18 Avqust 2026 14:52
620
CƏMİYYƏT
A- A+
Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub


Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi olmaqla qədim tarixə, mədəniyyətə, milli-mənəvi ənənələrə malik olan bir məkandır. Naxçıvanın inkişafı, insanların həyatının yaxşılaşdırılması, bu regionun tanınması və şöhrətlənməsi Azərbaycan dövlətinin daim diqqət mərkəzində olub və bu gün də belədir. Prezident İlham Əliyevin son illərdə 17 dəfə Naxçıvana səfər etməsi, bu məkanın, Muxtar Respublikanın sosial-iqtisadi inkişafı, mədəniyyəti və tarixi ilə dərindən maraqlanması bir daha göstərir ki, Naxçıvana diqqət, qayğı və etimad çox böyükdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Onun sözlərinə görə, dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın Naxçıvana son səfəri də çox əlamətdar və yaddaqalan oldu. Prezident İlham Əliyev son illərdə görülmüş işlərin bir daha aydın mənzərəsini yaratdı, açılış mərasimlərində iştirak etdi, mətbuata bəyanatla çıxış etdi və Naxçıvanın sosial-iqtisadi inkişafının sürətlənməsinə dair çox mühüm bir sənəd imzaladı. Bu, əlbəttə ki, Muxtar Respublikaya göstərilən qayğı və diqqətin yeni bir ifadəsi idi.

“Nəqliyyat infrastrukturunun, sosial-iqtisadi inkişafın, kənd təsərrüfatının sürətləndirilməsi ilə bağlı 258 milyon manat vəsaitin ayrılması, sözsüz ki, bu regionun gələcək inkişafına əsaslı təkan verəcək. Prezident İlham Əliyev öz çıxışında da bunu bir daha qeyd etdi. Digər tərəfdən, Naxçıvan strateji əhəmiyyətə malik olan bir məkandır və Zəngəzur dəhlizinin açılması, istifadəyə verilməsi regionu daha da şöhrətləndirəcək, onun inkişafını daha da sürətləndirəcəkdir. Çünki bu elə bir məkandır ki, nəinki region üçün, eləcə də Cənubi Qafqaz üçün, qonşu dövlətlərin inkişafı üçün əhəmiyyətli rol daşıyır. Gürcüstan, Azərbaycan, Türkiyə, İran və Ermənistan dövlətlərinin bir-biri ilə nəqliyyat və dəmir yolu vasitəsilə əlaqə saxlaması məhz Naxçıvanın gələcək inkişafından və nəqliyyat infrastrukturunun qurulmasından çox asılıdır. Prezident İlham Əliyev də bunu öz çıxışında dedi və Orta Dəhlizin artan əhəmiyyəti, Azərbaycanın bu marşrutun inkişafındakı rolu ölkə rəhbərinin çıxışında bir daha diqqətə çatdırıldı. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə nəqliyyat-logistika əməkdaşlığının genişləndirilməsində Muxtar Respublikanın çox böyük rol oynadığı bir daha xatırladıldı”, - deyə T.Rzayev əlavə edib

Deputat qeyd edib ki, dövlətimizin başçısı hər bir regiona özünün doğma münasibətini, qayğısını göstərir. Bu baxımdan Naxçıvanın tarixi qədimliyi, çox böyük tarixi və mədəni abidələrə malik olması, əlverişli bir məkanda yerləşməsi gələcəkdə həm nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, həm də turizmin inkişafı baxımından əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin Naxçıvana səfəri göstərdi ki, bu region tez bir zamanda yeni bir inkişaf mərhələsinə daxil olacaq, insanların sosial rifah halının yaxşılaşdırılması daha da öz nəticələrini göstərəcək və regionun inkişafında bu respublikanın mövqeyi bir daha möhkəmlənəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub 

22:43
04 Sentyabr

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib  

20:26
04 Sentyabr

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub 

19:32
04 Sentyabr

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

19:30
04 Sentyabr

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb

19:27
04 Sentyabr

Sahibə Qafarova: "Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir"

19:26
04 Sentyabr

Həkim əməyinə verilən dəyər insan sağlamlığına xidmət edir

19:16
04 Sentyabr

Qaradağ rayonunda şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim olunub

19:07
04 Sentyabr

Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

19:04
04 Sentyabr

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır

18:17
04 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

18:14
04 Sentyabr

Türk professor: “Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir “

17:33
04 Sentyabr

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir

17:30
04 Sentyabr

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək 

17:27
04 Sentyabr

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

17:24
04 Sentyabr

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

17:00
04 Sentyabr

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

16:58
04 Sentyabr

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaş müraciətlərini dinləyib

16:55
04 Sentyabr

Azərbaycan-Qazaxıstan strateji münasibətlərinin inkişafı müzakirə olunub

16:52
04 Sentyabr

M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

16:50
04 Sentyabr

Professor: “ŞƏT plyus” formatı Azərbaycanın balanslaşdırma siyasəti üçün imkanları genişləndirir

16:48
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!