18 Fevral 2025 10:28
435
SİYASƏT
A- A+
Türkiyəli general: Qarabağ Zəfəri haqsızlığa qarşı mübarizə aparan bütün ölkələrin ümidi oldu

Türkiyəli general: Qarabağ Zəfəri haqsızlığa qarşı mübarizə aparan bütün ölkələrin ümidi oldu


Fikrimcə, dövlət idarəçiliyinin əsas amilləri məkan, vaxt və gücdür. Azərbaycan geosiyasi mövqeyi baxımından olduqca əhəmiyyətli yerdədir və istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizləri üçün çox mühüm mövqe tutur. Təbii ki, bu mövqeyin yaratdığı üstünlüklərlə yanaşı, müəyyən risklər və məsuliyyətlər də var. Qafqazın regional lideri olaraq Azərbaycan bu gün xarici siyasətini istər ABŞ, Rusiya, Çin, istərsə də Afrika ölkələri olsun, dövlətlər arasında heç bir fərq qoymadan balanslaşdırılmış şəkildə aparır. Təbii ki, burada Şuşa Bəyannaməsi ilə möhürlənən Türkiyə-Azərbaycan münasibətləri, eləcə də Çin və Avropa İttifaqı ölkələri ilə strateji tərəfdaşlığa dair bəyannamələri qeyd etməmək olmaz. Azərbaycanın xarici siyasi xəttinin təməlləri arasında ölkələrin ərazi bütövlüyü, bəşəri və humanitar amillərə hörmət, eyni zamanda, dostluq prinsipləri əsas yer tutur. Digər dövlətlərə bu prizmadan yanaşan bir ölkənin bunun qarşılığını tələb etməsi təbii haldır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan türkiyəli general, Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi Yücel Karauz söyləyib.

“Ermənistana gəldikdə, bu ölkənin heç vaxt təkbaşına hərəkət etmədiyini, tarixin müxtəlif dövrlərində, istər sovet hakimiyyəti, istər bəzi Qərb qüvvələri, istərsə də ona “dayılıq” edən digərlərinin arxasında gizləndiyni bilirik. Elə bunun nəticəsi idi ki, 1990-cı illərdə Azərbaycan torpaqlarının 20 faizi ermənilər tərəfindən işğal edildi. Çünki o dövrdə Ermənistan milli güc mexanizmləri minimum dərəcədə idi. Elə bu səbəbdən tam əminliklə deyə bilərik ki, ermənilər Azərbaycan torpaqlarının işğalına “dayıları”nın apardığı “siyasət” nəticəsində nail olublar. Sonrakı dövrə gəlsək, burada, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın milli gücünün artması üçün atdığı təməlləri, bu təməllər üzərində Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasəti xüsusi vurğulamalıyıq. Bizi 2020-ci ildə qazandığımız Zəfərə daşıyan da məhz bu amillər oldu”, - deyə general bildirib.

Azərbaycanın 2020-ci ilədək Qarabağ məsələsinin sülh yolu ilə həll olunması istiqamətində etdiyi çağırışları və göstərdiyi səylərin cavabsız qaldığını xatırladan müsahibimiz qeyd edib: “Məsələyə bu tərəfdən baxdıqda, Azərbaycan hakimiyyətinin son illər ordu quruculuğuna verdiyi çox böyük dəyərin nə qədər doğru olduğunu görürük. Çünki Azərbaycan dövləti xalqın böyük dəstəyinə söykənərək, heç bir ölkəyə bağlı olmadan özünün milli gücü, öz əsgəri, öz hərbi texnikası ilə işğalla yanaşı, uzun illər davam edən erməni vəhşiliyinə və vandaliziminə də son qoydu. Burada xüsusi vurğulamalıyıq ki, 1992-ci ildə kənar qüvvələr tərəfindən silahlandırılan Ermənistan qarşısında haradan baxsan “əliyalın” qalan Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə bütün dünyaya öz gücünü göstərdi və Cənubi Qafqazın güc mərkəzinə çevrildi. Azərbaycanın bu Qələbəsi 200 illik intiqamı aldı. Bu, Azərbaycanla yanaşı, Türk dünyasının Qələbəsi və haqsızlığa qarşı mübarizə aparan bütün ölkələrin ümidi oldu. Bu Qələbə ilə Afrikadakı müstəmləkələr başda olmaqla, insanlar milli mənliklərini ön plana çıxarmağa başladılar. Əslində, bu Zəfər oyanışın nümunəsi oldu. Burada Azərbaycanın uzun illər xalqına, torpağına qarşı qərəzli münasibətə böyük səbrini xüsusi vurğulamaq lazımdır”.

Azərbaycanın geosiyasi və geostrateji tarazlığı qoruyaraq qlobal arenada nümayiş etdirdiyi siyasi xəttin ölkəmizi Qafqazın güc mərkəzinə çevirməklə yanaşı, qlobal fəaliyyətlərdə ön plana çəkdiyi və mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən dövlətə çevirdiyini, COP29-un bunun ən böyük nümunəsi olduğunu qeyd edən general sözlərinə belə davam edib: “COP29 artıq Azərbaycanın dünyada söz sahibi olan ölkəyə çevrildiyinin böyük nümunəsidir. Bu, ölkənin apardığı düzgün siyasətin nəticəsidir. Çünki, biz kor-koranə, başqalarının sözünə güvənərək dövlət “idarə edənlərin” bu gün aqibətinin, ölkələrinin istər iqtisadi, istərsə də humanitar baxımdan gəldiyi son vəziyyətin nə yerdə olduğunu açıq-aydın görürük. Başı dik dövlət idarə etmək hər kəsə nəsib olmur. Azərbaycan bu gün 300 milyonluq Türk coğrafiyasının nümunəsinə çevrilib. Bu baxımdan Prezident İlham Əliyevin “Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, - fikirləri olduqca böyük əhəmiyyət kəsb edir. Qarşıdakı dövrə baxdığımızda isə Azərbaycanın bu, qeyri-müəyyənlik içində çırpınan siyasi natarazlıqda xüsusilə Türk, Qafqaz və Anadolu coğrafiyasında ön planda olacağı aşkardır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

Rusiya FHN-in təyyarəsi Rusiya vətəndaşlarını Azərbaycandan təxliyə edir  

22:40
03 Mart

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

Jan-Noel Baro Fransa vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

19:13
03 Mart

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

19:01
03 Mart

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

Dan Yorgensen: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

18:41
03 Mart

Milli Nüvə Nəzarət İdarəsi: İraqda radiasiya səviyyələrində artım qeydə alınmayıb  

18:36
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!