15 Noyabr 2025 08:33
640
SİYASƏT
A- A+
Tolerantlıq prinsiplərinə sadiqlik

Tolerantlıq prinsiplərinə sadiqlik


Azərbaycan tolerantlıq prinsiplərinə sadiq, multikultural mühitin formalaşdığı bir məkandır. Ölkəmizdə tolerantlıq, birgəyaşayış və qarşılıqlı hörmət dəyərləri ənənəyə çevrilib. Yüz illər öncə olduğu kimi, bu gün də respublikamızda mövcud olan müxtəlif mədəniyyətlər, fərqli inanc sahibləri mehriban ailə kimi yaşayırlar. Azərbaycan tolerantlıq və multikulturalizm dəyərlərini uca tutması ilə dünyaya nümunədir.

Prezident İlham Əliyevin bildirdiyi kimi: "İctimai-siyasi quruluşdan asılı olmayaraq, Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq". Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələrinin bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşadığını, heç vaxt ölkəmizdə dini-milli zəmində qarşıdurma, yaxud da anlaşılmazlıq olmadığını diqqətə çatdıran dövlət başçısı qeyd edib ki bu, bizim böyük sərvətimizdir: "Bütün dinlərin tarixi abidələri dövlət tərəfindən qorunur, eyni zamanda dövlət öz vəsaiti hesabına bu abidələrin bərpasını təmin edir. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar tikilir, təmir edilir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik. Bütün dini icmalar bunu birlikdə qeyd edir. Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik. Bu gün dünyanın ən qədim məscidlərindən biri Azərbaycanda, Şamaxı şəhərində yerləşir. Şamaxı məscidi 743-cü ildə tikilmişdir və bərpa edilərək bu gün fəaliyyət göstərir. Eyni zamanda Şəki şəhərinin yaxınlığında Qafqazın ən qədim kilsələrindən biri - Qafqaz Albaniyası kilsəsi bir tarixi abidə kimi yaşayır. O tarixi abidə də bərpa edilərək bu gün xidmət göstərir və çoxlu turistləri cəlb edir. Bakının yaxınlığında qədim zərdüştlük, atəşpərəstlik məbədi bu gün qorunub saxlanılır". 

Ölkəmizdə yaşayan bütün xalqların və etnik qrupların nümayəndələrinin hər zaman sevinci də, dərdi, kədəri də bir olub. Bu birliyi 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı, irimiqyaslı hücumu səbəbilə başlayan və 44 gün davam edən Vətən müharibəsində də bütün dünya bir daha gördü. 

2020-ci il noyabrın 8-də Vətən müharibəsini böyük Zəfəri ilə başa vuraraq, Qarabağda, Şərqi Zəngəzurda Ermənistanın 30 ilə yaxın davam etdirdiyi işğala son qoyan Müzəffər Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi uğurlu antiterror tədbirləri nəticəsində də dövlət suverenliyimizi tam bərpa etdi.

Bu il - Azərbaycan Respublikası Prezidenti tərəfindən elan edilmiş "Konstitusiya və Suverenlik İli"ndə ölkəmizdə böyük qürur və sevinclə Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və şanlı Zəfərimizin 5 illiyi təntənəli tədbirlərlə qeyd olunur.

Ölkəmizin Qarabağ və Şərqi Zəngəzur torpaqları Ermənistanın işğal altında qaldığı müddətdə erməni vandalları həmin ərazilərdə azərbaycanlıların bütün tikililərini - yaşayış və inzibati binalarını, tarixi-mədəni, dini abidələrini uçurub dağıtdılar, məscidlərimizi tövlələrə, qəbiristanlıqlarımızı otlaqlara çevirməkdən çəkinmədilər. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi: "İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Bu barədə də faktlar var. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib və onların məruzələrində bu, açıq şəkildə göstərilir. Bütün şəhərlər yerlə yeksan edilib, infrastruktur, qəbirlər dağıdılıb. Onlar qəbirlərimizin üstünə buldozer salmışlar, dağıtmışlar. Məscidlərimiz dağıdılıb. Bakının mərkəzində erməni kilsəsi var. Biz o kilsəni bərpa etmişik. İndi o kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır. Onlar isə bizim məscidlərimizi yerlə yeksan ediblər".

Vətən müharibəsindən qısa müddət sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən "Böyük qayıdış" proqramı çərçivəsində dağıdılmış dini abidələrimiz, ibadətgahlarımız bərpa edilir, yenidən tikilir. Qeyd edək ki, tarixi-dini abidələrimizin bərpasına başlanılması və uğurla davam etdirilməsi Prezident İlham Əliyevin diqqəti və nəzarəti, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə reallaşdırılır.

Dövlət başçısının qeyd etdiyi kimi, cəmiyyətimizdə yüz illər boyu təşəkkül tapmış mədəni müxtəlifliyin, yüksək humanizm prinsiplərinin, zəngin tolerantlıq ənənələrinin qorunub saxlanılması və təşviqi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Və bu istiqamətdə məqsədyönlü işlər uğurla davam etdirilir. 

Prezident İlham Əliyev noyabrın 13-də ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib. Söhbət zamanı dövlət başçısı İlham Əliyevlə ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətinin əvvəlki görüşləri məmnunluqla xatırlanıb.

Qonaqlar ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırıblar. Dövlətimizin başçısı İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını vurğulayaraq, onların regionun inkişafı üçün mühüm rol oynadığını qeyd edib. 

İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyəti dövlətimizin başçısına Azərbaycan hökumətinin Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsini rəsmi qeydiyyata almasına görə minnətdarlığını bildirib. Qonaqlar bunu ölkəmizdə bütün dinlərin nümayəndələrinə göstərilən qayğının təcəssümü kimi dəyərləndiriblər.

Görüşdə Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərdən söhbət açılıb, bu istiqamətdə ölkəmizdə mühüm beynəlxalq tədbirlərin təşkil edildiyi qeyd olunub. Tolerantlığın xalqımızın həyat tərzi olduğu deyilib, tarixən ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin bir ailə kimi dinc və sülh şəraitində yaşadığı vurğulanıb.

Həmin gün - noyabrın 13-də ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılış mərasimi keçirilib.

Xatırladaq ki, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi ötən il iyulun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanda rəsmi dövlət qeydiyyatına alınıb.

Onu da qeyd edək ki, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi (Mormon kilsəsi) xristian köklərinə əsaslanan, lakin bəzi doktrinal xüsusiyyətlərinə görə ənənəvi xristian məzhəblərindən fərqlənən dini mərkəzdir.


Zöhrə FƏRƏCOVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

Britaniyadan “Hazır ol” çağırışı  

20:13
23 Oktyabr

Xankəndidə “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib – YENİLƏNİB 2 

20:10
23 Oktyabr

Xankəndidə keçirilən beynəlxalq forumda “ASAN xidmət” təcrübəsi təqdim olunub  

20:09
23 Oktyabr

Tramp: İstəsək, İranın bütün neftini və ölkənin özünü ələ keçirə bilərik  

20:07
23 Oktyabr

Türkiyə və Özbəkistan nümayəndə heyətləri Zəfər parkında və Qarabağ Universitetində olublar  

19:58
23 Oktyabr

XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib  

19:23
23 Oktyabr

Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib 

19:18
23 Oktyabr

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Laçın və Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib  

18:53
23 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:28
23 Oktyabr

Toy səbətinə günəş doğur - Nigeriyada qeyri-adi ənənə  

18:16
23 Oktyabr

Polyester parçaları karbon qazı vasitəsilə təkrar emal etməyin üsulu tapılıb  

17:59
23 Oktyabr

Diabet xəstələri üçün qandakı artıq qlükozanı parçalaya bilən implant hazırlanıb  

17:43
23 Oktyabr

"Çampi" tayfunu nəticəsində yüzlərlə uçuş ləğv olunub  

17:39
23 Oktyabr

Çilidə uzunluğu 5 metrə yaxın olan siyənək kralı aşkarlanıb  

17:23
23 Oktyabr

Rumıniya mətbuatı: Trans-Xəzər dəhlizində yükdaşımalar 30 faiz artıb, Azərbaycan və Qazaxıstan donanmalarını genişləndirirlər

17:03
23 Oktyabr

"SOCGOV 2026" çərçivəsində tematik qrupların müzakirə nəticələri əsasında Yekun Bəyanat qəbul olunub

17:00
23 Oktyabr

Premyer Liqa: “Qəbələ” “Araz-Naxçıvan”a qalib gəlib  

16:58
23 Oktyabr

İrəvanın vaxt oyunu və qeyri-müəyyənliyi

16:52
23 Oktyabr

Fransada silahlı hücum baş verib, ölən və yaralananlar var  

16:31
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!