08 May 2026 08:50
165
SİYASƏT
A- A+
Hayların halına ağlayan gərək

Hayların halına ağlayan gərək


Revanşistlər erməni xalqını yenidən keçmişə sürükləmək istəyirlər


Növbəti parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda vəziyyət gərgin xarakter alır. Seçkilərdə qalib gəlmək üçün revanşist qüvvələr yalançı vədlər verməklə xalqı öz tərəflərinə çəkmək istəyirlər. İrəvandakı son hadisələr göstərir ki, onların vədlərinə aldanıb arxalarınca gedən qüvvələr az da olsa, hələ var. Bu qüvvələrin əksəriyyəti "dənizdən-dənizə böyük Ermənistan" xəyalları ilə yaşayanlardır.

Revanşistlərin önündə gedən Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyandır. Cütlük adlandırılan bu revanşistlər "Qarabağ klanı" pərdəsi altında yenidən hakimiyyətə qayıtmaq və işğalçılıq ideyalarını  canlandırmaq məqsədilə fəaliyyətlərini genişləndirməyə, seçicilərin səs çoxluğunu qazanmağa çalışırlar. Amma müşahidəçilərin rəylərinə görə, onların seçkilərdə qalib gəlmək şansları xeyli aşağıdır. Çünki əhalinin əksəriyyət hissəsi Ermənistana dinclik, əmin-amanlıq gətirməyə çalışan Paşinyanın partiyasına səs verməyə hazırlaşır. Bu səbəbdən Nikol Paşinyanla sabiq prezidentlər arasında qarşıdurma yeni fazaya daxil olub. 

Ermənistandakı siyasi vəziyyətin gərginləşməsi Avropa İttifaqının da diqqətindən yayınmır. Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas "Facebook" sosial şəbəkəsində yazıb: "Ermənistan mürəkkəb seçkiqabağı vəziyyətlə üzləşib və bu vəziyyət hibrid təhdidlərlə xarakterizə olunur". 

Ermənistanda siyasi gərginliyi artıran səbəblərdən biri də son günlər cəmiyyəti hiddətləndirən rüşvət məsələsidir. Verilən məlumatlara görə, rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" partiyasının adından seçkiqabağı rüşvətin verilməsi və alınması ilə bağlı cinayət işi çərçivəsində aprelin 29-da saxlanılan beş nəfərdən üçü barəsində həbs qətimkan tədbiri seçilib. Ermənistanın Antikorrupsiya Komitəsi aprelin 29-da "Güclü Ermənistan" partiyasının adından fəaliyyət göstərən beş nəfəri gizli şəkildə rüşvət verməkdə şübhəli bilərək saxlayıb. Seçki öncəsi rüşvətin verilməsi və alınması ilə bağlı cinayət işi çərçivəsində Samvel Karapetyanın "Güclü Ermənistan" partiyasının 14 üzvü saxlanılıb. Təbiidir ki, bu faktlar seçkilərin demokratik keçirilməsinin üzərinə kölgə salır. 

Ermənistanda daxili siyasi vəziyyəti gərginləşdirən digər səbəb cəmiyyətdə revanşist qüvvələrin çıxışlarının artmasıdır. Öz millətinin düşməni olan, erməni xalqını uçuruma sürükləyən revanşist qüvvələrin başında dayanan və qan qoxulu ideyalar yayan Robert Koçaryan-Serj Sarkisyan cütlüyü hansı yolla olursa-olsun, hakimiyyətə gəlməyə can atırlar. Ermənistandakı radikal müxalifət və revanşist qruplar xüsusən Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsini süni surətdə qabardaraq və bunu xalqa başqa yöndən izah edərək gərginliyi artırmağa çalışırlar. Revanşistlər çirkin məqsədlərinə çatmaq üçün müxtəlif xarakterli təxribatlar törədir, İrəvanda kütləvi aksiyalar keçirirlər. Revanşist qüvvələr bu addımları ilə erməni xalqını gələcəyə yox, keçmişə sürükləyirlər.

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında xalqa çağırış edib. Bildirib ki, biz Ermənistanı geosiyasi tələdən çıxartdıq: "Onu elə yerə apardıq ki, Ermənistan üçün bütün istiqamətlərdə perspektivlər açılıb və Ermənistan xalqı öz suveren iradəsi ilə hansı inkişaf vizyonunu mənimsəyə biləcəyinə qərar verə bilər. Ermənistan xalqı seçkilərdə sülhü müdafiə etməlidir. Onların sülhə səs verəcəyinə bir an belə şübhə etmirəm. Və bu, bütün şəhidlərin xatirəsinə və onların bütün keçmişinə ən böyük ehtiramdır".

Təbiidir ki, erməni xalqı müharibə tərəfdarı olan revanşistləri, rüşvət yolu ilə hakimiyyətə gəlmək istəyənləri deyil, N.Paşinyanın çıxışında dediklərini dəstəkləyən partiyaya səs verib sülh və əmin-amanlığı üstün tutacaq, revanşistlərin hakimiyyətə gələn yollarını seçimləri ilə kəsəcək.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur

12:19
08 May

Roma Papası XIV Leo Həzrətlərinə

12:17
08 May

Bəzi rayonlarda arabir şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA

12:13
08 May

Rusiya MN: Ukrayna ordusu atəşkəsi 1365 dəfə pozub

11:45
08 May

ABB beynəlxalq maliyyə bazarlarından 300-500 milyon dollar məbləğində əlavə vəsait cəlb edə bilər  

11:34
08 May

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

11:13
08 May

Ağsu dolaylarında torpaq sürüşməsi baş verib

11:11
08 May

Ağdamın Eyvazxanbəyli kəndində 427 ev tikilir

11:01
08 May

İndoneziyada vulkan püskürüb, ölənlər var

10:57
08 May

Ötən il insan alverində ittiham olunan 14 nəfər azadlıqdan məhrum edilib

10:51
08 May

Uşaq əməyinin istismarı ilə bağlı 32 valideyn inzibati məsuliyyətə cəlb edilib

10:48
08 May

Şəxsiyyət vəsiqəsi olmayan uşaqların doğum qeydiyyatının təmin olunması istiqamətində kompleks tədbirlər görülüb  

10:43
08 May

Dünya bazarında qızıl 23 dollardan çox bahalaşıb 

10:39
08 May

Dünya birjalarında neft bahalaşıb

10:33
08 May

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1725 monitorinq aparılıb

10:31
08 May

Abşeron dairəvi dəmir yolu marşrutu üzrə dayanacaqların sayı 40-a çatdırılacaq

10:28
08 May

“Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib 

10:19
08 May

Azərbaycan nefti 105 dollara satılır

10:17
08 May

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

10:06
08 May

ABŞ Prezidenti: İranla razılaşma baş tutmaya bilər

10:01
08 May

İsrailin hava zərbələri nəticəsində Livanda 9 nəfər ölüb

09:57
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!