07 Oktyabr 2025 08:35
571
İQTİSADİYYAT
A- A+
Türk Dövlətləri Təşkilatı: məqsəd daha möhkəm birliyə nail olmaqdır

Türk Dövlətləri Təşkilatı: məqsəd daha möhkəm birliyə nail olmaqdır


TDT bunun üçün iqtisadi sahələrdə də fəaliyyətini genişləndirir


Hazırda Türk Dövlətləri Təşkilatı (TDT) dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməyi hədəfləyir. Bu da təsadüfi deyil. Çünki  həmin dövlətlər böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur və s.  Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, eləcə də  qədim tarix və  mədəniyyətləri bu ökələrin xalqlarının  böyük sərvətidir. 

Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir.Bu məqsədlə də ölkəmiz TDT ilə iqtisadi əlaqələrini genişləndirir. Bu da özünü həm  geniş formatda, həm də hər bir ölkə ilə ikitərəfli şəkildə iqtisadi əməkdaşlıqda özünü göstərir. 

Azərbaycanın qardaş Türkiyə ilə birlikdə reallaşdırdığı qlobal enerji layihələri bunun ən parlaq nümunələrindəndir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Azərbaycanı dünyada qaz ixracatçısı kimi tanıdan Bakı-Tbilisi-Ərzurum kəməri, "Cənub qaz dəhlizi"nin ən böyük hissəsi olan TANAP... Bir sözlə, Azərbaycan neftinin və qazının dünyaya yolu Türkiyədən keçir.   

Son vaxtlar Azərbaycan, Qazaxıstan və Özbəkistanın Xəzərin dibi ilə çəkəcəyi "yaşıl dəhliz" layihəsi də dünyanın diqqətindədir. Bu, 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanan "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"ə əsasən, Xəzərin və Qara dənizin dibi ilə Avropaya uzanan  "yaşıl enerji" dəhlizinin önəmli bir hissəsi olacaq. Belə misalların sayı çoxdur. 

TDT-nin iqtisadi əlaqələrinin inkişafında  keçən il iyulun 6-da təşkilatın Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü növbəti mühüm addım olmuşdur. Bunu  tədbirin "Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması" mövzusuna həsr olunması da təsdiqləyir.

Zirvə görüşündə Prezident İlham Əliyev demişdir: "Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu bizim birlikdə nəzərdə tutduğumuz hədəflərin reallaşdırılması üçün yetərli deyil. Buna görə Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür. "Şərq-Qərb" nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir. Orta dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımaları nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.. Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir. Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan "Rəqəmsal İpək Yolu" layihəsi də mühüm təşəbbüslərdən biridir".

Sözügedən qeyri-rəsmi Zirvə görüşündə qəbul edilmiş Qarabağ Bəyannaməsindən bəzi müddəaları xatırlatmaq da yerinə düşər. Belə ki, həmin sənəddə  türk dövlətlərinin regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rolu nəzərə alınmaqla, müvafiq nəqliyyat infrastrukturunun və səmərəli transregional dəhlizlərin yaradılması yolu ilə onların  arasında bağlılığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Eləcə də ticarət həcmlərini artırmaq, limanlara, dəmir yollarına, avtomobil yollarına və logistika qovşaqlarına infrastruktur investisiyalarını cəlb etməklə dayanıqlı inkişaf, iqtisadi rifah və beynəlxalq ticarət üçün təməl daşı kimi Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya-Çini birləşdirən Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta dəhlizi vasitəsilə üzvlər arasında regional əlaqəni və inteqrasiyanı gücləndirmək üçün üzv dövlətlər arasında sıx əməkdaşlığa çağırış edilib. Regional ticarət həcminin davamlı artdığı  qeyd edilərək, qarşıdan gələn illərdə ticarət həcminin həqiqi potensialına çatdırılması üçün konkret tədbirlərin görülməsi barədə razılığa gəlinib.

Məlum  olduğu kimi, Türk İnvestisiya Fondu da mövcuddur.  Yeri gəlmişkən onu da qeyd edək ki, bu   fondun yaradılması ideyası  Prezident İlham Əliyev tərəfindən irəli sürülmüşdür. Türk dünyasının iqtisadi inkişafının sürətləndirilməsi və TDT üzvləri arasında iqtisadi əlaqələrin dərinləşməsində  fondun üzərinə önəmli vəzifə düşür.  Başqa sözlə, məqsədi türk dövlətləri coğrafiyasının daha firavan gələcəyi üçün onun iqtisadi inkişafını dəstəkləmək və maliyyə davamlılığını qorumaq olan fond onların birliyini, əməkdaşlığını və iqtisadi əlaqələrini dərinləşdirmək əzminin rəmzidir. Fondun fəaliyyəti sayəsində regional ticarət və iqtisadi əməkdaşlıq yeni səviyyəyə qalxacaq. 500 milyon dollar nizamnamə kapitalına malik  Türk İnvestisiya Fondunun işlək mexanizmlərinin hazırlanmasının keçən  il Şuşada imzalanmış bəyannamədə yer alması məhz investisiya imkanlarını genişləndirmək və iqtisadi inteqrasiyanı gücləndirmək məqsədi daşıyır. 

Fond həm dövlət, həm də özəl sektor investisiyalarını sürətləndirəcək, bir çox sahədə layihələrə texniki dəstək verəcək. İnfrastruktur, bərpaolunan enerji, kənd təsərrüfatı və turizm kimi sahələrə investisiyaların artırılmasında mühüm rol oynayaraq davamlı iqtisadi inkişafa töhfə verəcək. Fond türk ölkələrinin iqtisadiyyatına əhəmiyyətli maliyyə resursları axınını stimullaşdırmaqla, xarici investisiyaların cəlb edilməsi istiqamətində də fəal iş aparacaq. Bütün bunların yekun məqsədi isə türk dövlətlərinin inteqrasiyasıdır. 

Əsas hədəflərdən biri ondan ibarətdir ki, türk dövlətlərinin iqtisadi inkişaf sürəti dünya üzrə orta göstəricidən yüksək olsun və  bunun üçün  potensial var. Çünki türk dövlətlərinin hamısı azad iqtisadiyyat prinsipləri əsasında inkişaf edir, ümumi dirçəlişə güclü təsir göstərən islahatlar və bu istiqamətdə konkret proqramlar həyata keçirir. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ə.Q.Əskərovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:44
29 İyul

Ə.Q.Əskərovun Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:44
29 İyul

E.N.Hüseynlinin Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:43
29 İyul

E.N.Hüseynlinin Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda Banqladeş Xalq Respublikasında, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:43
29 İyul

E.C.Qəhrəmanın Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:42
29 İyul

A.R.Atamoğlanovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında 

01:42
29 İyul

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 445-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:41
29 İyul

Milli Məclisin sədri Efiopiya Xalq Nümayəndələri Palatasının rəhbəri ilə görüşüb

22:14
28 İyul

Bakıda Çin Xalq Azadlıq Ordusunun yaranmasının 99-cu ildönümü qeyd edilib

21:18
28 İyul

Çinin hərbi attaşesi: Azərbaycan ilə hərbi əməkdaşlıq ikitərəfli münasibətlərin mühüm hissəsidir

20:33
28 İyul

Çin səfiri: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə əməkdaşlığı daha da dərinləşdirməyə hazırdır

20:26
28 İyul

Fransanın Jirond departamentində yanğınlar davam edir, ərazidəki bəzi müəssisələr bağlanır

20:16
28 İyul

Qədim Qəbələnin yerləşdiyi ərazidə saray tipli ictimai binanın qalıqları aşkarlanıb

20:09
28 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində çıxışlar başa çatıb

20:02
28 İyul

Azərbaycan-Serbiya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

19:54
28 İyul

Ağ evdə Trampla Zelenski arasında görüş keçirilir

19:47
28 İyul

Sənətşünas: “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası ölkənin beynəlxalq imicini daha da gücləndirəcək

19:40
28 İyul

Naxçıvanda iyul ayı üzrə bütün növ sosial müavinətlərin ödənilməsi başa çatıb

19:33
28 İyul

Azərbaycan Milli QHT Forumu BMT-nin Ətraf Mühit Proqramında rəsmi müşahidəçi statusu qazanıb

19:26
28 İyul

İnformasiya Texnologiyaları İnstitutunda proqram mühəndisliyi istiqamətində elmi tədqiqatlar aparılır

19:19
28 İyul

Azərbaycan-Almaniya münasibətlərində strateji gündəliyin əhəmiyyəti vurğulanıb

19:12
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!