08 May 2026 08:30
235
SİYASƏT
A- A+
Ulu Öndər Heydər Əliyevin şəhərsalma strategiyası və Bakının WUF13-ə uzanan inkişaf yolu

Ulu Öndər Heydər Əliyevin şəhərsalma strategiyası və Bakının WUF13-ə uzanan inkişaf yolu



Azərbaycanın müasir şəhərsalma modeli qısa müddətdə formalaşmış təsadüfi bir yanaşma deyil. Bu model dərin tarixi köklərə, sistemli idarəçilik ənənələrinə və uzunmüddətli strateji baxışa əsaslanır. Bu konseptual yanaşmanın əsas müəllifi isə Ulu Öndər Heydər Əliyev olub. Onun rəhbərliyi dövründə formalaşan şəhərsalma siyasəti yalnız mövcud dövrün tələblərinə cavab verməklə kifayətlənmyib, həm də gələcək onilliklər üçün davamlı və dayanıqlı inkişaf istiqamətlərini müəyyən edib. Bu baxımdan Azərbaycanın urban inkişaf modeli təkcə regional deyil, həm də beynəlxalq səviyyədə maraq doğuran sistemli bir yanaşma kimi çıxış edir.

Qarşıdakı günlərdə Bakı şəhərinin WUF13 kimi nüfuzlu beynəlxalq platformaya evsahibliyi etməsi məhz həmin uzaqgörən strategiyanın uğurlu nəticəsidir. Bu, eyni zamanda Azərbaycanın şəhərsalma sahəsində qazandığı təcrübənin və tətbiq etdiyi innovativ modellərin beynəlxalq səviyyədə tanındığını göstərir.

 

Sovet dövründə şəhərsalmanın intibah mərhələsi

 

1969-1982-ci illər Azərbaycan tarixində yalnız iqtisadi inkişaf deyil, həm də memarlıq və şəhərsalma baxımından yüksəliş dövrü kimi yadda qalıb. Bu mərhələdə Bakı postsovet məkanında seçilən və planlı inkişaf modeli ilə fərqlənən şəhərlərdən birinə çevrilib. Ümummilli Lider Heydər Əliyev şəhərsalmanı, sadəcə, tikinti prosesi kimi deyil, milli kimliyin, mədəniyyətin və estetik zövqün kompleks ifadəsi kimi dəyərləndirirdi.

Bu dövrdə paytaxtın Baş planı hazırlanaraq şəhərin sistemli və mərhələli inkişafı təmin edildi. Yeni yaşayış massivləri - Günəşli, Əhmədli və Yeni Yasamal kimi ərazilər məhz bu strateji planlamanın tərkib hissəsi kimi layihələndirildi və urbanizasiya prosesinin sürətlənməsi nəzərə alınaraq genişmiqyaslı tikinti işləri həyata keçirildi. Eyni zamanda sənaye zonaları ilə yaşayış əraziləri arasında balansın qorunması, nəqliyyat axınlarının optimallaşdırılması və sosial infrastrukturun inkişafı prioritet istiqamətlər kimi müəyyənləşdirildi.

Dənizkənarı zonaların abadlaşdırılması, yaşıllıq sahələrinin artırılması və ictimai məkanların yaradılması şəhər mühitində həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəltdi. Bu yanaşma Bakının yalnız sənaye şəhəri deyil, eyni zamanda yaşamaq üçün komfortlu urban məkan kimi formalaşmasına şərait yaratdı.

Memarlıq baxımından bu dövr Bakının simasını dəyişən mühüm tikililərlə yadda qaldı. Gülüstan Sarayı, Heydər Əliyev Sarayı (keçmiş Respublika Sarayı) və Bakı Dövlət Sirki kimi obyektlər şəhərin mədəni həyatına yeni dinamika gətirdi. Bu tikililər yalnız funksional obyektlər deyil, həm də estetik baxımdan şəhərin vizual kimliyini formalaşdıran və milli memarlıq məktəbinin inkişafını stimullaşdıran mühüm nümunələrdir.

Bakı Metropoliteni intensiv inkişaf mərhələsinə qədəm qoydu. Yeni stansiyalar istifadəyə verildi və onların dizaynında milli ornamentlərə xüsusi yer ayrıldı. Xüsusilə "Nizami" metrostansiyası milli-mədəni motivlərin müasir memarlıqla sintezinin parlaq nümunəsi kimi seçilir və bu yanaşmanın davamlı xarakter daşıdığını nümayiş etdirir.

Şəhər mühitində milli yaddaşın qorunması da diqqət mərkəzində idi. Nəriman Nərimanov, İmadəddin Nəsimi və Hüseyn Cavid kimi görkəmli şəxsiyyətlərin abidələrinin ucaldılması yalnız estetik deyil, həm də ideoloji və mədəni baxımdan əhəmiyyətli idi. Bu, şəhər məkanının tarixlə canlı əlaqəsini təmin edirdi.

 

Müstəqillik dövründə şəhərsalmanın yeni mərhələsi

 

1990-cı illərin əvvəllərində baş verən siyasi və iqtisadi çətinliklər şəhərsalma prosesinə də ciddi mənfi təsir göstərmişdi. Lakin Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə bu sahədə keyfiyyətcə yeni mərhələnin əsası qoyuldu və şəhərsalma siyasəti sistemli şəkildə bərpa edildi.

"Əsrin müqaviləsi" ölkəyə irihəcmli xarici investisiyaların cəlb olunmasına geniş imkanlar yaratdı. Bu investisiyalar yalnız iqtisadi inkişafı deyil, eyni zamanda şəhər mühitinin modernləşdirilməsini də sürətləndirdi. Yeni biznes mərkəzləri, beynəlxalq standartlara uyğun hotellər və diplomatik komplekslər Bakının qlobal şəhər kimi mövqeyini gücləndirdi.

Bu dövrdə şəhərsalma siyasətində mühüm dönüş nöqtələrindən biri də tarixi irsin qorunması ilə müasir inkişafın uzlaşdırılması oldu. İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısına daxil edilməsi yolunda atılan addımlar, Şirvanşahlar Saray Kompleksinin bərpası və digər tarixi abidələrin yenidən qurulması bu siyasətin uğurlu nəticələrindəndir.

Eyni zamanda Bibiheybət məscidinin Ulu Öndərin tapşırığı ilə yenidən inşa edilməsi dini-mədəni dəyərlərin bərpası və milli kimliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı.

 

Şəhərsalma strategiyasının əsas prinsipləri

 

Ümummilli Lider Heydər Əliyevin şəhərsalma siyasəti bir neçə fundamental prinsip üzərində qurulmuşdu və bu prinsiplər bu gün də aktuallığını qoruyur:

- Milli üslubun qorunması - memarlıqda yerli ornamentlərə, milli motivlərə və ənənəvi elementlərə üstünlük verilməsi şəhərin özünəməxsus simasının qorunmasına xidmət edib.

- Sistemli yanaşma - şəhərsalma yalnız ayrı-ayrı obyektlərin tikintisi deyil, bütöv urban sistemin formalaşdırılması kimi nəzərdən keçirilib. Nəqliyyat, mühəndis infrastrukturu, ekologiya və sosial obyektlər vahid konsepsiya əsasında planlaşdırılıb.

- Strateji baxış - uzunmüddətli inkişaf perspektivləri nəzərə alınaraq şəhərin zonalaşdırılması və funksional bölgüsü həyata keçirilib. Bu yanaşma sonrakı mərhələlərdə müasir memarlıq layihələrinin şəhər mühitünə harmonik şəkildə inteqrasiyasına imkan yaradıb.

 

WUF13: Bakının beynəlxalq urbanistika mərkəzinə çevrilməsi

 

Bakı şəhərinin WUF13 kimi qlobal əhəmiyyətli tədbirə evsahibliyi etməsi təsadüfi deyil. Bu forum şəhərsalma, dayanıqlı inkişaf və urbanizasiya sahəsində dünyanın ən nüfuzlu platformalarından biri olmaqla yanaşı, qabaqcıl təcrübələrin mübadiləsi üçün mühüm beynəlxalq platformadır.

Bakının bu foruma evsahibliyi etməsi onun artıq regional deyil, qlobal urbanistika mərkəzlərindən birinə çevrildiyini göstərir. Müasir nəqliyyat infrastrukturu, ictimai məkanların inkişafı, rəqəmsal texnologiyaların tətbiqi və memarlıq müxtəlifliyi şəhərin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.

 

Müasir mərhələ: innovasiya və postmünaqişə urbanizasiya modeli

 

Müasir mərhələdə Azərbaycanın şəhərsalma siyasəti Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji xəttin ardıcıl davamı kimi Prezident İlham Əliyev tərəfindən yeni məzmun və innovativ yanaşmalarla zənginləşdirilir. Bu davamlılıq ölkənin urban inkişaf modelinə sabitlik və ardıcıllıq qazandırır.

Son illərdə həyata keçirilən layihələrdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, rəqəmsal idarəetmə sistemləri, "yaşıl enerji" həlləri və dayanıqlı nəqliyyat modelləri geniş tətbiq olunur. Bu isə Azərbaycanın şəhərsalma siyasətini müasir qlobal trendlərlə uzlaşdırır.

Postmünaqişə ərazilərində aparılan bərpa və yenidənqurma işləri isə bu modelin ən innovativ istiqamətlərindən biridir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən layihələr yalnız infrastrukturun bərpası deyil, eyni zamanda tamamilə yeni urbanizasiya modelinin qurulması deməkdir.

Ağalı kəndi bu baxımdan "ağıllı kənd" konsepsiyasının uğurlu tətbiq nümunəsidir. Burada innovativ texnologiyalar, alternativ enerji mənbələri və ekoloji yanaşmalar bir arada tətbiq olunur.

Füzuli, Zəngilan, Laçın və Şuşa şəhərlərində həyata keçirilən layihələr isə müasir urbanizasiya prinsiplərinin kompleks tətbiqini nümayiş etdirir. Xüsusilə Şuşa şəhərinin bərpası tarixi irsin qorunması ilə müasir inkişafın uğurlu sintezini əks etdirir. Bu isə Ulu Öndər Heydər Əliyev məktəbinin prinsiplərinin davamlılığını bir daha təsdiqləyir.

Beləliklə, müasir mərhələdə həyata keçirilən şəhərsalma siyasəti Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf kursunun müasir tələblərə uyğun şəkildə davam etdirilməsi kimi xarakterizə olunur.

 WUF13 Bakının keçdiyi uzun və ardıcıl inkişaf yolunun məntiqi nəticəsidir. Bu yolun təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, bu gün isə müasir yanaşmalarla daha da zənginləşdirilir.

Müasir Bakı yalnız Azərbaycanın paytaxtı deyil, həm də qlobal urbanizasiya proseslərində fəal iştirak edən, innovativ yanaşmaları ilə seçilən və öz inkişaf modelini dünyaya təqdim edən nümunəvi şəhərlərdən biridir. Qarabağda həyata keçirilən layihələr isə bu modelin ən dinamik və perspektivli istiqamətini təşkil edir.

 

Kamilə ƏLİYEVA,

Bakı Dövlət Universitetinin kafedra müdiri, biologiya elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur

12:19
08 May

Roma Papası XIV Leo Həzrətlərinə

12:17
08 May

Bəzi rayonlarda arabir şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA

12:13
08 May

Rusiya MN: Ukrayna ordusu atəşkəsi 1365 dəfə pozub

11:45
08 May

ABB beynəlxalq maliyyə bazarlarından 300-500 milyon dollar məbləğində əlavə vəsait cəlb edə bilər  

11:34
08 May

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

11:13
08 May

Ağsu dolaylarında torpaq sürüşməsi baş verib

11:11
08 May

Ağdamın Eyvazxanbəyli kəndində 427 ev tikilir

11:01
08 May

İndoneziyada vulkan püskürüb, ölənlər var

10:57
08 May

Ötən il insan alverində ittiham olunan 14 nəfər azadlıqdan məhrum edilib

10:51
08 May

Uşaq əməyinin istismarı ilə bağlı 32 valideyn inzibati məsuliyyətə cəlb edilib

10:48
08 May

Şəxsiyyət vəsiqəsi olmayan uşaqların doğum qeydiyyatının təmin olunması istiqamətində kompleks tədbirlər görülüb  

10:43
08 May

Dünya bazarında qızıl 23 dollardan çox bahalaşıb 

10:39
08 May

Dünya birjalarında neft bahalaşıb

10:33
08 May

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1725 monitorinq aparılıb

10:31
08 May

Abşeron dairəvi dəmir yolu marşrutu üzrə dayanacaqların sayı 40-a çatdırılacaq

10:28
08 May

“Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib 

10:19
08 May

Azərbaycan nefti 105 dollara satılır

10:17
08 May

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

10:06
08 May

ABŞ Prezidenti: İranla razılaşma baş tutmaya bilər

10:01
08 May

İsrailin hava zərbələri nəticəsində Livanda 9 nəfər ölüb

09:57
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!