06 Mart 2024 08:55
1325
Elm və texnika
A- A+
Tədqiqatçının uğurları

Tədqiqatçının uğurları

 

Prezident İlham Əliyev tərəfindən ölkədə cəmiyyətin aparıcı qüvvəsi olan gənclər  üçün əlverişli şəraitin yaradılması və inkişaf etdirilməsi istiqamətində çoxsaylı fərman və sərəncamlar imzalanmış, bir sıra mühüm dövlət proqramları qəbul edilmişdir. Aparılan uğurlu siyasətin nəticəsidir ki, gənclərimiz təkcə ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda da Azərbaycanı uğurla təmsil edirlər. Belə gənclərimizdən biri də Gülnar Abdullayevadır. 
Abdullayeva Gülnar Rizvan qızı 30 iyun 1995-ci ildə Bakı şəhərində anadan olub. Məktəb illərindən texniki fənlərə böyük həvəs göstərməsi ilə bərabər, humanitar fənləri və xarici dilləri də yaxşı öyrənib. 2012-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə qəbul olub. Təhsil göstəricilərinə və ictimai fəallığına görə 2013-cü, 2014-cü və 2015-ci illərdə "İlin ən yaxşı tələbəsi" adına layiq görülüb, fəxri fərmanla mükafatlandırılıb.
2016-cı ildə bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vuraraq Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar biologiya ixtisası üzrə magistratura pilləsinə qəbul olub. Təhsil almağı ilə yanaşı, institutda böyük laborant vəzifəsində çalışıb. Gülnar magistratura pilləsində tədris olunan bütün ixtisas və qeyri-ixtisas fənlərindən 100 bal toplayaraq, 2018-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirib. Elmi fəaliyyətdə fərqləndiyinə görə 15 noyabr 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərmanına layiq görülüb. Gülnar Abdullayeva 2018-ci ildən etibarən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində kiçik elmi işçi kimi fəaliyyət göstərir. "Gənc Bioloqların Qış Məktəbində" birinci yerə layiq görülüb.
Yüksək bacarığına görə gənc tədqiqatçı 2018-ci ildə İslam İnkişaf Bankının PhD təqaüd proqramının qalibi seçilib. Təhsil aldığı müddətdə beynəlxalq standartlara uyğun həm nəzəri, həm də praktiki biliklər sayəsində çoxsaylı müsahibə və testlərdən uğurla keçərək dünyanın aparıcı universitetlərindən biri olan Birləşmiş Krallığın Oksford Universitetində Onkologiya ixtisası üzrə doktoranturaya qəbul olub. Gülnar Abdullayeva Oksford Universitetində tədqiqatlarını tamamlayaraq "Bağırsaq xərçəngində hüceyrə differensiasiyasının molekulyar əsaslarının öyrənilməsi" mövzusunda dissertasiyasını müdafiəyə təqdim etməyə hazırlaşır. Gənc mütəxəssis apardığı tədqiqatlar zamanı 100-dən çox bağırsaq xərçəngi hüceyrə xətlərinin klassifikasiyasını həyata keçirib. Bu ərəfədə Gülnar xanımın yüksək impakt faktorlu jurnallarda 3 məqaləsi dərc olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən gənclər hər il 2 Fevral Gənclər Günündə Prezident mükafatları ilə təltif olunurlar. Gülnar Abdullayeva 2024-cü ildə elm sahəsində fərqləndiyinə görə Gənclər üçün Prezident mükafatına layiq görülmüşdür. Bacarıqlı tədqiqatçı söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevə gənclərə göstərdiyi diqqət, qayğıya  görə dərin təşəkkürünü bildirərək, elmimizin inkişafı üçün bundan sonra da səylə çalışacağını bildirdi. 
Gülnar Abdullayeva gənc tədqiqatçılar arasında 2023-cü ildə mühüm elmi nəticələr əldə etdiyinə görə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən "İlin gənc alimi" diplomu ilə təltif olunub. O, Oksford Universitetinin St Cross Kollecində Tələbə Nümayəndələr Komitəsinin vitse-prezidenti və MRC Weatherall Molekulyar Tibb İnstitutunun Graduate Tələbələr Assosiasiyasında tələbələr üzrə nümayəndə vəzifəsində çalışıb. Gülnar xanım "FameLab" beynəlxalq elm müsabiqəsində Oksford Region Finalisti, HelloBio "Science Snapshots" yarışmasında yüksək bacarıq nümayiş etdirərək birinci yerə layiq görülüb. 
Bu günə qədər yerli və beynəlxalq konfransda uğurla iştirak etmiş Gülnar xanım müxtəlif səviyyəli sertifikat və diplomlarla təltif olunmuşdur. 11-16 mart 2017-ci ildə Sankt-Peterburq şəhərində B.P.Konstantinov adına Peterburq Nüvə Fizikası İnstitutunda təşkil olunmuş molekulyar biologiya və biofizika üzrə 18-ci qış məktəbində, 2-5 iyul 2018-ci ildə Türkiyənin Nevşehir şəhərində keçirilən VII Molekulyar Biologiya və Biotexnologiya üzrə Milli Konqresində, AMEA Biologiya və Tibb Elmləri Bölməsi, Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə hibrid formatda keçirilən "Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar" mövzusunda beynəlxalq konfransda çıxışlar edərək, sertifikatlara layiq görülmüşdür. 
İnanırıq ki, gənc alim bundan sonra da yeni-yeni uğurları ilə elmimizin inkişafına layiqli töhfələr verəcək. 

V.MƏMMƏDQULUOĞLU,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paşinyan: Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir

14:25
04 Noyabr

Vüqar Gülməmmədov: Qeyri-resurs gəlirlərinin hüquqi əsaslarına yenidən baxılmasının zəruri olduğu qənaətindəyik  

14:24
04 Noyabr

Azərbaycançılıq – milli birliyin, müstəqil dövlətçiliyin və etibarlı gələcəyin ideoloji əsası  

14:23
04 Noyabr

Nazir: Gələn il mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti təsnifatı üzrə xərclər 643 milyon manat olacaq  

14:19
04 Noyabr

Elvin Camalov: Doqquz ayda qeyri-neft-qaz ixracı 20,5 faiz artıb

14:17
04 Noyabr

Fransada 17 oktyabr etirazlarından sonra 329 nəfər həbs edilib  

14:16
04 Noyabr

Qeyri-neft-qaz sənayesində 6,3 faizlik artım qeydə alınıb  

14:16
04 Noyabr

Sahil Babayev: Növbəti ildə sosial müdafiə və sosial təminat xərcləri 4,9 milyard manat proqnozlaşdırılır  

14:15
04 Noyabr

Maliyyə naziri: 2027-ci ildə səhiyyə xərcləri büdcə xərclərinin təqribən 5 faizi olacaq  

14:14
04 Noyabr

Rayonlarda leysan olacaq - PROQNOZ

14:12
04 Noyabr

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-10 dərəcə enəcək  

14:12
04 Noyabr

Nazir: Gələn il ümumi dövlət xidmətlərinə 5,5 milyard manat xərclənməsi proqnozlaşdırılır  

14:01
04 Noyabr

Bakı metrosunda NFC sistemi ilə 74 milyonadək ödəniş edilib

13:37
04 Noyabr

Sahil Babayev: Gələn il dövlət borclarına xidmətlə bağlı xərclər 2,2 milyard manat qiymətləndirilir  

13:34
04 Noyabr

AÇG-dən hasil olunan neftin həcmi açıqlanıb

13:19
04 Noyabr

Sağlamlıq turizmi üzrə beynəlxalq ekspertlər Bakıda bir araya gəlib

13:07
04 Noyabr

Taleh Kazımov: Qlobal iqtisadi aktivlik azalıb, əmtəə qiymətlərindəki yüksəliş inflyasiyanı artırıb  

12:57
04 Noyabr

Sahil Babayev: Naxçıvan MR-in gəlir və xərcləri növbəti ildə 510 milyon manat qiymətləndirilir  

12:49
04 Noyabr

Nazir: Gələn ilin dövlət büdcəsinin 32,5 faizi əsaslı xərclərə yönəldiləcək  

12:41
04 Noyabr

Avropanın yeddi ölkəsində bahalığa qarşı ümumxalq etirazları keçiriləcək  

12:36
04 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar YENİLƏNƏCƏK

12:32
04 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!