18 Avqust 2026 14:39
628
SİYASƏT
A- A+
Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur 

Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur 


Naxçıvan Azərbaycanın dövlətçilik tarixində mühüm mövqeyə malik qədim diyar olmaqla yanaşı, Şərqlə Qərb, Şimalla Cənub arasında tarixi əlaqələndirici məkan kimi çıxış edib. Bu gün isə Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Canməmməd Canməmmədov deyib.

Deputat bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər regionda yeni reallıqlar yaradıb. Ərazi bütövlüyünün və suverenliyin bərpası ilə yanaşı, kommunikasiyaların açılması, nəqliyyat əlaqələrinin genişləndirilməsi və yeni iqtisadi imkanların formalaşdırılması üçün şərait yaranıb. Bu proses Naxçıvanın gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Naxçıvana səfərləri bu siyasətin ardıcıl xarakter daşıdığını göstərir. Son səfər çərçivəsində Sənaye Parkının təməlinin qoyulması, Regional DOST Mərkəzinin açılması, nəqliyyat, enerji, sosial xidmətlər, şəhərsalma və mədəni irslə bağlı layihələrə diqqət yetirilməsi Naxçıvanın kompleks inkişaf strategiyasının həyata keçirildiyini nümayiş etdirir: “Bu inkişafın mühüm siyasi əsaslarından biri Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsi ilə bağlıdır. Naxçıvanda Ulu Öndərin həyata keçirdiyi siyasi fəaliyyət Azərbaycanın müstəqilliyinin və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm rol oynayıb. Prezident İlham Əliyevin siyasəti isə həmin irsi müasir dövrün tələblərinə uyğun davam etdirir. 2023–2027-ci illər üçün Dövlət Proqramı Naxçıvanın sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi və ölkə iqtisadiyyatına inteqrasiyası üçün mühüm yol xəritəsidir. Son illərdə yaradılan istehsal və xidmət sahələri, sahibkarlıq layihələrinin maliyyələşdirilməsi, ÜDM, sənaye, nəqliyyat və informasiya-rabitə sahələrində artım iqtisadi fəallığın gücləndiyini göstərir. Əsas kapitala investisiyaların və tikinti-quraşdırma işlərinin artması da inkişafın investisiyayönümlü xarakter aldığını göstərir”.

O qeyd edib ki, Naxçıvan Sənaye Parkının yaradılması isə regionun istehsal və ixrac potensialının artırılması baxımından mühüm addımdır. Parkın fəaliyyəti yeni müəssisələrin yaradılmasına, investisiyaların cəlb edilməsinə, məşğulluğun artmasına və əlavə dəyərin formalaşmasına imkan verə bilər. Beləliklə, Naxçıvan yalnız tranzit ərazi deyil, həm də istehsal və emal mərkəzinə çevrilə bilər. Nəqliyyat kommunikasiyalarının açılması Naxçıvan üçün yeni perspektivlər yaradır. Zəngəzur dəhlizi və TRIPP çərçivəsində kommunikasiyaların inkişafı, Qars–İğdır–Naxçıvan dəmir yolu layihəsi Naxçıvanın Azərbaycanın əsas hissəsi, Türkiyə və daha geniş regional nəqliyyat sistemləri ilə əlaqələrini gücləndirə bilər. Bu baxımdan Naxçıvanın gələcəkdə mühüm ticarət və logistika mərkəzinə çevrilməsi üçün imkanlar formalaşır. Enerji sahəsində də mühüm layihələr həyata keçirilir. Yeni elektrik stansiyaları, yarımstansiyalar, enerji infrastrukturunun yenilənməsi, İğdır–Naxçıvan qaz kəməri və bərpaolunan enerji layihələri Naxçıvanın enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Günəş və su elektrik stansiyalarının yaradılması gələcəkdə regionun enerji potensialını daha da artıra bilər. Su təhlükəsizliyi və kənd təsərrüfatının inkişafı da prioritet istiqamətlərdəndir. 2026–2030-cu illər üçün nəzərdə tutulan tədbirlər su itkilərinin azaldılmasına, suvarma sistemlərinin yenilənməsinə və kənd təsərrüfatının su təminatının yaxşılaşdırılmasına yönəlib. Kooperativlərin yaradılması və kənd təsərrüfatı məhsullarının emalının inkişafı isə istehsalçıların bazara çıxış imkanlarını genişləndirə bilər.

“Naxçıvanın inkişafında insan amili də xüsusi yer tutur. “ASAN xidmət”, Regional DOST Mərkəzi, yeni məktəblər, STEAM Təlim-Tədris Mərkəzi və digər sosial layihələr xidmət və təhsil imkanlarının müasirləşdirilməsinə xidmət edir. Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafını nəzərdə tutan Baş Plan isə şəhərsalmanın uzunmüddətli və planlı şəkildə həyata keçirilməsini təmin etməyə yönəlib. Mədəni irsin qorunması da inkişaf strategiyasının mühüm hissəsidir. Naxçıvanın 100 illik yubileyinin qeyd edilməsi, “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması və Möminə xatun türbəsində aparılan bərpa işləri qədim irsə dövlət qayğısını göstərir. İdarəetmə sahəsində həyata keçirilən dəyişikliklər də Naxçıvanın yeni mərhələsinin mühüm tərkib hissəsidir. Beləliklə, regionda iqtisadiyyat, infrastruktur və idarəetmə sistemi paralel şəkildə yenilənir. Bütün bu proseslər göstərir ki, Naxçıvanın inkişafı ayrı-ayrı layihələrin məcmusu deyil, vahid strategiyanın tərkib hissəsidir. Sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, sosial xidmətlər, şəhərsalma və turizmin paralel inkişafı Naxçıvanın yeni iqtisadi modelini formalaşdırır. Zəfərin yaratdığı yeni reallıqlar Naxçıvan üçün yalnız nəqliyyat bağlantılarının bərpası deyil, ticarət, investisiya, enerji, sənaye, turizm və regional əməkdaşlıq imkanlarının genişlənməsi deməkdir. Beləliklə, Naxçıvanın yeni inkişaf mərhələsi Azərbaycanın regional mövqeyinin gücləndirilməsi ilə birbaşa bağlıdır. Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni iqtisadi və geosiyasi məzmun qazanır. Naxçıvan yenidən yolların kəsişdiyi məkana çevrilir və bu yollar artıq Azərbaycanın gələcək inkişafına aparan nəqliyyat, iqtisadiyyat, enerji, investisiya və əməkdaşlıq yollarıdır”, - deyə C.Canməmmədov əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

V.İ.Sadıqovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında 

00:18
05 Sentyabr

A.K.Əcəmovun Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

00:17
05 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyasının “20 Sentyabr” adlandırılması haqqında

00:17
05 Sentyabr

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub 

22:43
04 Sentyabr

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib  

20:26
04 Sentyabr

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub 

19:32
04 Sentyabr

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

19:30
04 Sentyabr

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb

19:27
04 Sentyabr

Sahibə Qafarova: "Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir"

19:26
04 Sentyabr

Həkim əməyinə verilən dəyər insan sağlamlığına xidmət edir

19:16
04 Sentyabr

Qaradağ rayonunda şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim olunub

19:07
04 Sentyabr

Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

19:04
04 Sentyabr

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır

18:17
04 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

18:14
04 Sentyabr

Türk professor: “Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir “

17:33
04 Sentyabr

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir

17:30
04 Sentyabr

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək 

17:27
04 Sentyabr

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

17:24
04 Sentyabr

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

17:00
04 Sentyabr

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

16:58
04 Sentyabr

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaş müraciətlərini dinləyib

16:55
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!