20 Yanvar 2026 13:17
341
SİYASƏT
A- A+
Türk ekspert: 20 Yanvar Azərbaycan xalqının müstəqilliyə gedən yolunda qanlı, lakin həlledici dönüş nöqtəsidir  

Türk ekspert: 20 Yanvar Azərbaycan xalqının müstəqilliyə gedən yolunda qanlı, lakin həlledici dönüş nöqtəsidir  


1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələr Sovet İttifaqının dağılma prosesində mərkəzi hakimiyyətin tətbiq etdiyi ən sərt hərbi müdaxilələrdən biri olmaqla yanaşı, Azərbaycan xalqının müstəqillik iradəsini sındırmağa yönəlmiş sistemli dövlət zorakılığının açıq təzahürü idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin beynəlxalq münasibətlər üzrə eksperti Mehmet Emir Aksoy deyib.

Onun sözlərinə görə, 20 Yanvar yalnız silahsız mülki şəxslərin qətlə yetirildiyi faciə deyil, eyni zamanda, müasir Azərbaycan siyasi tarixində geri dönüşü olmayan dərin ictimai və psixoloji qırılma nöqtəsidir: “1980-ci illərin sonlarında Sovet İttifaqı dərin iqtisadi böhran, mərkəzi hakimiyyətin zəifləməsi və ittifaq respublikalarında yüksələn milli hərəkatlar fonunda dağılma mərhələsinə daxil olmuşdu. Qarabağda erməni separatizminin güclənməsi və SSRİ-nin Azərbaycan türklərinin təhlükəsizliyini təmin etməkdə aciz qalması cəmiyyətdə ciddi narazılıq yaratmışdı”.

M.Aksoy qeyd edib ki, Bakıda başlayan kütləvi etirazların əsasını ərazi bütövlüyünün qorunması, konstitusiya hüquqların müdafiəsi və siyasi suverenlik tələbləri təşkil edirdi: “Bu etirazlar əsasən dinc xarakter daşıyırdı. Lakin sovet rəhbərliyi siyasi dialoq yolunu deyil, hərbi zorakılığı seçdi”.

Onun sözlərinə görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Prezidenti Mixail Qorbaçovun göstərişi ilə təxminən 26 min nəfərlik sovet hərbi birləşməsi tank və zirehli texnikalarla Bakıya yeridilib: “Fövqəladə vəziyyət əhaliyə əvvəlcədən elan edilməmişdi. Şəhər faktiki olaraq hərbi nəzarət altına alındı. Müdaxilə zamanı silahsız mülki şəxslərə atəş açıldı, mülki avtomobillər və təcili yardım maşınları hədəfə alındı”.

Ekspert vurğulayıb ki, rəsmi məlumatlara əsasən, 147 Azərbaycan vətəndaşı həlak olub, 700-dən çox insan yaralanıb, yüzlərlə şəxs isə qanunsuz şəkildə saxlanılıb. Müstəqil mənbələr itkilərin daha çox olduğunu göstərir. Hadisələrin gedişi bu müdaxilənin ictimai asayişi qorumaqdan çox, cəmiyyət üzərində qorxu və itaət yaratmaq məqsədi daşıdığını sübut edir.

M.Aksoy əlavə edib ki, 20 Yanvar hadisələri beynəlxalq hüquq baxımından da ciddi legitimlik problemləri yaradır. Silahsız mülki əhaliyə qarşı hərbi gücdən istifadə fundamental insan hüquqlarının açıq şəkildə pozulmasıdır. Buna baxmayaraq, həmin dövrdə beynəlxalq ictimaiyyətin reaksiyası zəif oldu. Bu isə Azərbaycan cəmiyyətində təkcə Moskvaya deyil, ümumilikdə beynəlxalq sistemə qarşı da dərin inamsızlıq formalaşdırdı.

Ekspertin fikrincə, qısa müddətdə sovet hakimiyyəti Bakıda nəzarət görüntüsü yaratsa da, uzunmüddətli perspektivdə 20 Yanvar Moskvanın Azərbaycan üzərindəki siyasi legitimliyini tamamilə aradan qaldırdı: “Xalqın sovet sisteminə inamı sarsıldı, müstəqillik ideyası isə kütləvi və geri dönməz milli məqsədə çevrildi. Ulu Öndər Heydər Əliyevin Moskvada verdiyi kəskin bəyanatlar bu hadisələrin Azərbaycan xalqına qarşı ağır cinayət olduğunu açıq şəkildə ortaya qoydu”.

Mehmet Emir Aksoy vurğulayıb ki, 1991-ci ildə əldə olunan dövlət müstəqilliyi 20 Yanvarın yaratdığı ictimai şüur və siyasi qətiyyət olmadan mümkün olmazdı: “Bu baxımdan 20 Yanvar Azərbaycan üçün yalnız matəm günü deyil, müstəqilliyin hansı ağır bədəllər hesabına qazanıldığını göstərən tarixi bir eşikdir. Bu hadisə Azərbaycan xalqının siyasi taleyinin kənar güclərin iradəsi ilə deyil, öz milli iradəsi və qərarlılığı ilə müəyyən olunacağını bütün dünyaya nümayiş etdirdi”.

Ekspert sonda əminliklə qeyd edib ki, bu gün 20 Yanvar Azərbaycan xalqının yaddaşında müqavimətin, suverenliyin və müstəqilliyin rəmzi kimi yaşayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ankara ilə Afina arasında əməkdaşlığın inkişafı müzakirə ediləcək

15:34
10 Fevral

Tədqiqat: İnfeksion xəstəliklərdən ölüm hallarının 10 faizi piylənmə ilə bağlıdır  

15:33
10 Fevral

Yağıntılı və küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA

15:32
10 Fevral

Fərid Cəfərov: “Kinematoqrafiya haqqında” yeni qanunun qəbulu bu sahənin inkişafına böyük təkan verəcək  

15:31
10 Fevral

BVF-nin missiyası ilə pensiya islahatları və əmək bazarındakı yeniliklər müzakirə olunub

15:07
10 Fevral

Lamiyə Vəliyeva yeni ölkə rekordu müəyyənləşdirib

14:57
10 Fevral

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

14:56
10 Fevral

Azərbaycan və ABŞ arasında süni intellekt sahəsində əməkdaşlıq müzakirə olunub  

14:53
10 Fevral

Sabah hava yağıntılı olacaq, bəzi yollar buz bağlayacaq 

14:49
10 Fevral

Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını təsdiqləyib 

14:48
10 Fevral

“Yol hərəkəti” və “Avtomobil yolları” haqqında qanunlara dəyişikliklər müzakirə olunur 

14:42
10 Fevral

"İnvestisiya fəaliyyəti haqqında" Qanunda dəyişiklik layihəsi plenar iclasa tövsiyə edilib  

14:35
10 Fevral

"Kinematoqrafiya haqqında” Qanun dəyişir

14:23
10 Fevral

Donald Tramp ABŞ və Kanada arasında körpünün açılışını əngəlləyə bilər

14:21
10 Fevral

Azərbaycan və ABŞ arasında ticarət və strateji əməkdaşlıq müzakirə edilib  

14:15
10 Fevral

Nazirlik: Pensiya təminatı üçün ayrılan illik vəsait bu il 7 milyard 993 milyon manata çatıb  

14:13
10 Fevral

Dövlət Agentliyi ötən ilin hesabatını açıqlayıb

13:46
10 Fevral

“Təhsil haqqında” Qanuna dəyişiklik edilir

13:37
10 Fevral

Azərbaycan-Meksika dostluq əlaqələri müzakirə olunub

13:33
10 Fevral

Milli Məclis “Patent haqqında” Qanuna dəyişiklikləri təsdiqlədi

13:18
10 Fevral

AQTA-nın “Sağlam məktəbli” layihəsi Ağalıda

13:14
10 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!