31 Avqust 2025 08:55
1058
İQTİSADİYYAT
A- A+
Tovuzlu fermerlər razılıq edirlər

Tovuzlu fermerlər razılıq edirlər


Deyirlər ki, torpaqda həmişə çörək var


Payız yaxınlaşsa da, havalar isti keçir. Buna baxmayaraq, kənd adamları yetişdirdikləri məhsulu vaxtında və itkisiz toplamaq üçün gün çıxandan qaş qaralanacan sahələrdədirlər. Belə bir dövrdə tovuzlular da əlləri çatan bütün imkanlardan istifadə edirlər ki, zəhmətləri hədər getməsin. 

Qeyd edək ki, Tovuz rayonunda da kənd təsərrüfatının bütün sahələrinin inkişafı istiqamətində uğurlu addımlar atılır. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, gübrə və texnika almaqla dövlətin bütün imtiyazlarından maksimum istifadə edir, verilən subsidiyalardan yararlanırlar.  

Tovuz ölkəmizin iri kənd təsərrüfatı rayonlarındandır. Rayon üzrə 131 min 211 hektar əkinəyararlı torpaq sahəsi var. Əkinçilər bu torpaqlarda hər il bol kənd təsərrüfatı məhsulları yetişdirirlər. Ən çox diqqət isə taxılçılığa yönəldilmişdir. Əvvəlki illərdə olduğu kimi, cari il də rayon üzrə 12075 hektarda taxıl əkilmişdir.  Ümumi taxıl sahələrindən 38 min 553,4 ton buğda, 7 min 500 ton arpa yığılmışdır.  

Rayonda taxılçılıqda zəngin təcrübəsi olan çoxlu sayda fermer var. Onlardan biri də Ədalət Məhərrəmovdur. O, istifadəsində olan 100 hektarda hər il bol taxıl yetişdirir. "Tovuz Aqrokompleks", "Tovuz Aqro" və "Aqro Dairy" MMC-lər də  hər il taxıl istehsalında fərqlənirlər. 

Rayonun aqrar sektorunda kartofçuluq da mühüm yer tutur. Keçən il 5496 hektarda kartof əkən fermerlər hər hektardan 298,6 sentner məhsul götürməklə əvvəlki ildəki göstəricini üstələmişlər. Cari mövsüm isə fermerlər  daha çox kartof əkmişlər. Hazırda onlar yığımla məşğuldurlar. 

Tovuzda heyvandarlığın inkişafı da diqqətdən kənarda qalmır. Cari ilin əvvəlinə olan məlumata görə, rayonda 164 min baş qoyun və keçi, 41 min baş qaramal var. Qaramalın 42,6 faizi ana inəklərdir. Heyvandarlıq məhsulları istehsalında da ayrı-ayrı təsərrüfatlar fərqlənirlər. Məsələn, Qovlar şəhər sakinləri Şahin Ələsgərov, Tofiq Bayramov, Cəlal Ələsgərov və bir çoxları kimi. 

İstehsal olunan südün emalında Bozalqanlı kəndindəki süd emalı müəssisəsinin rolu böyükdür. Müəssisə sutka ərzində 300 litrə qədər süd qəbul etmək gücündədir. Burada 20-yədək işçi çalışır və gün ərzində qatıq və yağ istehsal olunur. Müəssisədə istehsal edilən hazır məhsullar demək olar ki, anbarda qalmır, müəssisənin  mağazasında qısa vaxtda satılır. 

Rayonda iqtisadi cəhətdən gəlirli olan üzümçülüyün zəngin ənənəsi var. Məlum olduğu kimi, sovetlər birliyi dağıldıqdan sonra digər sahələrlə birlikdə üzümçülük də məhv edilmişdi. Uzun illər bu sahədən yüksək qazanc əldə edən təsərrüfatlar sıradan çıxmış, peşəkar üzümçülər məcburən başqa sahələrə üz tutmuşlar. Həmin illər Tovuz rayonunda 10 min hektara  yaxın üzüm plantasiyaları mövcud idi. İllik istehsal 120 min tona çatmışdı. Tovuzda o illər 12 şərab emalı müəssisəsi fəaliyyət göstərirdi. Bu gəlirli sahə bir də 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə dövlət proqramı təsdiq edildikdən sonra dirçəlməyə başladı. Hazırda Tovuzda 1150 hektar üzüm bağı var. Bu bağların 1070  hektarı bar verir. Keçən il hər hektardan 284 sentner olmaqla 7250 ton üzüm yığılmışdır. Bu il də məhsul boldur. Nəticə hazırda davam edən yığımdan sonra məlum olacaq.

     

Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir   

21:08
14 Noyabr

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

20:09
14 Noyabr

"Meta" 805 milyon avro məbləğində cərimələnib

19:29
14 Noyabr

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

18:12
14 Noyabr

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

16:44
14 Noyabr

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

15:39
14 Noyabr

Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələri enerji layihələri ilə məhdudlaşmır

15:12
14 Noyabr

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

14:53
14 Noyabr

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

14:41
14 Noyabr

Azərbaycan–Böyük Britaniya münasibətləri strateji tərəfdaşlıq müstəvisində

14:39
14 Noyabr

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

14:36
14 Noyabr

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

14:31
14 Noyabr

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

13:26
14 Noyabr

Bir gündə 10 təşəbbüs, 10 görüş...

13:26
14 Noyabr

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

12:47
14 Noyabr

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir

12:29
14 Noyabr

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

12:25
14 Noyabr

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

12:01
14 Noyabr

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

11:48
14 Noyabr

Azərbaycan nefti 102 dollara satılır

11:27
14 Noyabr

Azərbaycan Avropanın enerji keçidində iştirak edəcək vacib tərəfdaşdır

11:24
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!