıq dənizində, həm Qara dənizdə, həm Yaxın Şərqdə, həm Balkanlarda, həm də Afrikada siyasi əlaqələrini inkişaf etdirməsi Çinin bu marşrutdan istifadə imkanlarını genişləndirə bilər. Azərbaycanın müxtəlif coğrafiyalarda fəallaşması Çin investisiyalarının və tranzit imkanlarının daha səmərəli şəkildə istiqamətləndirilməsi baxımından da əhəmiyyətlidir. Orta Dəhliz təkcə yükdaşımalar üçün marşrut deyil, həm də enerji və müxtəlif iqtisadi resursların dünya bazarlarına çıxarılmasını təmin edən strateji bağlantıdır. Azərbaycan gün keçdikcə güclənən, institusional və iqtisadi infrastrukturunu inkişaf etdirən, müdafiə və təhlükəsizlik arxitekturasında daha fəal rol oynayan ölkəyə çevrilir. Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi təlimlər və təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi də Azərbaycanın bu istiqamətdəki rolunun artdığını göstərir”.

Azərbaycanın dünyaya açıq-aydın və sülh xarakterli mesajlar verməsinin, mövqeyinin və siyasi kursunun konkret, ardıcıl olmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayan H.İnanç əlavə edib: “Bu yanaşma digər türk dövlətləri üçün də ciddi nümunə təşkil edir. Bu baxımdan Azərbaycan artıq regionun parlayan ulduzuna çevrilib. Bu proses Pekindən Londona qədər uzanan “Bir kəmər, bir yol” təşəbbüsünün daha da güclənməsinə və Orta Dəhlizin alternativ və etibarlı marşrut kimi üstünlük qazanmasına mühüm təsir göstərə bilər. Azərbaycan-Türkiyə ittifaqı iki ölkənin qura biləcəyi əməkdaşlığın ən yüksək mərhələsinə çatıb. Hətta Şuşa Bəyannaməsi belə bu ittifaqın bütün miqyasını və potensialını tam ifadə etmək üçün kifayət etmir. Bu gün biz hər iki ölkənin töhfəsi ilə Türk dünyasının Yaxın Şərqlə daha sıx əlaqələndiyi, “Məkkə İttifaqı” ilə Türk Dövlətləri Təşkilatı arasında daha güclü bağların formalaşdığı, regionun yeni geosiyasi reallıqlar əsasında yenidən şəkilləndiyi bir prosesin şahidiyik”.

Politoloq deyib ki, belə bir əməkdaşlıq modeli regiondankənar aktorların Cənubi Qafqazda sabitliyi pozmaq və qeyri-sabitlik yaratmaq imkanlarını da məhdudlaşdıran mühüm çəkindirici amilə çevrilə bilər. “Türkiyə və Azərbaycanın birgə fəaliyyətinin yaratdığı bu yeni geosiyasi və təhlükəsizlik arxitekturasının regionda sabitliyə, əməkdaşlığa və uzunmüddətli tərəfdaşlığa xidmət etməsi baxımından böyük əhəmiyyət daşıdığını düşünürəm və bu prosesdən böyük məmnunluq duyuram”, - deyə H.İnanç bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzərdən İssık-Kula: müttəfiqlikdən başlayan yeni geosiyasi xətt  

18:50
31 Avqust

Xalq rəssamı: Çingiz Aytmatovun abidəsi Azərbaycan-Qırğızıstan dostluğunun ifadəsidir  

18:40
31 Avqust

Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq genişləndirilir

18:38
31 Avqust

Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir YENİLƏNƏCƏK  

18:35
31 Avqust

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçiriləcək

18:33
31 Avqust

Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun Bazar meydanında inklüziv sərgi-satış yarmarkası təşkil edilib

18:31
31 Avqust

UNEC və Qırğızıstan universitetləri: əməkdaşlıq yeni mərhələdə

18:30
31 Avqust

Şanxaydan Bakıya: Böyük Avrasiyanın Azərbaycan yolu  

18:27
31 Avqust

Magistraturanın boş qalan plan yerləri üzrə müsabiqənin nəticələri açıqlanıb  

18:25
31 Avqust

Budapeştedə Azərbaycan icması ilə görüşdə diaspor fəaliyyətinin prioritetləri diqqət mərkəzində olub  

18:23
31 Avqust

ŞƏT Azərbaycan üçün çoxtərəfli diplomatiyanın imkanlarını genişləndirir

18:20
31 Avqust

Səyyar “ASAN xidmət” avtobusu Qazaxda  

18:15
31 Avqust

ŞƏT çərçivəsində əməkdaşlıq Azərbaycanın maraqlarına cavab verir

18:10
31 Avqust

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub YENİLƏNƏCƏK  

18:06
31 Avqust

Milli Məclisin sədri Sahibə Qafarova Serbiyada işgüzar səfərdədir

18:05
31 Avqust

İtaliya mediası Azərbaycanın üzləşdiyi mina problemindən yazıb  

18:00
31 Avqust

Türk politoloq : Azərbaycan qlobal geosiyasi proseslərdə təsir imkanlarını genişləndirir  

17:58
31 Avqust

Ekspert: ŞƏT sammitinin gündəliyində dayanıqlı sülhə verilən önəm Cənubi Qafqaz ölkələri üçün əhəmiyyətlidir  

17:56
31 Avqust

İsmayıllı və Ağsu rayon sakinlərinin müraciətləri dinlənilib  

17:54
31 Avqust

“Prime Leasing” Zaqatalaya gəldi

16:43
31 Avqust

Çinin Baş prokuroru Milli Məclisdə olub

16:18
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!