28 İyul 2026 17:33
179
İQTİSADİYYAT
A- A+
KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır

KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır


“KOB klaster şəhadətnaməsi” almış "Frutena", "Naturaoil" və "Healthtech Solutions" KOB klaster şirkətləri artıq müxtəlif sahələrdə fəaliyyət göstərən 20-dən çox mikro, kiçik və orta sahibkarlıq subyektini ətrafında birləşdirib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, KOB klaster şirkətlərinə yeni iştirakçıların cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Alma və nar məhsullarının, plastmaslar və onlardan hazırlanan xammal məmulatlarının, müxtəlif növ qablaşdırma məhsullarının istehsalı və keyfiyyətə nəzarət laboratoriya xidmətləri sahəsində fəaliyyət göstərən ixtisaslaşmış KOB subyektləri KOB klasterinin iştirakçısı olmaq üçün müvafiq KOB klaster şirkətinə, həmçinin əlaqələndirmə dəstəyi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edə bilərlər. Müraciətlər KOBİA-nın [email protected] elektron poçt ünvanı və ya rəsmi internet səhifəsi vasitəsilə qəbul edilir.

Hüquqi və fərdi sahibkar olan KOB subyektləri KOB klasterin iştirakçısı olmaqla aşağıdakı üstünlüklərdən yararlana bilərlər:

• KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim edilən mallardan əldə olunan mənfəət və ya gəlirin biznesin inkişafına yönəldilərək kapital xarakterli xərclərə sərf edilən hissəsi üzrə 7 il müddətinə mənfəət (gəlir) vergisindən azadolma;

• KOB klaster şirkətinin istehsal və təchizat zəncirinə qoşulmaqla uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq;

• məhsul və xidmətlər üçün yeni bazar imkanlarını genişləndirmək;

• rəqabət qabiliyyətini artırmaq;

• istehsal və xidmət keyfiyyətini yüksəltmək;

• satış və istehsal həcmini artırmaq üçün yeni imkanlar qazanmaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: İranla razılaşmasaq, Pikaks dağını da məhv edəcəyik

18:23
28 İyul

Rəqəmsallaşma Orta Dəhlizlə yükdaşımaların həcmini daha da artıracaq

18:16
28 İyul

“Sabah” fransalı futbolçunu tanınmış kluba satıb

18:09
28 İyul

Yaponiya Azərbaycanla parlamentlərarası əlaqələri inkişaf etdirməkdə maraqlıdır

18:02
28 İyul

Yaponiya parlamentinin nümayəndə heyəti “ASAN xidmət”də

17:54
28 İyul

Qayıdış davam edir – Badara sakinləri doğma yurdlarını yenidən dirçəldirlər 

17:47
28 İyul

Türk ekspert: Orta Dəhliz və Zəngəzur dəhlizi Asiya-Sakit okean ölkələri üçün Hörmüz boğazına alternativ ola bilər

17:40
28 İyul

KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır

17:33
28 İyul

Qaradağ rayonunda ağsaqqallarla görüş keçirilib

17:31
28 İyul

Magistratura üzrə respublika birincisi AzTU-nu seçib

17:26
28 İyul

BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq

17:21
28 İyul

Orta Dəhlizlə Britaniyaya ilk dəfə yük göndərilib

17:19
28 İyul

Ekspert: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında formalaşan yeni geoiqtisadi məkanın strateji qovşağına çevrilir

17:12
28 İyul

Azərbaycanın xalq təbabəti və etnobotaniki irsi: aterosklerozun müalicəsində istifadə olunan dərman bitkiləri

15:58
28 İyul

Media: Oman Hörmüz boğazının Malakka boğazı kimi idarə olunması mexanizmini təklif edib

15:51
28 İyul

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

15:44
28 İyul

Qvadelupadan Parisə sərt cavab: Dekolonizasiya Fransanın daxili işi deyil

15:37
28 İyul

İsmail Ermağan: Orta Dəhlizin əhəmiyyəti Azərbaycanın liderliyi ilə daha da artır  

15:30
28 İyul

“Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulmaq haqqında

15:23
28 İyul

“Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə” 

15:16
28 İyul

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

15:11
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!