22 Aprel 2026 09:05
142
İQTİSADİYYAT
A- A+
Torpaqlar istifadəsiz qalmayacaq

Torpaqlar istifadəsiz qalmayacaq


Laçının Zabux, Ağdərənin Həsənriz kəndlərinin və Xocavəndin Qırmızı Bazar qəsəbəsinin sakinləri ilə torpaqların əkin məqsədli istifadəyə verilməsinə dair icarə müqavilələri imzalanıb


Laçın rayonunun Zabux, Ağdərə rayonunun Həsənriz kəndlərinin və Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin sakinləri ilə torpaqların əkin məqsədli istifadəyə verilməsinə dair icarə müqavilələri imzalanıb. 

Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumatda bildirilir ki, bununla bağlı keçirilən tədbirdə adıçəkilən nazirliyin, Laçın rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları, nazirliyin Aparatı və tabeliyində olan qurumların məsul şəxsləri, Laçın, Tərtər və Xocavənd Dövlət Aqrar İnkişaf mərkəzlərinin əməkdaşları, kənd sakinləri, fermerlər və sahibkarlar iştirak ediblər.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, Zabux, Həsənriz kəndləri və Qırmızı Bazar qəsəbəsi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli fərmanının 4.1-ci bəndi və Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli, 544 nömrəli qərarı ilə təsdiqlənən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları"na əsasən həyata keçirilir.

Nazir müavini qeyd edib ki, torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün kənd və qəsəbə sakinlərindən müraciətlərin qəbulu prosesi Zabux kəndi üzrə 2025-ci il 25 sentyabr-25 oktyabr, Həsənriz kəndi üzrə 2025-ci il 30 dekabr-2026-cı il 2 fevral və Qırmızı Bazar qəsəbəsi üzrə isə 2026-cı il 13 fevral-13 mart tarixləri arasında Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə aparılıb. Ümumilikdə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ilə bağlı Zabux kəndi sakinlərindən 145, Həsənriz kəndi sakinlərindən 139 və Qırmızı Bazar qəsəbəsi sakinlərindən isə 84 müraciət daxil olub. Torpaqların istifadəyə verilməsi prosesinin nəzərdə tutulan vaxtda yekunlaşdırılması məqsədilə Laçın, Tərtər və Xocavənd Dövlət Aqrar İnkişaf mərkəzlərinin əməkdaşları tərəfindən kənd sakinlərinə hərtərəfli texniki dəstək göstərilib.

Daxil olan müraciətlər təhlil edilib, təqdim edilən parsellərə müraciətlər çox olduğu üçün qaydalara əsasən birləşmə imkanları barədə məlumatlandırma aparılıb. Nəticədə müraciətləri təsdiqlənmiş şəxslərdən Zabux kəndi üzrə 62 nəfər tərəfindən 8 kooperativ, Həsənriz kəndi üzrə 37 nəfər tərəfindən 4 və Qırmızı Bazar qəsəbəsi üzrə isə 8 nəfər tərəfindən 2 ailə kəndli təsərrüfatları formalaşdırılıb. İlkin mərhələdə Kənd Təsərrüfatı Nazirliyi ilə kooperativlər və ailə kəndli təsərrüfatlarında birləşmiş kənd sakinləri arasında icarə müqavilələri imzalanıb.

Qaydalara əsasən, istifadəsinə torpaq sahələri verilmiş kənd sakinləri torpaqlardan təyinatına uyğun istifadə etməli, ərazinin iqlim şəraitinə uyğun və mütəxəssislərin tövsiyə etdikləri bitkiləri yetişdirməli, yalnız sertifikatlı toxum və tinglərdən istifadə etməli, torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görməlidirlər. Müəyyən olunmuş qaydalara əməl etməyən sakinlərlə bağlanmış icarə müqavilələrinə xitam veriləcək, torpaq sahələri təyinatına uyğun istifadə üçün digər kənd sakinlərinin istifadəsinə veriləcək.

İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxillik bitkilər üçün isə 5 il təşkil edir. Növbəti illərdə torpaqdan səmərəli istifadənin nəticələrinə uyğun olaraq müqavilələrin müddəti uzadıla bilər.

Tədbir çərçivəsində kənd sakinlərinə aqrar sahədə dövlət dəstəyi tədbirləri, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumların göstərdiyi xidmətlər, aqrar subsidiya mexanizmi, texnika və damazlıq heyvanların alınmasının maliyyələşdirilməsi, kənd təsərrüfatı təyinatlı kreditlərin ayrılması, müasir suvarma sistemlərindən istifadənin əhəmiyyəti və aqrar sığorta mexanizminin tətbiqi ilə bağlı məlumatlandırma sessiyaları təşkil olunub, fermerlərin Laçın şəhərində keçirilən Aqrar Biznes Festivalında iştirakı təmin edilib.

Xatırladaq ki, kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi ilə bağlı keçirilən təlimlərdə Zabux, Həsənriz kəndləri və Qırmızı Bazar qəsəbəsi üzrə torpaqların istifadəyə verilməsi üçün EKTİS vasitəsilə müraciətlərin qəbulu qaydaları, şərtlər və tələblər, müasir suvarma sistemlərinin əhəmiyyəti, səmərəli təsərrüfatçılığın təşkili, texnikalardan səmərəli istifadə qaydaları, tərəvəzçilik, bitkiçilik, meyvəçilik, əkinçilik, aqrar sahədə fermerlərə göstərilən dövlət dəstəyi tədbirləri, işğaldan azad olunmuş ərazilərdə davranış qaydaları və iqlim dəyişkənliyinin kənd təsərrüfatına təsirləri mövzularında məlumatlandırma aparılıb.

Təlimləri uğurla başa vuran kənd sakinlərinə sertifikatlar təqdim olunub. Müqavilə imzalayan bütün fermerlər qeyd edilən təlimləri uğurla başa vurublar.


Lazım QULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Latviya Prezidenti Edqars Rinkeviçs Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

10:17
22 Aprel

Baş nazir Əli Əsədov Qazaxıstana işgüzar səfərə gəlib

10:16
22 Aprel

Azərbaycan nefti 110 dollara satılır

09:45
22 Aprel

Yardımlıda ödənişsiz tibbi müayinələr təşkil olunub

09:45
22 Aprel

Bu gün Beynəlxalq Yer kürəsi Günüdür

09:44
22 Aprel

NASA Marsda həyatın mövcudluğuna dair güclü dəlil tapıb

09:42
22 Aprel

Çin uçuş zamanı dronları enerji ilə təmin edən mikrodalğalı şüa texnologiyasını nümayiş etdirib  

09:40
22 Aprel

Rənglərin BMT-dən sülh çağırışı

09:40
22 Aprel

Türkiyədə Mərmərə dənizinin niyə qəhvəyi rəngə boyandığı məlum olub  

09:39
22 Aprel

Ankara vilayətində hərbi helikopter qəzaya uğrayıb

09:36
22 Aprel

Orta əsr memarlığının şah əsəri - Şirvanşahlar sarayı

09:35
22 Aprel

Atası onu riyaziyyatçı etmək istəyirdi, bəstəkar oldu

09:30
22 Aprel

Tramp İranla atəşkəs rejimini uzatdığını açıqlayıb

09:26
22 Aprel

Avropada həyəcan təbili 

09:25
22 Aprel

Biz niyə başıaşağı olmuşuq

09:20
22 Aprel

Sosial mediadan səmərəsiz istifadənin psixoloji təsirləri

09:15
22 Aprel

Qusarda yağışlardan 170-dən çox fermer ziyan görüb

09:10
22 Aprel

Torpaqlar istifadəsiz qalmayacaq

09:05
22 Aprel

Xızı yay turizm mövsümünə hazırlaşır

09:00
22 Aprel

Havaların yağmurlu keçməsinə baxmayaraq...

08:55
22 Aprel

Gəncənin nümayəndə heyəti Çinin Çindao şəhərinə səfər edib

08:50
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!