09 Aprel 2013 02:04
486
SİYASƏT
A- A+
Terrorizmə qarşı beynəlxalq əməkdaşlıq genişlənir

Terrorizmə qarşı beynəlxalq əməkdaşlıq genişlənir

 

Terrorizm müxtəlif qollara ayrılır. Onun təcavüzkar separatizm qolu da var, siyasi və dini ekstremizm qolu da. Orada sağ və sol radikalizm də var, qloballaşma əleyhinə hərəkat da. Terrorizmin bir ayağı Şərqdədirsə, bir ayağı Qərbdədir, həm də ən gözəgörünməz nöqtələrdə. Elə buna görə də onları tək-tək üzə çıxarıb məhv etmək o qədər də asan məsələ deyil. Bu gün dünyada güclü maliyyə mənbələrinə malik, bir-biri ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərən çoxlu terror təşkilatı mövcuddur. Onların maliyyə mənbələrinin əsası işğal etdikləri ərazilərdəki yeraltı və yerüstü sərvətlərdir, yüksək pul alaraq girov götürdükləri insanlardır, qanunsuz silah alveridir, qaçaqmalçılıqdır, narkotik maddələrin ixracıdır, insan orqanlarının qanunsuz satışıdır. Bu işdə Ermənistan ön cərgədə addımlayır. Əldə edilən pul isə təcavüzkar Dağlıq Qarabağ separatçılarının və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən terrorçu qruplaşmaların maliyyələşdirilməsi kimi çirkin işlərə sərf edilir. Terrorçu qruplaşmalar son yarım əsrdə ABŞ-da, Fransada, İtaliyada, İsveçdə, Avstraliyada, Portuqaliyada, Kanadada, Livanda, Türkiyədə, Yunanıstanda, Böyük Britaniyada, Danimarkada, İspaniyada, İranda, Almaniyada, Rusiyada yüz minlərlə günahsız insanı qətlə yetiriblər.

Martın 18-19-da BMT-nin, Azərbaycan hökumətinin və ISESCO-nun təşkilatçılığı ilə paytaxtımızda keçirilən "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusundakı beynəlxalq konfrans da məhz bu mühüm məsələyə həsr olunmuşdu. Konfransda 50-dən çox ölkənin nümayəndələri, həmin ölkələrin xarici işlər nazirləri və nazir müavinləri, ISESCO-nun, GUAM-ın, MDB-nin, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının və digər qurumların baş katibləri, BMT-nin, ATƏT-in, NATO-nun, ümumilikdə 25-dək beynəlxalq təşkilatın rəsmiləri, habelə 30-a yaxın yüksək səviyyəli ekspert iştirak edirdi. Həmin mötəbər beynəlxalq tədbirdə dünyanın ən böyük bəlası olan terrorizmə qarşı müştərək mübarizə, onu dəstəkləyən dövlətlərə qarşı ən ciddi sanksiyalar tətbiq edilməsi üçün beynəlxalq birliyin səylərinin birləşdirilməsi, antiterrorla əlaqədar yeni qanunvericilik aktlarının işlənib hazırlanması, terrorizmlə bağlı mövcud stereotiplərin qarşısının alınması, sivilizasiyalar və dinlər arasında dialoqun gücləndirilməsi, insan hüquqlarının qorunması, demokratiyanın möhkəmləndirilməsi və sosial ədalətin yaxşılaşdırılması mühüm vəzifə kimi qarşıya qoyulmuşdu.

Yeri gəlmişkən qeyd edək ki, dünyanın nəhəng dövlətləri indiyədək bu ağlasığmaz vəhşiliyin törədicilərinə qarşı mübarizə məqsədilə çoxsaylı qanunlar qəbul ediblər. BMT-nin "Beynəlxalq terrorizmin ləğv edilməsi haqqında", "Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında", "Bomba terrorizmi ilə mübarizə haqqında" və digər beynəlxalq konvensiyalar buna əyani sübutdur. Azərbaycan isə heç vaxt bu cür beynəlxalq əhəmiyyətli konvensiyalardan kənarda qalmayıb. Çünki Azərbaycan Yer kürəsində qanlı terror əməliyyatlarından və separatizmdən ən çox əziyyət çəkən ölkədir. Terror aktları gizli yollarla təşkil olunduğundan hətta qüdrətli orduya və güclü silah potensialına malik dövlətlərin özləri belə çox vaxt onun qarşısında aciz qalırlar. 2001-ci il sentyabrın 11-də ABŞ-ın Nyu-York şəhərində baş vermiş terror aktı buna əyani sübutdur.

O vaxt Azərbaycan parlamentinin AŞ PA-dakı nümayəndə heyətinin başçısı olan cənab İlham Əliyev ABŞ-da törədilmiş terror aktı barədə demişdi: "Birləşmiş Ştatlara qarşı törədilmiş terror aktları aydın şəkildə göstərir ki, hamımızın yaşadığı dünya nə dərəcədə kövrəkdir. Heç kim özünü tam təhlükəsiz hiss edə bilməz. Ona görə də beynəlxalq birlik dünyanın hər yerində terrorizmin bütün formalarına qarşı mübarizədə birləşməlidir. Haqq anı gəlib çatıb. Terrorizmi birbaşa və ya dolayısı ilə dəstəkləyən hər bir ölkə və ya təşkilat beynəlxalq birlik tərəfindən məsuliyyətə cəlb olunmalıdır".

Bu gün  dünyanın müxtəlif ölkələrində erməni terror təşkilatları mövcuddur. Hərbi qərargahı İrəvanda Qriqorian kilsəsində yerləşən "Daşnaksütyun", həmçinin "Armenikan", "Qncaq", "Djsaq", "Erməni İnqilab Ordusu", "Yeni Erməni Azadlıq Ordusu", ASALA və digərləri... Bu terror qruplaşmalarından çox-çox əvvəllər də cinayətkar erməni dəstələri olub. Onlar hələ 1860-1870-ci illərdə rus əhalisini Nijni Dona qədər uzanan böyük bir ərazidən sıxışdırıb çıxarmaq və həmin ərazilərə sahib olmaq üçün minlərlə günahsız rusu qılıncdan keçirib, gülləbaran etmiş, ev-eşiklərini yandırıb külə döndərmişlər. Elə həmin illərdə Rusiya əhalisinin kütləvi şəkildə zəhərlənməsi kimi çirkin bir aksiyanın banisi də məhz erməni terror qruplaşmaları olub və bu faktlar o dövrün rus şərqşünaslarının əsərlərində də öz ifadəsini tapıb. 1880-1890-cı illərin mətbu orqanlarında dərc etdirdikləri materiallarda "böyük Ermənistan" xülyası ilə yaşayan o çirkin xislətli millət nəinki Türkiyənin, İranın, Gürcüstanın, Azərbaycanın, hətta Rusiya ərazilərinin də xeyli hissəsinin onlara məxsus olması barədə cəfəng fikirlər yürüdürdülər.  

A.S.Qriboyedov vaxtilə İranda səfir olarkən oradan Rusiya imperatoruna göndərdiyi məktubda nahaq yazmırdı ki, "əlahəzrət, məbada mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verəsiniz. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşayandan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpaqlarımızdır". Bax budur murdar erməni xisləti.

Belə bir mühüm konfransın məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildi. Azərbaycan Respublikası Prezidentinin konfransdakı dərin məzmunlu çıxışında qeyd etdiyi kimi, ölkəmiz son iki əsrdə beynəlxalq terrorizmdən ən çox əziyyət çəkən ölkə olub. 1990-cı illərin əvvəllərində və ortalarında bədnam qonşularımız qatarlarda, avtobuslarda, gəmilərdə, metro stansiyalarında xalqımıza qarşı 32 terror aktı törətmişlər. Həmin terror aktları nəticəsində 2 min adam öldürülmüş, on minlərlə insan ağır xəsarət almışdır. Bu gün terror təşkilatları təkcə tək-tək adamları sıradan çıxarmaq, ayrı-ayrı dövlət əhəmiyyətli obyektlərdə partlayışlar törətməklə işlərini bitmiş hesab etmirlər. İndi onlar daha dəhşətli cinayətlərə əl atır, müstəqil dövlətlərin ərazi bütövlüyünü parçalamaq, xalqı doğma yurd-yuvalarından didərgin salmaq, zəbt etdikləri əraziləri özlərinə ilhaq etmək, həmin ərazilərə məxsus sərvətləri mənimsəmək kimi cinayətkar aksiyalara rəvac verirlər. Ermənistanın dünyanın müxtəlif ölkələrindəki erməni terror təşkilatlarının dəstəyi ilə Azərbaycanın 7 rayonunu və bütövlükdə Dağlıq Qarabağımızı işğala məruz qoymaları, 20 min nəfərdən artıq azərbaycanlını qətlə yetirmələri, 1 milyondan artıq yurddaşımızı öz doğma ata-baba yurdlarından didərgin salmaları, 900-dən artıq şəhər və kəndimizi qədim mədəniyyət abidələri ilə birlikdə yandırıb külə döndərmələri, əsir götürdükləri minlərlə Azərbaycan vətəndaşını ağır işgəncələrə məruz qoymaları onların mənəvi çirkinliyinə və ağlasığmaz vəhşiliyinə əyani sübutdur. Hələ XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı! Əksəriyyəti erməni terror qruplaşmalarından ibarət o canilərin 1992-ci il fevralın 26-da Xocalı sakinlərinin başına gətirdikləri ağlasığmaz müsibətlər bu gün də qəlbimizi göynətməkdədir. Həmin faciəli gecədə 100 nəfərdən çoxu qadın, 63-ü uşaq olan 613 nəfər günahsız vətəndaşımız vəhşicəsinə qətlə yetirilmiş, şəhər başdan-başa yandırılıb külə döndərilmişdi. Bu gün Dağlıq Qarabağda və işğal olunmuş rayonlarımızda Ermənistanın himayədarlıq etdiyi terrorçu təşkilatların nəhəng bir şəbəkəsi yaranıb. Ən böyük beynəlxalq terror təşkilatlarından biri olan "Əl-Qaidə"nin "Ziyəddin əl-Qissan" hərbi qanadının Zəngilanda, "Yunanıstanın Milli Dirçəliş Təşkilatı" adlı terrorçu qrupun Xankəndidə, Livana məxsus "Qayidan Qəhrəmanlar Təşkilatı"nın Kəlbəcərdə, "Vartan cəngavərləri" hərbi birləşməsinin Laçında xüsusi bazalar yaradıb hərbi təlimlər keçməsi və onların Ermənistan dövləti, həmçinin xaricdəki çoxsaylı erməni diasporları tərəfindən maliyyələşdirilməsi barədə əlimizdə kifayət qədər tutarlı dəlil var. Terrorçulara siyasi sığınacaq verib, onları maaliyyələşdirməyin nə qədər dəhşətli bir cinayət olduğu hamıya bəllidir. Üstəlik, əcnəbi ölkələrdə, həmçinin Azərbaycan torpaqlarında terror əməliyyatları və qırğınlar törətmiş bir sıra cinayətkarların  Ermənistan rəhbərliyi tərəfindən milli qəhrəman adına layiq görülməsi, öldürülmüş terrorçuların dəfn mərasimlərində dövlət rəhbərlərinin iştirakı, o cinayətkar ünsürlərin heykəllərinin ucaldılıb, büstlərinin qoyulması, adlarının küçə və prospektlərdə əbədiləşdirilməsi bu millətin nəinki terrorizmi gənc nəslə təbliğ baxımından murdar xislətə malik olduğuna, həm də ölkə rəhbərlərinin terroru dövlət  səviyyəsində dəstəklədiklərinə əyani sübutdur.

Azərbaycan artıq 12 ildir ki, Beynəlxalq Terror Koalisiyasının üzvü kimi terrorizmə qarşı ardıcıl və qətiyyətlə mübarizə aparır. Onu da xatırladaq ki, Azərbaycan ötən ilin mayında BMT Təhlükəsizlik Şurasında ilk sədrliyini də terrorçuluğa qarşı mübarizə mövzusuna həsr etmişdi. 

Terrorçuluğa qarşı mübarizədə səylər birləşdirilmədən, hücum taktikasına bütün cəbhə boyu start verilmədən uğur qazanmaq imkan xaricindədir. Bu mühüm məsələyə müxtəlif baxış bucaqlarından  yanaşılmalı, terror təşkilatlarının fəaliyyət dairələri daraldılmalı, insanların, xüsusilə də təhsili olmayanların terror təşkilatları tərəfindən öz sıralarına cəlb edilməsi üçün şərait yarada biləcək boşluqların doldurulması istiqamətində  birgə fəaliyyət göstərilməlidir. Bununla bağlı keçirilən konfransda dövlətlərin nəzarətində olmayan ərazilər kriminal elementlər üçün təhlükəsiz məkan kimi dəyərləndirilmiş, beynəlxalq təşkilatların buna ciddi diqqət yetirmələrinin zəruriliyi qeyd edilmişdir. Bildirilmişdir ki, terrorizmlə mübarizə yalnız bir ölkəyə aid edilə bilməz. Bu, regional və beynəlxalq əməkdaşlıq tələb edən bir məsələdir. Bunun üçün öncə beynəlxalq hüquqi baza yaradılmalı, bu istiqamətdə xüsusi təhlükəsizlik qüvvələri formalaşdırılmalıdır. Yalnız bu yolla çirkli pulların yuyulması, kibertəhlükəsizlik, insan alveri, narkotik vasitələrin dövriyyəsi və digər sahələrdə  mühüm tədbirlər həyata keçirmək olar. O da vurğulanmışdır ki, beynəlxalq terrorizm get-gedə dini, milli, etnik pərdə altında çıxış etməkdədir. Bunu yalnız əhali arasında maarifçiliyin gücləndirilməsi, dini ekstremizmin, insan alverinin, qanunsuz silah ticarətçiliyinin qarşısının alınması yolu ilə həll etmək olar.

Terrorçuluğa qarşı mübarizənin ən təsirli formalarından biri təhsildir. Çünki terror təşkilatları əsasən oxuyub-yazmağı bacarmayan gənclərin beyinlərini doldurmaqla onları öz sıralarına cəlb edirlər. Təəssüf ki, dünyanın bəzi ölkələrində bu sahədə nəzərə çarpan geriləmə və sosial ədalətsizlik terrorizmin genişlənməsinə imkan yaradır. Terrorçuluğun qarşısının alınmasında ən mühüm məsələlərdən biri də iqtisadi tərəqqiyə nail olmaqla işsizliyin və yoxsulluğun aradan qaldırılmasıdır. Əks təqdirdə iqtisadi böhran işsizlik əzabından cana doymuş minlərlə gəncin terrorçu qruplaşmalara cəlb olunmasına geniş şərait yarada bilər. Azərbaycan iqtisadi tərəqqi sahəsində çox böyük nailiyyətlər qazanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "İqtisadiyyatımız son 10 il ərzində dünyada ən sürətlə artan iqtisadiyyatlardan biri olub. Ümumi daxili məhsul 3 dəfə artıb. Yoxsulluq 10 il əvvəlki 50 faizdən, 2012-ci ilin statistik göstəricilərinə görə, 6 faizə enib. Azərbaycanda 1 milyon 100 mindən çox yeni iş yeri açılıb. İqtisadi durum, həmçinin maliyyə durumumuz tam sabitdir". Ölkədə hökm sürən sosial ədalət və qanunun aliliyi terror əhval-ruhiyyəsini yaradan ilkin şərtlərin aradan qaldırılmasında mühüm elementlərdir. Bu gün Azərbaycan öz daxilində bütün potensial terror hədələrinin qarşısını sədləmiş bir ölkədir. Hazırda ölkəmiz sərhəd infrastrukturunun gücləndirilməsinə böyük sərmayə yatırır. Bu da zəruridir. Çünki bu gün Yer kürəsində heç bir ölkə terror təhlükəsindən tam sığortalana bilməz. Elə buna görə də həm hüquq-mühafizə orqanlarının gücləndirilməsi, həm də sərhəd infrastrukturunun möhkəmləndirilməsi, təsirli sərhəd nəzarəti yaradılması əsas vəzifə kimi qarşıda durur.  

Konfransda insan hüquqlarının qorunması, qanunların aliliyinə hörmətlə yanaşılması, sosial bərabərliyin təmin edilməsi, bu sahədə geniş maarifçilik və təbliğat işlərinin aparılması, münaqişələrin qarşısının alınması ilə əlaqədar təqdimatlar da irəli sürüldü, terrorizmin aradan qaldırılmasında beynəlxalq əməkdaşlığı genişləndirməyin zəruriliyi bir daha diqqətə çatdırıldı və bu barədə ümumi razılığa gəlindi. İndi nəticəni gözləyək.

 

Zeynal VƏFA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:23
11 İyun

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası"nda dəyişiklik edilməsi haqqında

03:23
11 İyun

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında

03:22
11 İyun

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında

03:20
11 İyun

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında

03:19
11 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında 

03:16
11 İyun

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – MÜSAHİBƏ

23:38
10 İyun

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb  

23:37
10 İyun

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir 

23:37
10 İyun

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir

22:59
10 İyun

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub 

22:51
10 İyun

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir

22:43
10 İyun

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb 

22:09
10 İyun

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır 

22:02
10 İyun

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib  

21:38
10 İyun

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib  

21:17
10 İyun

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

20:22
10 İyun

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır  

19:37
10 İyun

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir  

19:28
10 İyun

2026-cı ildə dünyanın ən təhlükəsiz ölkələri hansılardır?

19:22
10 İyun

Sənaye istehsalı artıb

19:18
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!