17 May 2026 10:18
64
İQTİSADİYYAT
A- A+
UN-Habitat Assambleyasının prezidenti: Dayanıqlı şəhərlərin qurulmasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır

UN-Habitat Assambleyasının prezidenti: Dayanıqlı şəhərlərin qurulmasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır


Biz yalnız qlobal mesajlar verməklə kifayətlənməməliyik. Yeni şəhərsalma gündəliyini yerlərdə tətbiq etməli, real nəticələr əldə etməliyik. Bunun üçün həm dövlət, həm də yerli səviyyədə koordinasiyalı fəaliyyət vacibdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti, Malayziyanın mənzil və yerli idarəetmə naziri Nga Kor Minq Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşündəki çıxış zamanı söyləyib.

Nazir qeyd edib ki, qarşıdakı 10 il urbanizasiya siyasətinin uğurlu icrası baxımından xüsusi əhəmiyyət daşıyır. Bu dövrdə yüksəksəviyyəli görüşlərin keçirilməsi, mühüm təşəbbüslərin irəli sürülməsi və konkret fəaliyyət planlarının hazırlanması əsas prioritetlərdən biri olacaq.

UN-Habitat Assambleyasının prezidenti diqqətə çatdırıb ki, assambleya şəhərsalma sahəsində ən yüksək qərarverici platforma kimi prosesə istiqamət verir və üzv dövlətlərə müvafiq təlimatlar təqdim edir.

Nga Kor Minq əlavə edib ki, dayanıqlı şəhərlərin qurulması qlobal inkişafın əsas istiqamətlərindən biri olaraq qalır və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Keniya Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb YENİLƏNƏCƏK  

10:45
17 May

Anaklaudia Rossbax: UN-Habitat gündəliyin həyata keçirilməsində üzv dövlətləri və tərəfdaşları dəstəkləməyə hazırdır 

10:21
17 May

UN-Habitat Assambleyasının prezidenti: Dayanıqlı şəhərlərin qurulmasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır

10:18
17 May

Anaklaudia Rossbax: Nazirlərin görüşü dayanıqlı urbanizasiya üçün mühüm imkandır 

10:14
17 May

Nga Kor Minq: Yeni şəhərsalma gündəliyinin icrası üçün qlobal əməkdaşlıq və praktiki addımlar vacibdir

10:09
17 May

WUF13-ün milli koordinatoru: Bu ildən “Baku Urban Award” adlı yeni mükafat təsis edilir

09:57
17 May

Zimbabve Respublikasının Vitse-prezidenti Azərbaycana səfərə gəlib  

09:56
17 May

Faktiki hava: Bakı və Abşerona düşən yağıntının miqdarı aylıq normanın 203-279 faizini təşkil edir  

09:48
17 May

Anar Quliyev: WUF13 əvvəlkilərdən bir sıra yenilikləri ilə fərqlənəcək 

09:48
17 May

WUF13: Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş keçirilir

09:32
17 May

Bakı - qlobal şəhərsalma gündəliyinin yeni mərkəzi və Azərbaycanın dayanıqlı inkişaf modeli 

09:15
17 May

Keniya Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib

08:33
17 May

Türkmənistan Prezidenti yanında Arkadağ şəhərinin Tikinti və Dövlət Komitəsinin sədri Bakıya gəlib  

08:16
17 May

CICA-nın Baş katibi Azərbaycana səfərə gəlib

08:09
17 May

Bolqarıstan təmsilçisi “Eurovision” mahnı müsabiqəsinin qalibi olub  

08:01
17 May

Zelenski Rusiyanın Qərb komponentlərindən istifadə edərək raketlər hazırladığını bildirib  

07:58
17 May

Albaniyanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib  

07:50
17 May

Esvatini Kralı Azərbaycana səfərə gəlib

07:49
17 May

Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatının bir günündə 5 medal qazanıblar  

23:23
16 May

Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib

19:29
16 May

"Qarabağ" Avropa, "Turan Tovuz" Konfrans Liqasında  

19:19
16 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!