05 Avqust 2022 01:09
1196
CƏMİYYƏT
A- A+
Unudulmayan dostluq

Unudulmayan dostluq

 

Salyan rayonu 44 günlük Vətən müharibəsində 60 şəhid verib. Onların hər birinin xatirəsi əziz tutulur. Adlarının əbədiləşdirilməsi üçün şəhərdə, rayonun qəsəbə və kəndlərində abidələri ucaldılmış, xatirələrinə bulaqlar tikilmiş, adlarına məktəblər, küçələr verilmişdir.

Bunlarla bərabər, Salyan şəhərinin müxtəlif ünvanlarında şəhidlərin şəkilləri böyüdülərək xüsusi lövhələrdə yerləşdirilmişdir. Belə ünvanlardan biri X.R.Ulutürk küçəsi 31-dir. Bura şəhərin ən gur yeridir. Hər gün minlərlə adam bu ünvandan keçib gedir. Hər biri də lövhə önündə dayanıb şəhidlərin xatirəsini yad edir, ruhlarına dualar oxuyur. Sözügedən ünvanda yaradılan xatirə lövhəsinin təşəbbüskarı Ceyhun Manafovdur. Onun iş yeri də elə burada yerləşən kommersiya şəbəkəsindədir.

Ceyhunla söhbət edirik. Lövhədə şəkli yerləşdirilən hər bir şəhidin haqqında məlumat verir. Şəkli başda qoyulmuş Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılov haqqında isə həyəcansız danışa bilmir: "Orta məktəbdə oxuyarkən boks məşqlərinə gedirdim. Sübhanla da elə orada tanış olmuşduq, - deyə söhbətinə davam edir, - ucaboylu, cüssəli oğlan idi. Fəndləri yaxşı öyrəndiyi və qolu güclü olduğu üçün hamımızı "döyürdü". Rayon mərkəzindən 7-8 kilometr aralıda yerləşən Marışlı kəndindən gəlirdi. Buna baxmayaraq, heç vaxt məşqlərə gecikməzdi.

Rayon üzrə keçirilən boks yarışlarında həmişə birinci yeri tutar, fəxri fərmanlar, diplomlar, hədiyyələr alardı. Orta məktəbi bitirib hərəmiz bir işin dalınca getdik. Mən indiki İqtisad Universitetinə qəbul olundum. Sübhan isə bir ildən sonra əsgərliyə getdi. Artıq o vaxt mobil telefonlar çıxmışdı. Bir-birimizlə əlaqə saxlayırdıq. Hərbi xidmətdə olarkən hərbi işi özünə peşə seçəcəyini, həyatını birdəfəlik Vətənə xidmətə həsr edəcəyini, erməniləri torpaqlarımızdan qovub çıxaracağını bildirirdi".

Sübhan Cəbrayılov 1983-cü il oktyabr ayının 23-də Salyan rayonunun Marışlı kəndində kolxozçu ailəsində dünyaya göz açıb. 2001-ci ildə Salyan Hərbi Komissarlığından əsgərliyə yola düşüb. "N" saylı hərbi hissədə xidmət edərkən nümunəvi əsgər kimi komandirləri tərəfindən verilən hər bir tapşırığı vaxtında və keyfiyyətlə yerinə yetirib. Bu vərdişləri özündə tərbiyə etməklə yanaşı, idmanı da yaddan çıxarmır. Xüsusi Təyinatlı Qoşun hissəsində xidmətin tələblərinə cavab vermək üçün çalışır və bu məqsədlə müvafiq kurslara yazılır. Kiçik gizir rütbəsi alır. Əsgəri xidmətini başa vuraraq, verdiyi qərarın üstündə dayanır: Xüsusi Təyinatlı Qoşun alayında xidməti fəaliyyətə başlayır. Çox çəkmir, kiçik gizir S. Cəbrayılova gizir və baş gizir hərbi rütbəsi verilir. Xüsusi Təyinatlıların kəşfiyyatçısı kimi üzərində məsuliyyətlə çalışır. Rus və erməni dillərini öyrənir.

18 illik hərbçi ömrü yaşayan S.Cəbrayılov həm komandirləri, həm də tabeliyində olan əsgərlər arasında böyük hörmət qazanır.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan və Ermənistan hərbi qüvvələri arasında cəbhənin Tərtər-Cəbrayıl-Füzuli istiqamətlərində qızğın döyüşlər başlayır. Hərb tariximizə qəhrəmanlıq salnaməsi kimi düşən bu döyüş 44 günlük Vətən müharibəsindəki qələbəmizin ilk sınağı idi. Həmin döyüşlərdə S.Cəbrayılov da yüksək şücaəti ilə fərqlənir. Aprel döyüşlərindən sonra igidlik göstərən zabit və əsgərlərimizlə görüşən ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev böyük çavuş S.Cəbrayılova hədiyyə olaraq qol saatı bağışlayır.

S.Cəbrayılov hər sahədə nümunəvi olub. Vətən eşqiylə yanan gənc, sevməyi, sevgiyə qiymət verməyi, onu həmişə qorumağı bacarıb. Hələ orta məktəbdə oxuyarkən qonşularına Salyan şəhərindən Sevda adlı bir qız gəlib-gedərmiş. Bir könüldən min könülə aşiq olur bu qıza. Evlənmək vaxtı gələndə fikrini evdəkilərə bildirir. Qızın valideynləri bu işə razılıq vermək istəmirlər. Lakin Sübhanın qətiyyəti, böyük sevgisi bu maneəni aşıb keçir. Xidmət etdiyi hərbi hissə Xızı rayonu ərazisində yerləşdiyindən ata-anasının, qardaşlarının köməyi ilə Sumqayıt şəhərində 1 otaqlı mənzil alıb yoldaşını da ora aparır. Aylar, illər bir-birini əvəz edir. Onların 2 övladları dünyaya gəlir. 2008-ci ilin 14 yanvarında doğulan oğluna atasının adını yaşatmaq üçün Rahim adını verir. 2010-cu ilin 28 mayında dünyaya gələn qızına Fidan adını yaraşdırır.

2020-ci il sentyabrın 27-də Ermənistanın təcavüzkar quldur birləşmələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrimizə iriçaplı silahlar, minaatanlar və artilleriya qurğularından intensiv atəşə tuturlar. Ordumuz heç vaxt görünməyən əks-hücum əməliyyatına başlayır. Xüsusi Təyinatlı Qüvvələrin baş giziri S. Cəbrayılov əvvəlcə Füzuli rayonu istiqamətində gedən qanlı döyüşlərə atılır. İldırım sürətilə hücuma keçən ordumuzun həmlələri nəticəsində 27 sentyabr günü Füzulinin 5 yaşayış məntəqəsi: Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, Kənd Horadiz, Qaraxanbəyli və Qaravənd işğaldan azad edilir. Qəhrəmanımızın döyüşdüyü tabor bundan sonra döyüş zonasındakı bir neçə əlverişli mövqeləri ələ keçirir. Müharibə itkisiz olmur. S.Cəbrayılov bir neçə döyüşçü yoldaşını itirir. Bu isə onun qəzəbini, intiqam hissini daha da artırır.

Sonrakı mərhələdə S.Cəbrayılovun döyüşdüyü 40 nəfərdən ibarət qrup oktyabrın 19-da strateji əhəmiyyətli Laçın dəhlizini ələ keçirmək üçün hücum əməliyyatı aparmalı olur. Öncə Qubadlı rayonu istiqamətində əlverişli mövqeləri tutmaq lazım idi. 7 saat davam edən döyüş zamanı Xüsusi Təyinatlıların 4 nəfər igid döyüşçüsü: baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev şəhid olurlar. S. Cəbrayılov oktyabr ayının 23-də, doğum günündə Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olunur.

Göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Sübhan Cəbrayılova Vətən Müharibəsi Qəhrəmanı adı verilmişdir. S.Cəbrayılov 26 iyun 2008-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" ilə bağlı yubiley, 26 iyun 2012-ci ildə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, 26 iyun 2013-cü ildə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" ilə bağlı yubiley, 26 iyun 2017-ci ildə "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, 26 iyun 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" ilə bağlı yubiley, 15 dekabr 2020-ci ildə "Cəbrayılın azad olunmasına görə", 24 iyun 2021-ci ildə "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Vətən Müharibəsi Qəhrəmanının dostu Ceyhunun atası Bəylər kişi ilə Salyan rayonunun Marışlı kəndinə - Sübhan Cəbrayılovun ata ocağına baş çəkirik. Həyət darvazasının hər iki tərəfində qəhrəmanın böyüdülmüş, müxtəlif ölçüdə şəkilləri, təltif olunduğu mükafatların fotosu diqqətimizi cəlb edir. Bəylər kişi Vətən Müharibəsi Qəhrəmanının anası Ləzifə ana, bacısı Kəmalə xanımla bizi tanış edir. Geniş bir otaqda qoyulmuş divanda əyləşirik. Otaqda S.Cəbrayılovun ömür və döyüş yolunu əks etdirən çoxlu sayda fotoşəkillər, hələ uşaq ikən boks yarışlarında aldığı hədiyyələr, vımpellər, fəxri fərmanlar yer almışdır.

Ləzifə anadan Sübhan haqqında danışmağı xahiş edirik. Gözləri yol çəkir. Xəyalı onu keçmiş aylara, illərə aparır. Titrək səslə deyir: "Uşaqlıqdan zirəng idi, qeyrətli idi, zəhmətkeş idi. Təsərrüfat işlərində bizə çox kömək edərdi. Vətəninə hədsiz dərəcədə bağlı idi. Ermənilərin azğınlığına heç cürə dözə bilmirdi. Buna görə də hərbçi olmağı özünə peşə seçdi. Oğul itkisi ağırdır. Ancaq neyləmək olar?! Təsəllimiz odur ki, Vətən, torpaq yolunda həyatdan getdi, şəhid oldu. Sağ olsun dövlətimiz, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev, elimiz-obamız. Ailəsinə Sumqayıtda yaxşı ev verilib. Yüksək pensiya ilə təmin olunublar. Hamımız onunla fəxr edirik".

Bu gün Salyanda Sübhan Cəbrayılov küçəsi var. Buradakı peşə liseyi də onun adını daşıyır.

"İgid ölər, adı qalar", - deyiblər. Göründüyü kimi, Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun adı Azərbaycanın hərb tarixində, eləcə də qədirbilən xalqımızın xatirəsində həmişə yaşayacaqdır.

 

Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!