06 Yanvar 2026 08:05
401
SİYASƏT
A- A+
Tarixi memarlıq irsi, müasir şəhər mühiti və gələcək inkişaf konsepsiyası

Tarixi memarlıq irsi, müasir şəhər mühiti və gələcək inkişaf konsepsiyası


2026-cı ilin gəlişi ilə Azərbaycanda ölkəmiz üçün mühüm strateji əhəmiyyətə malik "Şəhərsalma və Memarlıq İli" başlandı. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli sərəncamı ilə bu il ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan edilmişdir. 

Artıq ilk günlərini yaşadığımız yeni ilin bütünlüklə şəhərsalma və memarlıq mövzusuna həsr edilməsi təsadüfi deyil. 2026-cı ildə ölkəmiz BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) evsahibliyi edəcək. Bu qərar Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində getdikcə artan rolunun təcəssümü kimi ölkəmizdəki strateji inkişaf proseslərinin məntiqindən irəli gəlir. Eyni zamanda beynəlxalq səviyyədə Azərbaycana olan yüksək etimadın daha bir göstəricisidir.


Şəhərsalma və memarlığa strateji baxış


Azərbaycan müxtəlif tarixi mərhələləri əhatə edən böyük şəhərsalma və memarlıq ənənələrinə malikdir. Bu ənənələr bəşəriyyət üçün son dərəcə maraqlı olan zəngin elementləri, təcrübələri, üslubları, yanaşmaları özündə birləşdirir. Paytaxt Bakı ilə regionların tarazlı inkişafının təmin edilməsi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmış şəkildə dayanıqlı məskunlaşdırmanın təşviqi, memarlıq və şəhərsalma fəaliyyətinin müasir çağırışlara uyğun aparılması hazırda ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir. 

Ermənistanın işğalı nəticəsində dağıdılmış ərazilərimizdə tarixi Zəfərimizdən sonra innovativ yanaşmalar əsasında canlanan genişmiqyaslı bərpa və quruculuq prosesləri dövlətimizin memarlıq və şəhərsalmaya strateji baxışını açıq şəkildə nümayiş etdirir. "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində "yaşıl enerji" zonası elan edilmiş bu ərazilərdə 2020-2025-ci illər ərzində - dünya memarlıq-inşaat təcrübəsində nadir rast gəlinən qısa zamanda 100-dən çox yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanmış, bərpa-quruculuq işlərinə start verilmişdir. Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin tarixi simasının və ənənəvi memarlıq mühitinin bərpası ilə dirçəldilməsi isə bu prosesin ən simvolik nümunələrindən biri, milli iradənin parlaq təzahürü olmuşdur. 

Azərbaycanda milli şəhərsalma forumlarının təşkili də artıq xoş bir ənənəyə çevrilib. Bu cür milli şəhərsalma forumlarının müvafiq sessiyalarında dayanıqlı şəhərsalma, iqlim dəyişmələrinə uyğunlaşma, inklüziv inkişaf və şəhərlərin bərpası kimi aktual məsələlərə diqqət yönəlir, əhalinin mənzil təminatı, maliyyə və innovasiya mexanizmləri, ərazi planlaşdırılması, rəqəmsallaşma, mədəni irsin qorunması və sağlam şəhər icmaları sahələrində qabaqcıl təcrübələr təqdim olunur. Dünyanın müxtəlif ölkələrindən gəlmiş iştirakçılar Azərbaycanda postmünaqişə dövrünün bərpa modeli ilə yaxından tanış olmaq imkanı qazanırlar. Ötən ilin oktyabrında Xankəndidə və Bakıda belə milli şəhərsalma forumlarının artıq üçüncüsü keçirilmişdir. Bu baxımdan Azərbaycanın BMT-nin Dünya Şəhərsalma Forumuna evsahibliyi etməsi və bunun "Şəhərsalma və Memarlıq İli"ndə baş verməsi son dərəcə əlamətdardır. 


Şəhərlərin gələcəyinə dair qlobal dialoq mərkəzi


Forum (WUF) BMT-nin şəhərsalma və dayanıqlı urbanizasiya sahəsində ən nüfuzlu beynəlxalq platformalarındandır. Belə bir forum ilk dəfə 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilib. Yada salaq ki, hələ 1996-cı ildə Habitat II Konfransından sonra şəhərsalma mövzularında mütəmadi müzakirələrə ehtiyacın yarandığı qəbul edilmişdir. Nayrobi isə UN-Habitat-ın mənzil-qərargahının yerləşdiyi şəhər olduğu üçün ilk forumun burada keçirilməsi həm simvolik, həm də praktik baxımdan məqsədəuyğun sayılmışdı. 

2001-ci ildə BMT UN-Habitata urbanizasiya problemləri üzrə davamlı qlobal dialoq platforması yaratmaq mandatı vermiş və növbəti il baş tutan WUF zamanla urbanizasiya üzrə qlobal qərarların, təcrübə mübadiləsinin əsas platforması kimi formalaşdı. Artıq 24 ildir ki, forum ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm imkan yaradır, innovativ həllərin paylaşılmasını sürətləndirir, şəhərlərin gələcəyinə dair qlobal dialoq formalaşdırır. 

Azərbaycanın bu il foruma evsahibliyi etməsi ölkəmiz üçün həm strateji, həm də praktik baxımdan mühüm üstünlüklər yaradır. İlk növbədə bu, dövlətimizin beynəlxalq mövqeyinin daha da güclənməsi baxımından önəmlidir. Belə ki, forumun keçirilməsi Azərbaycanın dayanıqlı inkişaf, şəhərsalma və urban transformasiya sahəsində qlobal dialoqun mərkəzinə çevrilməsi deməkdir. Bu isə ölkənin beynəlxalq nüfuzunu və yumşaq güc imkanlarını əhəmiyyətli dərəcədə artırır. Digər tərəfdən, şəhərsalma və planlaşdırmada qabaqcıl təcrübələrin mərkəzində olmaq, bu təcrübələrlə yaxından tanışlıq hər bir ölkə üçün faydalıdır. Bu baxımdan forum zamanı dünyanın aparıcı şəhərsalma ekspertləri, şəhər rəhbərləri və planlaşdırıcılarla birbaşa təmas innovativ yanaşmaların, "ağıllı şəhər" həllərinin və "yaşıl planlaşdırma" modellərinin Azərbaycana transferini sürətləndirir.


Böyük qayıdış modelinin dünyaya təqdimatı


Dayanıqlı inkişaf gündəliyinin güclənməsi də mühüm məqamlardandır. Forum Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə SDG 11 - Dayanıqlı şəhərlər və icmalar hədəfinə sadiqliyini real layihələr və nəticələrlə nümayiş etdirmək üçün güclü platforma rolunu oynayacaq. 

Ən əsası isə WUF tarixi Zəfərimizdən sonra Azərbaycanın öz daxili imkanları hesabına sürətlə qurularaq inkişafa qovuşdurduğu, yeni həyatına başlayan Qarabağın, Şərqi Zəngəzurun beynəlxalq təqdimatı baxımından əlverişli platformadır. Bərpaolunan ərazilərdə "yaşıl şəhər", "ağıllı kənd", sıfırdan planlaşdırma təcrübələrinin tətbiqinin qlobal miqyasda tanıdılması üçün belə bir forum unikal imkanlar deməkdir. Bu, Böyük qayıdış modelinin beynəlxalq nümunə kimi mövqelənməsinə xidmət edir.

İnvestisiya və tərəfdaşlıq imkanlarını da unutmamalıyıq. Forum çərçivəsində qurulan əlaqələr şəhər infrastrukturu, enerji, nəqliyyat və tikinti sahələrinə beynəlxalq investisiya və texnologiyaların cəlb olunmasını stimullaşdıracaq, eyni zamanda insan kapitalını inkişaf etdirəcək və institusional tərəqqiyə yol açacaq. Yerli mütəxəssislər, universitetlər və dövlət qurumları üçün bilik mübadiləsi, yeni yanaşmaların öyrənilməsi və institusional potensialın gücləndirilməsi baxımından uzunmüddətli müsbət təsirlər doğuracaq. 

Bir sözlə, BMT-nin Dünya Şəhərsalma Forumunun ölkəmizdə keçirilməsi Azərbaycana təkcə ev sahibi ölkə kimi deyil, şəhərlərin gələcəyini formalaşdıran aktiv qlobal oyunçu kimi və yüksək imic, təcrübə, investisiya və strateji mövqe qazandırır. 


Memarlıq irsinin qorunması və milli kimlik


Bütün bunları nəzərə alsaq, 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilməsinin ölkəmiz və cəmiyyətimiz üçün mühüm strateji, sosial, mədəni məna, xüsusi əhəmiyyət daşıdığını görürük. Bu qərar ilk növbədə dayanıqlı inkişafın institusionallaşdırılması baxımından əhəmiyyətlidir. 

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində şəhərsalma və memarlıq vahid dövlət siyasəti səviyyəsində ön plana çıxır. Planlı inkişaf, balanslı məskunlaşma, ekoloji yanaşmalar və uzunmüddətli şəhər modelləri artıq ayrıca təşəbbüs deyil, sistemli yanaşma kimi möhkəmlənir. Yaşıl şəhərlər ideyası gündəmə gəlməklə şəhər mühitində insan rifahı, ona əlçatanlıq, inklüzivlik və ekoloji tarazlıq əsas meyarlara çevrilir. Bu, təkcə yeni layihələrdə deyil, mövcud şəhər məkanlarının yenilənməsində də həyat keyfiyyətinin yüksəlməsinə xidmət edir.

Peşəkar potensialın və yaradıcı mühitin güclənməsi də "Şəhərsalma və Memarlıq İli"nin potensial faydalarındandır. Memarlar, urbanistlər, dizaynerlər və planlaşdırıcılar üçün yeni imkanlar açılır, peşəkar dialoq və beynəlxalq əməkdaşlıq genişlənir. Bu isə yerli kadrların bilik və bacarıqlarının qlobal səviyyəyə çıxmasına şərait yaradır.

Eyni zamanda Qarabağda, Şərqi Zəngəzurda tətbiq edilən modern yanaşma, sıfırdan qurulan şəhər və kəndlər müasir Azərbaycan şəhərsalmasının canlı laboratoriyasına çevrilir. "Ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji" konsepsiyaları praktik nəticələrlə möhkəmlənir və beynəlxalq miqyasda nümunə kimi təqdim olunur.

"Şəhərsalma və Memarlıq İli"nin məhz Azərbaycanda BMT-nin Dünya Şəhərsalma Forumunun keçirildiyi dövrə təsadüf etməsi ölkəmizi qlobal urban gündəliyinin mərkəzinə gətirir, Azərbaycanın müasir şəhərsalma baxışını dünyaya nümayiş etdirmək üçün güclü platforma yaradır.

Memarlıq irsinin qorunması və milli kimlik baxımından da bu ilin mövzusu böyük faydalar verir. Tarixi şəhər mühitinin, memarlıq irsinin qorunması ilə müasir inkişaf arasında harmoniya yaradılır. Bu, milli kimliyin şəhər məkanında davamlı yaşamasını təmin edir. Prezidentin 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi haqqında sərəncamında xüsusi vurğulanır: "UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir sərvətlərimiz - qədim və Orta əsrlərin şəhər mədəniyyətini özündə təcəssüm etdirən İçərişəhər və Şirvanşahlar Saray Kompleksi, əzəmətli ruhunu indiyədək qoruyan Qız qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı Azərbaycan şəhərsalma və memarlıq sənətinin dünya inciləri sırasında layiqli yer tutan yadigarlarıdır.

900 illiyi UNESCO çərçivəsində yubileyləri keçirilən böyük şəxsiyyətlər siyahısına daxil olunan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin Azərbaycan və Yaxın Şərq ölkələrinin Orta əsrlər memarlığına güclü təsir göstərmiş yaradıcılığı dövrün memarlıq məktəbinin ən yüksək zirvəsidir".

Nəticə etibarilə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması təkcə bir sahənin önə çəkilməsi deyil. Bu, Azərbaycanın nümunəvi yaşayış modelinə, xalqın rifahına və ölkənin qlobal hədəfinə xidmət edən qərardır.


İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Güləş üzrə Azərbaycan çempionatına start verilib  

22:24
07 Yanvar

Ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələri üçün getdikcə daha praktik marşruta çevrilir  

22:21
07 Yanvar

Türkiyəli politoloq: Ermənistanla paraflanmış sülh sazişi Azərbaycanın regional sabitlik və investisiya cəlbediciliyini gücləndirəcək  

20:43
07 Yanvar

Böyük Britaniya neft tankerinin ələ keçirilməsində ABŞ-a dəstək verib  

20:14
07 Yanvar

ABŞ beynəlxalq sularda Venesuelaya bağlı olduğu deyilən 2 neft tankerini ələ keçirib  

19:39
07 Yanvar

Tramp: ABŞ olmasa, Rusiya və Çinin NATO-dan qəti qorxusu olmaz  

19:23
07 Yanvar

Çinin neft emalı zavodları Venesuela neftini İran nefti ilə əvəz edəcək  

19:21
07 Yanvar

İtaliyalı politoloq: Trans-Xəzər marşrutunun möhkəmləndirilməsi və Orta Dəhlizin inkişafı Bakını etibarlı tərəfdaş kimi möhkəmləndirir  

19:13
07 Yanvar

Dünya mediası Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini işıqlandırmaqda davam edir 

19:02
07 Yanvar

Azərbaycan münaqişələrdə humanitar məsuliyyətini öndə saxlayır  

18:46
07 Yanvar

DSX: Ötən il dövlət sərhədini pozduqlarına görə 516 nəfər saxlanılıb  

18:43
07 Yanvar

Volodimir Zelenski: Ukrayna tərəfdaşlarla təhlükəsizlik zəmanətlərini müzakirə edir

18:29
07 Yanvar

Misirli ekspert: 907-ci düzəlişin ləğvi regionda davamlı sülhə töhfə verə bilər  

18:07
07 Yanvar

Dörd ölkə neft hasilatı planını OPEC-ə təqdim edib  

17:53
07 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilib SƏRƏNCAM  

17:41
07 Yanvar

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilib SƏRƏNCAM  

17:36
07 Yanvar

Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır

17:17
07 Yanvar

Azərbaycanla Koreya arasında gənclər və idman sahələrində əməkdaşlıq genişləndirilir  

17:10
07 Yanvar

Baş Prokurorluq: Dövlət Gömrük Komitəsinin bir qrup vəzifəli şəxsi barəsində istintaq olunan cinayət işi məhkəməyə göndərilib  

17:08
07 Yanvar

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

17:07
07 Yanvar

Zelenski Parisdə keçiriləcək danışıqların mövzularını açıqlayıb  

17:06
07 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!