23 Oktyabr 2026 18:16
190
DÜNYA
A- A+
Toy səbətinə günəş doğur - Nigeriyada qeyri-adi ənənə  

Toy səbətinə günəş doğur - Nigeriyada qeyri-adi ənənə  


Nigeriyada sevginin dili dəyişir: bir vaxtlar gəlinə gül dəstəsi, yataq dəsti, məişət əşyaları hədiyyə edilirdisə, indi ailə həyatı quran cütlüklərə günəşdən gələn işıq bağışlanır. Bəli, səhv oxumadınız,  günəş paneli artıq toy səbətinin ən arzuolunan hədiyyələrindən birinə çevrilir!

“Bloomberg”in məlumatına görə, yanacaq qiymətlərinin artması və Çindən gətirilən günəş enerjisi avadanlıqlarının ucuzlaşması Nigeriyada toy hədiyyələri ənənəsinə yeni nəfəs verib. Günəş panelləri, batareyalar və invertorlar yataq dəstləri, məişət texnikası ilə yanaşı, yeni evlənənlərin evinə yol tapır. Belə görünür ki, Nigeriyada gəlinin cehizinə indi bir az da günəş işığı əlavə olunur!

Bu qeyri-adi dəyişikliyin arxasında isə heç də romantik olmayan, kifayət qədər ciddi bir səbəb dayanır: enerji böhranı. Ölkənin elektrik şəbəkəsi əhalinin tələbatını tam ödəyə bilmədiyindən bir çox ailə öz elektrik enerjisini generatorlar vasitəsilə istehsal edir. Lakin yanacağın bahalaşması bu üsulu getdikcə daha baha başa gələn seçimə çevirir. Günəş isə nə benzin istəyir, nə də hər səhər qiymətini dəyişir!

ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda yanacaq bazarında yaranan təzyiqlər də nigeriyalıları alternativ enerji mənbələrinə yönəldir. Bu şəraitdə Çin istehsalı olan ucuz günəş panelləri ailələr üçün daha əlçatan seçimə çevrilir. Çindəki artıq istehsal və rəqabətli qiymətlər isə günəş enerjisi avadanlıqlarının xarici bazarlara daha geniş çıxmasına imkan yaradır. Məlumata görə, 2025-ci ilin sonuna doğru Nigeriyada evlərdə quraşdırılan günəş panellərinin istehsal etdiyi elektrik enerjisinin həcmi milli şəbəkədən əldə edilən enerjini üstələyib. 2026-cı ildə quraşdırılan panellərin sayı da 2024 və 2025-ci illərin ümumi göstəricisini keçib.

Beləcə, Nigeriyada toy hədiyyələri də zamanın tələbinə uyğun dəyişir. Çünki bəzən yeni ailəyə verilə biləcək ən dəyərli hədiyyə büllur qab dəsti və ya bahalı məişət texnikası deyil, evin işığını sönməyə qoymayan bir enerji mənbəyidir.

Kim bilir, bəlkə də yaxın gələcəkdə toy məclislərində “Gəlinə nə aldın?” sualına verilən ən dəbdə olan cavab belə olacaq: “Bir az sevgi, bir az xoşbəxtlik, bir də üç kilovatlıq günəş sistemi!”

Nigeriyanın yeni toy dəbi bir həqiqəti də xatırladır: həyatın ən romantik günlərində belə, işıqların sönməməsi vacibdir. Hərçənd bu ölkədə artıq işığı yandırmaq üçün təkcə sevgi yox, günəş də köməyə gəlir!

 “Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Toy səbətinə günəş doğur - Nigeriyada qeyri-adi ənənə  

18:16
23 Oktyabr

Polyester parçaları karbon qazı vasitəsilə təkrar emal etməyin üsulu tapılıb  

17:59
23 Oktyabr

Diabet xəstələri üçün qandakı artıq qlükozanı parçalaya bilən implant hazırlanıb  

17:43
23 Oktyabr

"Çampi" tayfunu nəticəsində yüzlərlə uçuş ləğv olunub  

17:39
23 Oktyabr

Çilidə uzunluğu 5 metrə yaxın olan siyənək kralı aşkarlanıb  

17:23
23 Oktyabr

Rumıniya mətbuatı: Trans-Xəzər dəhlizində yükdaşımalar 30 faiz artıb, Azərbaycan və Qazaxıstan donanmalarını genişləndirirlər

17:03
23 Oktyabr

"SOCGOV 2026" çərçivəsində tematik qrupların müzakirə nəticələri əsasında Yekun Bəyanat qəbul olunub

17:00
23 Oktyabr

Premyer Liqa: “Qəbələ” “Araz-Naxçıvan”a qalib gəlib  

16:58
23 Oktyabr

İrəvanın vaxt oyunu və qeyri-müəyyənliyi

16:52
23 Oktyabr

Fransada silahlı hücum baş verib, ölən və yaralananlar var  

16:31
23 Oktyabr

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti növbəti iki gün də davam edəcək – XƏBƏRDARLIQ  

16:09
23 Oktyabr

Fövqəladə hallar naziri Qaxda vətəndaş müraciətlərini dinləyib  

16:01
23 Oktyabr

“Azəriqaz”ın baş direktoru Ağcabədi rayonunda vətəndaşlarla görüşüb  

15:57
23 Oktyabr

Rusiyadan ABŞ-yə ilk dizel yanacağı tankeri yola salınıb

15:48
23 Oktyabr

YAP-ın İnformasiya Texnologiyaları İnstitutu üzrə ərazi partiya təşkilatının iclası olub  

15:37
23 Oktyabr

Kreml: Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqları Əbu-Dabidə keçiriləcək  

15:25
23 Oktyabr

Ukrayna qoşunları Rusiya ordusunun bir neçə obyektinə zərbələr endirib  

15:17
23 Oktyabr

MSK-nın nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək  

15:15
23 Oktyabr

“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur

15:10
23 Oktyabr

Energetika naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

15:07
23 Oktyabr

“SOCGOV 2026” beynəlxalq forumu çərçivəsində ikitərəfli görüşlər olub

15:04
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!