28 İyul 2026 14:52
262
İQTİSADİYYAT
A- A+
Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi Koreya Fiskal İnformasiya Xidməti ilə Anlaşma Memorandumu imzalayıb

Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi Koreya Fiskal İnformasiya Xidməti ilə Anlaşma Memorandumu imzalayıb


Azərbaycan Respublikası maliyyə nazirinin müavini Himalay Məmişov Koreya Fiskal İnformasiya Xidmətinin (KFIS) nümayəndə heyəti ilə görüşüb.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal transformasiya istiqamətində həyata keçirilən islahatlar, bu sahədə Koreyanın qabaqcıl təcrübəsinin öyrənilməsi, rəqəmsal maliyyə nəzarəti və xəzinədarlıq sistemlərinin layihələndirilməsi və yol xəritəsinin hazırlanmasına dair məsələlər müzakirə olunub.

Qeyd edilib ki, layihə çərçivəsində dövlət maliyyəsinin idarə edilməsində mövcud proseslərin və informasiya sistemlərinin qiymətləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanın ehtiyaclarına uyğun müasir rəqəmsal həllərin hazırlanması nəzərdə tutulur.

Himalay Məmişov dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal transformasiyanın ölkədə aparılan institusional islahatların mühüm istiqamətlərindən biri olduğunu bildirib. O, Koreya tərəfinin ekspert və konsaltinq dəstəyini yüksək qiymətləndirərək, əməkdaşlığın konkret nəticələr, bilik və texnologiya transferi, institusional potensialın artırılması və müasir rəqəmsal dövlət maliyyəsi idarəetmə modelinin formalaşdırılması istiqamətində davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Diqqətə çatdırılıb ki, cari ilin aprel ayında Maliyyə Nazirliyinin nümayəndə heyəti Koreya Respublikasına işgüzar səfər çərçivəsində “dBrain+” sistemi əsasında dövlət maliyyəsinin rəqəmsal idarə edilməsi təcrübəsi ilə tanış olub. Həmçinin bundan əvvəl maliyyə naziri Sahil Babayevin KFIS-nin prezidenti Seok Ho Yoonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı dövlət maliyyəsinin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Bu əməkdaşlıq çərçivəsində Koreyanın “dBrain+” sistemi üzrə təcrübəsi əsasında ölkəmizdə vahid Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sisteminin yaradılması, maliyyə məlumatlarının mərkəzləşdirilməsi, dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın, hesabatlılığın və səmərəliliyin artırılması istiqamətində təcrübə mübadiləsi aparılıb.

Layihənin növbəti mərhələsində Koreya tərəfinin konsaltinq dəstəyi ilə dövlət maliyyəsinin idarə edilməsi üzrə mövcud vəziyyətin diaqnostikası, daxili maliyyə nəzarəti mexanizmlərinin inkişaf etdirilməsi, məlumatların və informasiya sistemləri arasında interfeyslərin inteqrasiyası, fiskal risklərin təhlili modellərinin və rol əsaslı idarəetmə panellərinin hazırlanması nəzərdə tutulur. Layihənin nəticəsi olaraq rəqəmsal xəzinədarlıq sisteminin konseptual dizaynının və mərhələli tətbiq yol xəritəsinin hazırlanması planlaşdırılır.

Görüş zamanı dövlət maliyyəsinin idarə edilməsində süni intellekt əsaslı həllərin tətbiqi, məlumat əsaslı qərarvermə mexanizmlərinin formalaşdırılması, büdcə proqnozlaşdırılması və fiskal risklərin erkən müəyyən edilməsi, audit və nəzarət infrastrukturunun təkmilləşdirilməsi, habelə dövlət maliyyə informasiya sistemlərinin kibertəhlükəsizlik çərçivəsinin gücləndirilməsi gələcək əməkdaşlığın prioritet istiqamətləri kimi müəyyən edilib.

Görüşün sonunda Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi ilə Koreya Fiskal İnformasiya Xidməti (KFIS) arasında “Azərbaycanın rəqəmsal maliyyə nəzarəti və xəzinədarlıq sistemlərinin layihələndirilməsi və yol xəritəsinin hazırlanması”na dair Anlaşma Memorandumu imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qvadelupadan Parisə sərt cavab: Dekolonizasiya Fransanın daxili işi deyil

15:37
28 İyul

İsmail Ermağan: Orta Dəhlizin əhəmiyyəti Azərbaycanın liderliyi ilə daha da artır  

15:30
28 İyul

“Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulmaq haqqında

15:23
28 İyul

“Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə” 

15:16
28 İyul

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

15:11
28 İyul

“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 467-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

15:09
28 İyul

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 471-VIIQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında  

15:05
28 İyul

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

15:04
28 İyul

“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

15:02
28 İyul

Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi Koreya Fiskal İnformasiya Xidməti ilə Anlaşma Memorandumu imzalayıb

14:52
28 İyul

Birinci yarımildə Azərbaycandan Tunisə xam neft ixracının dəyəri 3 dəfəyə yaxın artıb

14:19
28 İyul

ABŞ Fransanın tənqidinə etiraz olaraq BMT Təhlükəsizlik Şurasının iclasını tərk edib

14:11
28 İyul

Türkiyə UNESCO Dünya İrs Komitəsinin 49-cu Sessiyasına ev sahibliyi edəcək

14:04
28 İyul

Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib

13:47
28 İyul

Deputat: Azərbaycan Prezidentinin Almaniya səfəri və imzalanan sənədlər ölkəmizin enerji siyasətinin uzaqgörənliyini göstərir

13:40
28 İyul

Fransada deputat hökuməti “dövlət qalmaqalı”nda ittiham edir

13:33
28 İyul

Düzgün istiqamətləndirmə ilə süni intellekt güclü təhsil tərəfdaşına çevrilə bilər 

13:26
28 İyul

Rusiya səmasında gecə saatlarında 356 Ukrayna dronu vurulub

13:23
28 İyul

Səyyar ASAN xidmət Laçında

13:21
28 İyul

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

13:18
28 İyul

Prezidentin Mətbuat Xidmətinin məlumatı

13:13
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!