23 Oktyabr 2026 19:18
1108
CƏMİYYƏT
A- A+
Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib 

Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib 


23 oktyabr 2026-cı il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il oktyabrın 2-də keçirilmiş Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı tarixi nitqindən irəli gələn prioritet vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə və müəssisə rəhbərləri, ümumtəhsil məktəblərinin direktorları, rayon ağsaqqalları, şəhid ailələri və qazilər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad etdilər.

Müşavirəyə başlamazdan əvvəl xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Müşavirəni giriş sözü ilə açan Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov ətraflı və məzmunlu məruzə ilə çıxış edərək cənab Prezidentin nitqində yer alan hərbi-strateji nailiyyətlər, dövlət suverenliyinin qorunması və regionda formalaşan yeni siyasi mühit barədə geniş məlumat verərək aidiyyəti strukturların qarşısında duran əsas tapşırıqları diqqətə çatdırıb. Bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı dövlət başçısının  nitqindən irəli gələn mühüm strateji hədəflər prioritet istiqamət kimi qəbul edilməlidir. Bu gün Azərbaycan Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə geniş iqtisadi imkanlara, yenilməz və güclü orduya, eləcə də qlobal miqyasda yüksək beynəlxalq nüfuza malik qüdrətli dövlətə çevrilib. Rayon rəhbəri, həmçinin ideoloji təbliğat işinin müasir tələblərə uyğun düzgün qurulmasının vacibliyini diqqətə çatdıraraq, bu sahədə ayrı-ayrı dövlət və ictimai qurumların üzərinə düşən məsuliyyətli vəzifələri geniş təhlil edib.

Daha sonra məruzə ətrafında  rayon Ağsaqqallar şurasının sədri Xuduş İsgəndərov,  AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev, “Azərbaycan Menecment və İnvestisiya Korporasiyası” MMC-nin təsisçisi Emin Əliyev, əməkdar müəllim Oktyabr İsgəndərov və rayon ziyalısı Almaz Osmanova geniş nitq ilə çıxış edərək cənab Prezidentin dərin məzmunlu nitqində irəli sürülən mühüm vəzifələr, milli həmrəyliyin gücləndirilməsi, ideoloji təhlükəsizlik və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı öz dəyərli fikir, təklif və mülahizələrini bölüşüblər. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa edərək xalqımıza böyük qələbə sevinci bəxş etdiyinə, işğaldan azad edilmiş torpaqlarımızda apardığı böyük quruculuq və bərpa işlərinə,  eləcə də Zəngilan rayonunun yenidən dirçəldilməsinə göstərdiyi sonsuz diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını və dərin təşəkkürlərini ünvanlayıblar. 

Müşavirənin sonunda Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov yekun nitq söyləyərək qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsi üçün müvafiq tapşırıqlarını verib. Qeyd olunub ki, dövlətimizin başçısının müəyyən etdiyi müdrik daxili və xarici siyasət xətti bundan sonra da hər bir azərbaycanlı üçün ən etibarlı bələdçi və fəaliyyət proqramı olacaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!