23 Oktyabr 2026 13:50
171
SİYASƏT
A- A+
İtkin talelər həm də insanlıq sınağıdır

İtkin talelər həm də insanlıq sınağıdır


Beynəlxalq ictimaiyyət 4 mindən çox itkin soydaşımızın taleyinə biganə qalmamalıdır


Müharibələr təəssüf ki, döyüş meydanlarında bitmir. Atəş səsləri kəsildikdən sonra da davam edən, səssiz amma dərin bir acı da olur: itkin düşmüş insanların naməlum taleyi.

30 ildən artıqdır ki, Ermənistanın hərbi təcavüzü nəticəsində doğmalarından bir xəbər ala bilməyən minlərlə azərbaycanlı ailənin gözü hələ də yoldadır. Bu problem sadəcə keçmişin bir səhifəsi deyil, hər gün ümidlə oyanan, hər qapının döyülməsində doğmalarından bir xəbər gözləyən insanların yaşadığı ağrı-acıdır. 


Rəqəmlərin arxasındakı faciə 


İtkin insanlarımızla bağlı ən son statistik məlumatlar bu insanlıq faciəsinin miqyasını bütün aydınlığı ilə gözlər önünə sərir. 

Oktyabrın 1-nə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında hərbi təcavüz nəticəsində itkin düşmüş 4010 nəfər qeydiyyatdadır. Onlardan 4004 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020- ci ilin 44 günlük Vətən müharibəsində itkin düşüb. İtkinlərin 3228 nəfəri hərbçi, 782 nəfəri mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs var Dövlət Komissiyası aidiyyəti qurumlarla birlikdə məzarların yerlərinin müəyyənləşdirilməsi, qazıntı, ekshumasiya və qalıqların eyniləşdirilməsi işlərini genişləndirib. İtkinlərin yaxın qohumlarından, ümumilikdə 11 min 566 donordan bioloji nümunələr toplanaraq sistemləşdirilib.

2026-cı il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb. İşğaldan azad edilmiş ərazilərdə aşkar olunan 32 kütləvi məzarlıqdan 253 şəxsə aid olduğu ehtimal edilən qalıqlar ekshumasiya olunub. Məhkəmə molekulyar-genetik ekspertizaları nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 273 nəfərin qalıqları ailələrinə təhvil verilərək milli və dini ənənələrə uyğun dəfn edilib. Dəfn olunanların 225 nəfəri hərbçi, 48 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 15 nəfəri qadın, 2 nəfəri azyaşlıdır.

Verilən rəqəmlər sadəcə statistika deyil. Bu rəqəmlərin hər birinin arxasında yarımçıq qalmış bir ömür, gözüyaşlı bir ana, atasını heç görməyən bir övlad var...

2020-ci ilin tarixi Zəfərindən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı təmizləmə və axtarış işləri erməni faşizminin dəhşətli nəticələrini ortaya çıxarır. Xocalı, Şuşa, Füzuli və Xocavənd və digər ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb. Aşkar edilən insan qalıqları üzərində aparılan məhkəmə-tibbi ekspertizalar azərbaycanlı əsir və girovların xüsusi amansızlıqla, işgəncələrlə qətlə yetirildiyini sübut edir.

Azərbaycanın qətiyyəti ilə bu gün bölgədə sülh şəraiti formalaşıb. Ancaq siyasi razılaşmalarla yanaşı, sülhün bərqərar olunması üçün humanitar faciələrin nəticələri də aradan qaldırılmalıdır.

“İtkin düşmüş şəxslərin axtarışlarının səmərəliliyi dəqiq məlumatların əldə olunmasından bilavasitə asılıdır. Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır”, - deyə Bakı Dialoqunun iştirakçılarına müraciətində Prezident İlham Əliyev Ermənistanın qarşısında duran açıq öhdəliyi belə ifadə edib.


Avropanın mərkəzində ucalan fəryad


Azərbaycan dövləti itkin insanlarımızın taleyi məsələsini yalnız yerli problem kimi deyil, ümumbəşəri humanitar faciə kimi beynəlxalq aləmə çatdırır. Çünki, itkin düşmüş şəxslər problemi müharibələrin ən ağır nəticələrindən biridir. 

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsində keçirilən interaktiv dialoq zamanı bildirib ki, keçmiş münaqişə nəticəsində itkin düşmüş 4 mindən çox şəxsin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün münaqişədən sonrakı dövrdə əsas prioritetlərdən biri olaraq qalır. 

Azərbaycan nümayəndəsi vurğulayıb ki, dəfn yerləri, xüsusilə kütləvi məzarlıqlar barədə məlumatların təqdim edilməsi, arxivlərin açılması və şahid ifadələrinin toplanması itkin düşmüş şəxslərin ailələrinin həqiqəti bilmək hüququnun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Diplomat BMT-ni və digər beynəlxalq təşkilatları axtarış işlərində, məlumat mübadiləsində və məhkəmə-tibbi ekspertiza sahəsində daha fəal iştirak etməyə çağırıb.

Onilliklərdir doğmalarının yolunu gözləyən itkin soydaşlarımızın ailələri də öz səslərinin dünyaya çatdırmaq istəyirlər və beynəlxalq ictimaiyyətin diqqətini bu insanlıq faciəsinə yönəltmək üçün aksiyalar keçirirlər. 

2026-cı il oktyabrın 21-də Brüsseldə Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətində (“European External Action Service”) “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin üzvləri qəbul olunub.

Azərbaycanlı itkin ailələri ilə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsinin siyasi məsələlər üzrə müşaviri Okke Bouwman və Azərbaycanla əlaqələr üzrə koordinatoru Marco Cardinali görüşüblər. Görüşdə azərbaycanlı itkin ailələri yaxınları barədə postmünaqişə dövründə də Ermənistanın heç bir məlumat təqdim etmədiyini bildiriblər.

Həmçinin oktyabrın 20-də azərbaycanlı itkin ailələrinin Brüsseldə Avropa Parlamentinin qarşısında - “Place du Luxembourg” meydanında etiraz aksiyası keçirdiyini və bəyanat qəbul etdiyini diqqətə çatdırıblar. Görüşdə qeyd olunub ki, azərbaycanlı itkinlərin Brüseldə daha bir aksiyası bu gün (21 oktyabr) mərkəzi “Schuman” meydanında keçirilib. “Qarabağ İtkin Ailələri” İctimai Birliyi yaxınlarından xəbər alanadək susmayacaqlarını, aksiyalarını davamlı olaraq keçirəcəklərini bildiriblər.

Dünya birliyi və beynəlxalq qurumlar uzun illər boyunca bu böyük insanlıq faciəsinə seyrçi qalsa da, Azərbaycan öz qətiyyəti və sarsılmaz iradəsi ilə tarixi ədaləti özü bərpa etdi. Dinc insanlara qarşı amansız cinayətlər törətmiş şəxslərin Bakıda məhkəmə qarşısında cavab verməsi isə hüququn və mənəviyyatın təntənəsidir.

Ermənistan rəhbərliyi kütləvi məzarlıqların xəritələrini gizlətməklə məsuliyyətdən yayınmağa çalışsa da, azad olunmuş torpaqlarımızdan gün işığına çıxan hər bir fakt törədilmiş vandalizmin inkarolunmaz sübutudur.

Xalqımız üçün bu proses sadəcə hüquqi müstəvidə gedən bir mübarizə deyil. Bu, itkin düşmüş hər bir həmvətənimizin xatirəsinə ehtiram, onların ailələrinin intizarına son qoymaq məsuliyyətidir. Azərbaycan dövləti taleyi qaranlıq qalan sonuncu vətəndaşının aqibətini aydınlaşdırana qədər bu müqəddəs işi əzmlə davam etdirəcək. 


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

D.Tramp ABŞ-də neft hasilatını artırmaq üçün Müdafiə İstehsalı Aktını işə saldı

14:42
23 Oktyabr

Çində 7 bal gücündə zəlzələ baş verib: 16 nəfər həlak olub

14:35
23 Oktyabr

“Volvo” 2500 nəfəri işdən çıxarır 

14:30
23 Oktyabr

Qocalmaq ləngidilə bilərmi?

14:26
23 Oktyabr

Avropada istilər 50 mindən çox insanın həyatına son qoyub

14:23
23 Oktyabr

Ət iltihabı artıra bilərmi?

14:20
23 Oktyabr

İstanbulda “R4+E3” formatında vasitəçilik üzrə IX konfrans keçirilir

14:16
23 Oktyabr

Qubadlının işğaldan azad edilməsi müharibənin taleyində mühüm rol oynadı

14:12
23 Oktyabr

Qubadlının bərpası Şərqi Zəngəzurun iqtisadi potensialının inkişafına töhfə verir

14:00
23 Oktyabr

Sülh sazişi tarixi praktiki addımlarla reallaşa bilər  

13:57
23 Oktyabr

İtkin talelər həm də insanlıq sınağıdır

13:50
23 Oktyabr

Xarici işlər naziri: Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır 

13:42
23 Oktyabr

Azərbaycan idmanında növbəti tarixi hadisə: Bakıda FIFA U-15 dünya çempionatı başlayır

13:37
23 Oktyabr

İsmayıllıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin icrası müzakirə olunub

13:33
23 Oktyabr

Nazir: Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsini artırmaq üçün böyük imkanlar var 

13:29
23 Oktyabr

İşğaldan azad edilmiş ərazilərin bərpa və quruculuq layihələrinə 26 milyard manata yaxın vəsait ayrılıb

13:22
23 Oktyabr

Azərbaycanın xarici işlər naziri: Hindistanla münasibətlərin bütün istiqamətləri üzrə müzakirələr faydalıdır 

13:17
23 Oktyabr

Dövlət Xidmətinin rəisi Şuşada vətəndaşların müraciətlərini dinləyib

13:12
23 Oktyabr

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib YENİLƏNİB

13:04
23 Oktyabr

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə fləşmob təşkil olunub

12:55
23 Oktyabr

Sabah bəzi yerlərdə yağış yağacaq

12:50
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!