18 Dekabr 2022 01:48
805
CƏMİYYƏT
A- A+
Ümumbəşəri bəla

Ümumbəşəri bəla

 

Bu gün dünyanın əksər ölkəsi insan alverinə qarşı ciddi mübarizə aparır. İnsan alveri zor tətbiq etmək hədəsi və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması və gizlədilməsidir. Başqa cür desək, insanla sanki əşya, mal kimi davranılıb, onu almaq, satmaq, dəyişdirmək və ya hədiyyə verməkdir.
Müasir dövrdə daha çox işsizlər, miqrantlar, səfillər, içki, narkotika və psixotrop maddələrdən asılı olanlar insan alveri qurbanlarına çevrilirlər. İnsan alveri ilə məşğul olanlar öz niyyətlərinə çatmaq üçün bir çox vasitədən istifadə edir, bununla öz qurbanlarını aldatmağa müvəffəq olurlar. Onlar daha çox qanunsuz işədüzəltmə firmaları, internet vasitəsilə iş, tanışlıq və nikah haqqında elanlar və sair yola əl atırlar. Onu da qeyd edək ki, istismara məruz qalanlar daha çox qadınlardır. Bunun əsas səbəbi təhsilsizlik, yoxsulluq və gender bərabərsizliyidir.

 

İnsan alverinə qarşı mübarizə effektivdir

 

İnsan alverinə qarşı mübarizə ilə bağlı respublikamızda hüquqi-normativ baza müəyyən edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı" təsdiq edilib. 
Qanunvericiliyə əsasən, məcburi əmək, cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti insan alveri halları hesab edilir. Bundan başqa, son vaxtlar bu işlə məşğul olan çirkin məxluqlar tərəfindən daha çox istifadə edilən insan orqanlarının və toxumalarının qanunsuz transplantasiyası,  şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi də insan alveri halları sırasındadır.
Azərbaycan dövləti vətəndaşlarının təhlükəsiz şəraitdə yaşamasını, cinayət əməllərindən qorunmasını təmin edən möhkəm hüquqi bazanı və ictimai-siyasi təməlləri yaradıb, bu sahədə beynəlxalq hüquqi sənədlərə qoşulub. Bu sənədlər sırasında xüsusi yer tutan BMT-nin 2000-ci il tarixli "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında" protokoluna Azərbaycan 2003-cü ildə, 2005-ci il tarixli Avropa Şurasının İnsan alverinə qarşı mübarizə haqqında Konvensiyaya isə 2010-cu ildə qoşulub.
ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizəyə dair ənənəvi illik hesabatlarında Azərbaycan ardıcıl olaraq 3 ildir ki, ikinci səviyyə ölkələr sırasına aid edilir. Bu, 188 ölkə arasında yaxşı göstəricidir. 
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin statistikasına əsasən, 2021-ci ildə ölkəmizdə insan alveri ilə bağlı  289 cinayət faktı qeydə alınıb. Cinayət faktlarından 156-sı insan alveri, 3-ü məcburi əmək, 43-ü insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər, 56-sı fahişəliyə cəlbetmə, 3-ü yetkinlik yaşına çatmayanı fahişəliyə cəlbetmə, 19-u əxlaqsızlıq yuvaları ilə bağlı olub. Ötən il respublikamızda insan alveri qurbanlarının sayı 1-i kişi olmaqla 95 nəfər, insan alverçilərinin sayı isə 13 nəfər olub.
 

Dövlət qurbanların himayəçisidir

 

Ölkəmizdə insan alveri qurbanlarının aşkarlanması, onların sosial həyatlarının yaxşılaşdırılması, iş və sığınacaqla təmini, reabilitasiya və reinteqrasiyası məsələlərinə xüsusi qayğı ilə yanaşılır, zərərçəkənlər daim diqqət mərkəzində saxlanılır. İnsan alveri qurbanlarının müvəqqəti yaşamaları üçün sığınacaqlar və yardım mərkəzləri mövcuddur. Onların sosial reabilitasiyası həyata keçirilərkən insan alveri qurbanlarının, xüsusilə uşaqların yaşı, cinsi və tələbatları, o cümlədən zəruri sığınacaq, təhsil və qayğıya olan ehtiyacları nəzərə alınır. İnsan alverindən zərər çəkmiş şəxsin, onun yaxın qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən şəxslərin həyat və sağlamlığına təhlükə yarada bilən məlumatların gizli saxlanılmasına ciddi şəkildə riayət olunur.
İnsan alverinin qurbanlarına çevrilmiş şəxslərin müdafiəsi insan və vətəndaş hüquq və azadlıqlarına dair Azərbaycan qanunvericiliyinin və respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələbləri rəhbər tutulmaqla təmin edilir. İnsan alveri qurbanlarının normal həyat tərzinə qaytarılması - reinteqrasiyası sosial reabilitasiya proqramları çərçivəsində həyata keçirilir. Sosial reabilitasiya insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsi, onların təhsillərinin davam etdirilməsi, psixoloji, tibbi və peşə reabilitasiyası üçün tədbirlər görülməsi, həmin şəxslərin iş və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə olunmasını nəzərdə tutur. Azərbaycan Respublikasının "İnsan alverinə qarşı mübarizə haqqında" qanununa görə, cinayət təqibi orqanının müraciətinə əsasən, dövlət orqanları öz səlahiyyətləri daxilində, sığınacaqlar və yardım mərkəzləri isə öz funksiyaları çərçivəsində insan alveri qurbanlarına yardım göstərməlidirlər. İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə qanunvericiliyə müvafiq olaraq dövlət büdcəsi və digər mənbələr hesabına müavinət ödənilir. İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən onların Azərbaycan  Konstitusiyası, qanunları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə təsbit edilmiş insan və vətəndaş hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına, yaxud onların iradəsinə zidd reabilitasiya tədbirlərinin tətbiq edilməsinə yol verilmir.
İnsan alverinin qarşısının alınması istiqamətində mühüm addımlar atılsa da, onu tamamilə aradan qaldırmaq mümkün deyil. Xüsusən informasiya texnologiyalarının inkişafını, demək olar ki, hər təbəqə və yaşa aid olan insanların internet vasitəsilə dünyaya çıxışının mümkünlüyünü nəzərə alaraq, belə halların, xüsusən kiber insan alverinin baş verməsi qaçılmazdır. Lakin bu sahədə maarifləndirmə tədbirlərini gücləndirərək insan alverinə qarşı effektiv mübarizə aparmaq mümkündür. 
Həm orta məktəblərdə, həm kütləvi informasiya vasitələrində bu barədə informasiyalara daha çox yer verilməli, xüsusən yetkinlik yaşına çatmayan şəxslərin bu sahədə bilikləri artırılmalıdır. İnsanlar verilən vədlərin arxasında pis niyyətlərin olduğu ehtimalını unutmamalı, sosial şəbəkələrdə tanış olduqları şəxslərin təkliflərinə aldanmamalıdırlar. 
İnsan alverinin qurbanlarına çevrilənlər isə öncə hüquq-mühafizə orqanlarına, həmin orqanların qaynar xətlərinə, səfirlik və konsulluqlara, qeyri-hökumət təşkilatlarına, beynəlxalq təşkilatlara və tibb müəssisələrinə xəbər verməlidirlər.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləklər şəhərində bağ salan, çiçək yetişdirən bağbanlar

09:20
07 Aprel

Əbədiyaşar musiqi, sınaqlarda keçən bəstəkar ömrü

09:15
07 Aprel

M.F.Axundzadə adına Milli Kitabxana həm bilik məbədimiz, həm də tarixi-memarlıq abidəmizdir

09:10
07 Aprel

Azərbaycan satirik mətbuatının zirvəsi 

09:05
07 Aprel

TDT hökumət başçılarının Bakı görüşü, EGYPS 2026-da əldə olunan razılaşmalar, "Rəqəmsal əkiz" layihəsinin təqdimatı

09:00
07 Aprel

Kənd təsərrüfatında rəqəmsallaşma və süni intellektin tətbiqi məsələləri müzakirə olunub

08:57
07 Aprel

Su bəşəriyyəti sınağa çəkir

08:55
07 Aprel

Sağlamlığını qorumaq hər kəsin hüququdur

08:50
07 Aprel

Zərgər dəqiqliyi, həkim ürəyi

08:45
07 Aprel

Gələcəyin təməli: məktəbəqədər təhsil müəssisələrinə dövlət qayğısı

08:40
07 Aprel

Xülyası puç olan faşist 

08:35
07 Aprel

"Real Ermənistan" xəstə təfəkkürə qarşı

08:30
07 Aprel

Əməyin ödənilməsində gender bərabərliyi daha effektiv təmin olunacaq

08:25
07 Aprel

Milli Məclisin futbol komandası beynəlxalq turnirdə gümüş medal qazanıb

08:20
07 Aprel

Milli Məclisin komitələrinin birgə iclası keçirilib

08:15
07 Aprel

Mehriban qonşuluq, nümunəvi tərəfdaşlıq

08:10
07 Aprel

Qarabağ üzərindən siyasi spekulyasiya qəbuledilməzdir

08:05
07 Aprel

TDT institusional və funksional baxımdan yeni mərhələyə qədəm qoyur

08:00
07 Aprel

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyul tarixli 289 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:54
07 Aprel

ABŞ Prezidenti: NATO-nun nüfuzuna dəyən ləkə yaddaşımdan silinməyəcək

00:50
07 Aprel

Ukrayna Rusiyaya enerji atəşkəsi təklifini çatdırıb

23:08
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!