22 Aprel 2026 08:55
301
İQTİSADİYYAT
A- A+
Havaların yağmurlu keçməsinə baxmayaraq...

Havaların yağmurlu keçməsinə baxmayaraq...


Göygöl fermerləri yaz-tarla işlərini ləngitməməyə çalışırlar


Göygöl təkcə füsunkar təbiəti ilə deyil, işgüzar insanları ilə də seçilir. Hər ili uğurlu göstəricilərlə yola salan rayonun fermerləri cari ilin təsərrüfat işlərinə də həvəslə başlamışlar. 

Keçən ilin payızında cari ilin məhsulu üçün rayon üzrə 5369,5 hektarda dən və yaşıl yem üçün payızlıq, eləcə də 82 hektarda (aprel ayının 1-nə kimi)  dənli bitkilərin səpini aparılmışdır. Ümumiyyətlə, bahar girəndən tarlalarda yazlıq bitkilərin kütləvi əkininə başlanılmışdır. Əldə etdiyimiz son məlumata görə, bu dövr 73,3 hektarda yazlıq arpa, 1,6 hektarda yazlıq buğda, 7,1 hektarda vələmir, 1,5 hektarda yem çuğunduru, 42,5 hektarda yem bitkiləri, 1 hektarda günəbaxan, 82 hektarda kartof, 64 hektarda tərəvəz əkilmişdir. Aprelin 1-nə kimi 5642,5 hektarda payızlıq və yazlıq bitkilərin əkini aparılmışdır ki, bu da aparılacaq əkinin 10,4 faizi qədərdir. 

Hazırda 908,2 hektar meyvə və giləmeyvə, 717,7 hektar üzüm bağlarında aqrotexniki tədbirlər həyata keçirilir - ağaclar budanır, torpaq yumşaldılır, gübrələmə və zərərvericilərə qarşı profilaktik tədbirlər görülür. 

Kənd təsərrüfatının digər sahələrində də işlər davam edir. Xüsusən heyvandarlığın inkişafına diqqət artırılır. Bu ilin yanvar-mart aylarında quş əti də daxil olmaqla rayon üzrə diri çəkidə 1232,7 ton ət, 6469,8 ton süd, 4 milyon 314 min ədəd yumurta istehsal edilmişdir. Bu, 2025-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı üzrə 1,1, süd istehsalı üzrə 0,8 faiz artım deməkdir. Onu da qeyd edək ki,  aprelin 1-nə olan vəziyyətə görə rayon üzrə 21 min qaramal (onun 10,1 min başı inək və camışdır),  123,4 min baş qoyun və keçi var.  

Əkin sahələrinin genişlənməsi, yazlıq səpin işlərinin vaxtında aparılması  aqrotexniki tədbirlərin həyata keçirilməsi və heyvandarlıq sahəsində olan artım rayonun aqrar sektorunda işlərin yaxşı getdiyini göstərir. Bu inkişaf tempi ilin növbəti aylarında da məhsuldarlığın artacağına və kənd təsərrüfatında ümumi göstəricilərin daha da yaxşılaşacağına əsaslı zəmin yaradır.

İndi rayonda onlarca fermer təsərrüfatı var ki, onlar hər il nümunə gəstərirlər. Belə fermerlərdən biri Rəfail Mustafayevdir. Uzun illərdir taxılçılıq sahəsində yüksək göstəricilər əldə edən fermer bu mövsüm 203 hektarda “Qırmızı gül-1” buğda sortu yetişdirir. Hər hektardan 45-50 sentner məhsul götürən Rəfail  Mustafayev dövlət tərəfindən verilən subsidiyaların hesabına təsərrüfatını daha da genişləndirmişdir. Hazırda fermerin təsərrüfatında xeyli sayda texnika, cümlədən taxılbiçən kombayn, şum traktoru, taxılsəpən və digər avadanlıqlar var.

Rayonda fərqlənən fermerlərdən biri də Mollacəlilli kənd sakini Mübariz Əliyevdir. O, uzun illərdir ki, heyvandarlıq sahəsində fəaliyyət göstərir. Ailə təsərrüfatına başçılıq edən fermer hazırda 50 baş yerli qaramal bəsləyir. O, hər il süni mayalama yolu ilə cins düyələr əldə edir. Dövlətin heyvandarlıq sahəsinə göstərdiyi dəstəkdən yararlanan M.Əliyev daha çox məhsuldarlığa fikir verir.

Fermer Fuad Abbasov isə təsərrüfatında moruq yetişdirməklə məşğuldur. Fəaliyyətə 1 hektar sahədə moruq əkini ilə başlayan təsərrüfat sahibinin indi 7,3 hektarda intensiv moruq bağı var. İl ərzində hər hektardan orta hesabla 8 tona yaxın məhsul götürülən təsərrüfatda hazırda 20-25 nəfər işçi çalışır.


Sabir ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstan mediası Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündəki çıxışına geniş yer ayırıb  

22:25
10 May

Prezident İlham Əliyevin sosial media hesablarında Zəngilan səfəri ilə bağlı videoçarx paylaşılıb

22:19
10 May

Premyer Liqa: "Neftçi"dən asan qələbə

21:46
10 May

Nikol Paşinyan: Qarabağ bizim deyildi  

21:18
10 May

Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı  

20:19
10 May

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər

20:03
10 May

Premyer Liqa: “Karvan-Yevlax”ın I Liqaya düşməsi dəqiqləşib

19:48
10 May

Kişineuda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib  

18:43
10 May

Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

18:29
10 May

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım edib

17:55
10 May

Azərbaycan Ordusunun gənc əsgərləri and içiblər

16:51
10 May

Misir-Azərbaycan Dostluq Parkında Ulu Öndərin xatirəsi anılıb

16:48
10 May

Prokurorluq əməkdaşları Fəxri Xiyabanı ziyarət edib

16:37
10 May

Maliyyə Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

16:22
10 May

Ədliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

16:12
10 May

Dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

16:01
10 May

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

15:57
10 May

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək

15:54
10 May

Xocalıda Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası

15:49
10 May

Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub

15:47
10 May

Səfir: Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı Türkiyə-Azərbaycan əlaqələri üçün ən mühüm ortaq məqsəddir

15:41
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!