27 Dekabr 2025 08:50
1672
Oxucu məktubları
A- A+
Vətən kəlməsi ilə başlayan ömür

Vətən kəlməsi ilə başlayan ömür


Cahangir Dadaşov 1995-ci ilin payızında  Sumqayıtda anadan olub. 39 saylı tam orta məktəbin şagirdi olan Cahangir hələ yeniyetməlik illərindən çevikliyi, vətənpərvərliyi ilə seçilib. Məktəb illəri onun üçün həm də xarakterinin formalaşdığı, gələcək həyat yolunun aydınlaşdığı illər olub.

2016-cı ilin iyulunda Cahangirin həyatında tamam başqa bir səhifə açılıb. O, vətənə xidmət etməyə başlayıb. Nişançı, motoatıcı, kəşfiyyatçı kimi yetişən  Cahangir hərbin sirlərini öyrənib.

2020-ci ilin payızında Azərbaycanın tarixi yenidən yazıldı. Xalqın taleyini dəyişən, millətin birliyini möhkəmləndirən 44 günlük Vətən müharibəsi başladı. Cahangir də minlərlə igid kimi vətən çağırışına ilk cavab verənlərdən oldu. O, Füzuli istiqamətində döyüşə atıldı, ayağından güllə yarası aldı, lakin iradəsi qırılmadı. O, müalicəsini qurtaran kimi yenidən döyüşlərə qatıldı. 

Oktyabrın 30-da düşmən minaatanı partlayanda hər iki qulağında pərdələr zədələnsə də, o, yenə döyüş meydanını tərk etmədi. Sol ayağından qəlpə yarası aldı, yenə də inadından dönmədi.

Cahangirin fədakarlığı və igidliyi dövlət tərəfindən yüksək qiymətləndirilib. O, "Vətən müharibəsinin iştirakçısı", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "Hərbi xidmətdə fərqlənməyə görə", "Azərbaycan Ordusunun 100 illiyi" medalları ilə təltif edilib. Sinəsində gəzdirdiyi hər medal Cahangir üçün sadəcə metal parçası deyil. Onlar  şücaətin, əzmin və vətən sevgisinin nişanəsidir.

Bu gün Cahangir Dadaşovun adı onun yaşadığı həyətdə, xidmət etdiyi bölmədə, döyüş yoldaşlarının yaddaşında qürurla çəkilir. O, ömür boyu daşıyacağı yaralarına baxmayaraq, bu gün də güclüdür, səbrli və məğrurdur. Onun keçdiyi yol  bir gəncin həyat hekayəsidir. Bu hekayənin ilk sətri isə vətən kəlməsi ilə başlayır. 


İsmayıl ƏLİZADƏ,

Sumqayıt şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ankara ilə Afina arasında əməkdaşlığın inkişafı müzakirə ediləcək

15:34
10 Fevral

Tədqiqat: İnfeksion xəstəliklərdən ölüm hallarının 10 faizi piylənmə ilə bağlıdır  

15:33
10 Fevral

Yağıntılı və küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA

15:32
10 Fevral

Fərid Cəfərov: “Kinematoqrafiya haqqında” yeni qanunun qəbulu bu sahənin inkişafına böyük təkan verəcək  

15:31
10 Fevral

BVF-nin missiyası ilə pensiya islahatları və əmək bazarındakı yeniliklər müzakirə olunub

15:07
10 Fevral

Lamiyə Vəliyeva yeni ölkə rekordu müəyyənləşdirib

14:57
10 Fevral

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

14:56
10 Fevral

Azərbaycan və ABŞ arasında süni intellekt sahəsində əməkdaşlıq müzakirə olunub  

14:53
10 Fevral

Sabah hava yağıntılı olacaq, bəzi yollar buz bağlayacaq 

14:49
10 Fevral

Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını təsdiqləyib 

14:48
10 Fevral

“Yol hərəkəti” və “Avtomobil yolları” haqqında qanunlara dəyişikliklər müzakirə olunur 

14:42
10 Fevral

"İnvestisiya fəaliyyəti haqqında" Qanunda dəyişiklik layihəsi plenar iclasa tövsiyə edilib  

14:35
10 Fevral

"Kinematoqrafiya haqqında” Qanun dəyişir

14:23
10 Fevral

Donald Tramp ABŞ və Kanada arasında körpünün açılışını əngəlləyə bilər

14:21
10 Fevral

Azərbaycan və ABŞ arasında ticarət və strateji əməkdaşlıq müzakirə edilib  

14:15
10 Fevral

Nazirlik: Pensiya təminatı üçün ayrılan illik vəsait bu il 7 milyard 993 milyon manata çatıb  

14:13
10 Fevral

Dövlət Agentliyi ötən ilin hesabatını açıqlayıb

13:46
10 Fevral

“Təhsil haqqında” Qanuna dəyişiklik edilir

13:37
10 Fevral

Azərbaycan-Meksika dostluq əlaqələri müzakirə olunub

13:33
10 Fevral

Milli Məclis “Patent haqqında” Qanuna dəyişiklikləri təsdiqlədi

13:18
10 Fevral

AQTA-nın “Sağlam məktəbli” layihəsi Ağalıda

13:14
10 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!