08 May 2026 08:45
213
SİYASƏT
A- A+
Fransanın ermənipərəst ritorikası sülh prosesi ilə ziddiyyət təşkil edir

Fransanın ermənipərəst ritorikası sülh prosesi ilə ziddiyyət təşkil edir


İrəvanda keçirilmiş "Avropa Siyasi Birliyi"nin sammitində Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın xarici siyasəti ilə bağlı səsləndirdiyi fikirlər zamanlama baxımından nəticəyə, məqsədə hesablanmış ifadədir. Məlum məsələdir ki, yaxın zamanda Ermənistanda seçki prosesi baş tutacaq və Nikol Paşinyan Qərbin dəstəyi ilə hakimiyyətə gələn fiqur olduğundan Qərb liderləri ona dəstək ifadə edirlər.

Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib ki, uzun illər ərzində Ermənistanın tutmuş olduğu yanlış yol onu bir dövlət kimi dalana dirəyib. Bu, həm də onu göstərir ki, Ermənistan regionda məqsədli və şüurlu şəkildə yaradılan bir dövlətdir və İrəvan heç vaxt müstəqil xarici siyasət kursu yürütməyib, böyük güclərin diktəsini və iradəsini həyata keçirib. Bu gün əməkdaşlıq üçün Ermənistan saxta tarixdən, yanlış yoldan çəkinməli və nəinki regional aktorlara qarşı ərazi iddialarına son qoymalı, həm də münasibətləri korlayacaq belə bir addım atmamalıdır". 

Nikol Paşinyanın Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmaq yolunu tutduğunu qeyd edən deputat bildirib ki, Baş nazir bunun qısa zamanda və birdən-birə baş tutacaq bir məsələ olmadığına əmindir. Ona görə də qarşıdan gələn seçkiləri nəzərə alaraq hədəfinə addım-addım çatmağı planlayır. Ermənistan iqtisadiyyatının Rusiya ilə sıx bağlılığı, habelə Rusiyanın Ermənistanda hərbi bazasının mövcudluğu da buna əsasdır. "Makronun Ermənistana dəstək nümayişinə gəlincə isə bu, hər zaman müşahidə etdiyimiz ritorikadır. Fransa erməni diasporunun pulu hesabına hər zaman ermənidən çox ermənilik edib. Bunu Vətən müharibəsi dövründə daha aydın müşahidə etdik. Makronun vasitəçilik rolu ilə bağlı dedikləri də hazırkı vəziyyətə adekvat deyil.  Azərbaycanla Ermənistan arasında proseslərin inkişafi nəinki uzaq Qərbdən, hətta yaxın Cənubdan və Şimaldan belə hər hansı vasitəçiyə ehtiyac yaratmır. Ermənistanla digər hər hansı region ölkəsi arasında vasitəçiliyə ehtiyac varsa, Nikol Paşinyan bunu zəruri bilirsə, təbii ki, Makrona müraciət olunması, vasitəçi axtarışı yolunun tutulması normal qəbul edilə bilər. Amma Azərbaycanla danışıqlarda heç bir vasitəçiyə ehtiyac yoxdur", - deyə o əlavə edib.

A.Badamov vurğulayıb ki, seçki yaxınlaşdıqca Rusiya ilə Qərb arasındakı rəqabət Ermənistan üzərindən daha da qızışır. Bu rəqabət özünü ideoloji sahədə də göstərir. Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitriy Medvedevin ingilis, ya rus dili istifadəsi ilə bağlı fikirləri də bunu açıqca göstərir. Belarusla Ermənistan arasında yaşanan gərginlik də bura daxildir.

Deputat bildirib ki, bütün bunlara əlavə olaraq Fransanın Avropa və xarici işlər naziri Æan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddialar da son dərəcə yanlışdır: "Azərbaycanda "Dağlıq Qarabağ" deyə inzibati ərazi vahidi mövcud deyil. Son zamanlar baş verən proseslər göstərir ki, müəyyən dairələr ədalət müstəvisini ikili standartların meydanına çevirməyə çalışırlar. Bu da son dərəcə yanlış yol və sülhə zərbə vurmaq cəhdidir".


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur

12:19
08 May

Roma Papası XIV Leo Həzrətlərinə

12:17
08 May

Bəzi rayonlarda arabir şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA

12:13
08 May

Rusiya MN: Ukrayna ordusu atəşkəsi 1365 dəfə pozub

11:45
08 May

ABB beynəlxalq maliyyə bazarlarından 300-500 milyon dollar məbləğində əlavə vəsait cəlb edə bilər  

11:34
08 May

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

11:13
08 May

Ağsu dolaylarında torpaq sürüşməsi baş verib

11:11
08 May

Ağdamın Eyvazxanbəyli kəndində 427 ev tikilir

11:01
08 May

İndoneziyada vulkan püskürüb, ölənlər var

10:57
08 May

Ötən il insan alverində ittiham olunan 14 nəfər azadlıqdan məhrum edilib

10:51
08 May

Uşaq əməyinin istismarı ilə bağlı 32 valideyn inzibati məsuliyyətə cəlb edilib

10:48
08 May

Şəxsiyyət vəsiqəsi olmayan uşaqların doğum qeydiyyatının təmin olunması istiqamətində kompleks tədbirlər görülüb  

10:43
08 May

Dünya bazarında qızıl 23 dollardan çox bahalaşıb 

10:39
08 May

Dünya birjalarında neft bahalaşıb

10:33
08 May

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1725 monitorinq aparılıb

10:31
08 May

Abşeron dairəvi dəmir yolu marşrutu üzrə dayanacaqların sayı 40-a çatdırılacaq

10:28
08 May

“Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib 

10:19
08 May

Azərbaycan nefti 105 dollara satılır

10:17
08 May

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

10:06
08 May

ABŞ Prezidenti: İranla razılaşma baş tutmaya bilər

10:01
08 May

İsrailin hava zərbələri nəticəsində Livanda 9 nəfər ölüb

09:57
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!