08 May 2026 09:05
213
SİYASƏT
A- A+
Azərbaycanla əlaqələrin inkişafı Avropa üçün strateji zərurətdir

Azərbaycanla əlaqələrin inkişafı Avropa üçün strateji zərurətdir


Aİ rəsmilərinin ardıcıl səfərləri də bunu təsdiqləyir


Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfəri ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Son dövrlərdə Aİ rəsmilərinin Azərbaycana intensivləşən səfərləri də təsadüfi deyil və bu, ölkəmizin regional və beynəlxalq müstəvidə artan strateji əhəmiyyətinin göstəricisidir. 

Milli Məclisin deputatı Sevinc Hüseynova qəzetimizə açıqlamasında deyib ki, xüsusilə Vətən müharibəsindən sonra bu münasibətlər artıq emosional ritorikadan və epizodik siyasi yanaşmalardan uzaqlaşaraq, davamlı qarşılıqlı maraqların və rasional seçimlərin müəyyən etdiyi praqmatik tərəfdaşlıq modelinə çevrilməkdədir. Avropa Parlamenti və AŞPA kimi bəzi siyasi platformalarda zaman-zaman müşahidə olunan qərəzli ritorikaya baxmayaraq, Avropa İttifaqı ilə Azərbaycan dövləti arasında institusional dialoqun fasiləsiz davam etməsi bu münasibətlərin artıq sistem xarakteri aldığını göstərir. "Bu, eyni zamanda onu sübut edir ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı ayrı-ayrı siyasi mövqelərin təsirindən daha çox, uzunmüddətli geosiyasi maraqlar və strateji zərurətlər üzərində qurulur. Kaya Kallasın regiona səfəri və Ermənistanla təmaslardan dərhal sonra Bakıya gəlməsi də məhz bu kontekstdə xüsusi diqqət çəkir. Prezident İlham Əliyevlə keçirilən görüşdə səsləndirilən fikirlər və daha əvvəl Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın Bakıya səfəri zamanı qəbul olunmuş birgə bəyanat bu münasibətlərin artıq strateji xarakter daşıdığını təsdiqləyir. Bu səfər həm də onu göstərir ki, Avropa İttifaqı regionda formalaşan yeni geosiyasi reallıqları nəzərə almağa və Azərbaycanı Cənubi Qafqazın əsas siyasi və iqtisadi aktoru kimi qəbul etməyə məcburdur. Çünki hazırkı mərhələdə regionda təhlükəsizlik, enerji təminatı, nəqliyyat marşrutları və kommunikasiya layihələri ilə bağlı istənilən ciddi təşəbbüs Azərbaycanın iştirakı olmadan real nəticə verə bilməz", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Azərbaycan bu gün Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və etibarlı tərəfdaşlığın əsas təminatçılarından biri kimi çıxış edir. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya marşrutları, "yaşıl enerji" layihələri və Orta dəhlizin inkişafı fonunda Avropanın Azərbaycana marağı daha da artıb. Mövcud geosiyasi reallıqlar göstərir ki, Avropa İttifaqı regionda uzunmüddətli və etibarlı əməkdaşlıq üçün Azərbaycana xüsusi önəm verir. S.Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən balanslaşdırılmış, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət nəticəsində Azərbaycan həm Şərq, həm də Qərb üçün etibarlı tərəfdaş statusunu möhkəmləndirib. Bu gün ölkəmiz yalnız enerji ixrac edən dövlət deyil, eyni zamanda mühüm siyasi dialoq və əməkdaşlıq platforması kimi qəbul olunur: "Aİ rəsmilərinin ardıcıl səfərləri bir daha göstərir ki, Azərbaycanla münasibətlərin inkişafı Avropa üçün strateji zərurətə çevrilib. Bu səfərlər həm siyasi dialoqun genişlənməsi, həm iqtisadi əlaqələrin dərinləşməsi, həm də regionda sülh və təhlükəsizlik məsələlərində Azərbaycanın rolunun daha yaxından qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın beynəlxalq nüfuzu və geosiyasi çəkisi davamlı şəkildə artır və ölkəmiz regionun gələcəyini müəyyən edən əsas aktorlardan biri kimi mövqeyini daha da gücləndirir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur

12:19
08 May

Roma Papası XIV Leo Həzrətlərinə

12:17
08 May

Bəzi rayonlarda arabir şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA

12:13
08 May

Rusiya MN: Ukrayna ordusu atəşkəsi 1365 dəfə pozub

11:45
08 May

ABB beynəlxalq maliyyə bazarlarından 300-500 milyon dollar məbləğində əlavə vəsait cəlb edə bilər  

11:34
08 May

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

11:13
08 May

Ağsu dolaylarında torpaq sürüşməsi baş verib

11:11
08 May

Ağdamın Eyvazxanbəyli kəndində 427 ev tikilir

11:01
08 May

İndoneziyada vulkan püskürüb, ölənlər var

10:57
08 May

Ötən il insan alverində ittiham olunan 14 nəfər azadlıqdan məhrum edilib

10:51
08 May

Uşaq əməyinin istismarı ilə bağlı 32 valideyn inzibati məsuliyyətə cəlb edilib

10:48
08 May

Şəxsiyyət vəsiqəsi olmayan uşaqların doğum qeydiyyatının təmin olunması istiqamətində kompleks tədbirlər görülüb  

10:43
08 May

Dünya bazarında qızıl 23 dollardan çox bahalaşıb 

10:39
08 May

Dünya birjalarında neft bahalaşıb

10:33
08 May

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1725 monitorinq aparılıb

10:31
08 May

Abşeron dairəvi dəmir yolu marşrutu üzrə dayanacaqların sayı 40-a çatdırılacaq

10:28
08 May

“Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib 

10:19
08 May

Azərbaycan nefti 105 dollara satılır

10:17
08 May

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

10:06
08 May

ABŞ Prezidenti: İranla razılaşma baş tutmaya bilər

10:01
08 May

İsrailin hava zərbələri nəticəsində Livanda 9 nəfər ölüb

09:57
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!