07 Yanvar 2026 18:43
252
CƏMİYYƏT
A- A+
DSX: Ötən il dövlət sərhədini pozduqlarına görə 516 nəfər saxlanılıb  

DSX: Ötən il dövlət sərhədini pozduqlarına görə 516 nəfər saxlanılıb  


Dövlət Sərhəd Xidmətinin (DSX) 2025-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan müşavirədə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşavirədə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2025-ci ilin dövlətçilik tariximiz üçün xüsusi önəm daşıması, ölkə rəhbərliyi tərəfindən DSX-nin qarşısında qoyulan tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi general-polkovnik Elçin Quliyev tərəfindən böyük qürur hissi ilə qeyd olunub.

Dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılması, dövlətimizin başçısının diqqət və qayğısı ilə hərbi qulluqçuların sosial-məişət şəraiti, eləcə də mənəvi-psixoloji vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlər xüsusi vurğulanıb.

Hesabat müşavirəsində hərbi birləşmə rəhbərlərinin məruzələri dinlənilib, struktur qurumların xidməti fəaliyyəti qiymətləndirilib.

Ötən il DSX tərəfindən əldə edilən əsas nailiyyətlər sırasında dövlət sərhədini pozduqlarına görə 516, sərhəd rejimini pozduqlarına görə 1226, axtarışda olan 3 min 922, saxta sənədlərlə 108, özgəsinə məxsus sənədlə 8, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd göstərən 6 nəfərin saxlanılması daxildir. Həmçinin terrorçuluğa qarşı aparılan mübarizə tədbirləri çərçivəsində xaricdə döyüşmüş 6 nəfər saxlanılıb, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 18, qaçaqmalçılıqla 8, qeyri-qanuni miqrasiya ilə 12 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. İl ərzində DSX-nin struktur qurumları tərəfindən, həmçinin digər hüquq-mühafizə orqanları ilə birgə ümumilikdə 4 ton 311 kiloqram 864 qram narkotik vasitə, 78 min 457 ədəd psixotrop tərkibli və güclü təsiredici həb, 128 milyon 255 min 862 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb, 24 ton 585 kiloqram narkotik xassəli bitki isə məhv edilib.

Cari ildə qarşıda duran əsas vəzifə və tapşırıqlar diqqətə çatdırılaraq sərhədçilərin Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər bir tapşırığını böyük şərəf və qürurla icra etməyə hazır olması, dövlət sərhədinin texniki vasitələrlə mühafizə və müdafiəsinin gücləndirilməsi, çətin relyefə malik ərazilərdə və istənilən hava şəraitində qarşıya qoyulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə hərbi qulluqçuların hazırlanması, döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, hərbi intizamın möhkəmləndirilməsi və şəxsi heyətin sağlamlığının qorunması istiqamətində tədbirlərin görülməsi barədə göstərişlər verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Senatı Venesuelaya növbəti müdaxiləni məhdudlaşdıran qətnamə qəbul edib  

21:36
08 Yanvar

“Waymo”nun robotaksisi yeni adla təqdim olunur  

21:01
08 Yanvar

Yeni kamera texnologiyası sayəsində ənənəvi sistemlərin əsas məhdudiyyəti aradan qaldırılacaq  

20:49
08 Yanvar

“Ludens AI” yeni robotunu nümayiş etdirib  

20:02
08 Yanvar

Donald Tramp ABŞ hərbi büdcəsinin 50 faiz artırılmasını tələb edir  

19:31
08 Yanvar

ABŞ Senatında Trampın Venesuelaya qarşı daha çox hücum etmək qabiliyyətini məhdudlaşdıran qətnamə üzrə səsvermə keçiriləcək  

19:29
08 Yanvar

Rusiya XİN Ukraynada Britaniya və Fransa qoşunlarının yerləşdirilməsi planlarını şərh edib  

18:52
08 Yanvar

Deputat: 2030-cu ilədək Azərbaycanda tələbatdan dəfələrlə artıq elektrik enerjisi istehsal olunacaq  

18:24
08 Yanvar

Ali təhsil haqqında dövlət sənədlərinin verilməsi qaydası təsdiqlənib  

17:52
08 Yanvar

Rayonlarda yanvarın 9-u gündüzdən 10-u axşamadək hava yağıntılı olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ  

17:51
08 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

17:51
08 Yanvar

Tikintilərin Dövlət reyestri ilə bağlı qaydalarda dəyişiklik olunub  

17:50
08 Yanvar

Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib  

17:31
08 Yanvar

Qazaxıstan taxılının Azərbaycana daşınma həcmi üç dəfə artıb  

17:03
08 Yanvar

Ombudsman uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi  

16:53
08 Yanvar

Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar dünyanın supergücləri tərəfindən də qəbul edilir

16:45
08 Yanvar

“Azerbaijan Open” beynəlxalq turnirinin ilk qalibi: “Şahdağ”ın xizək yolları çox gözəldir 

16:44
08 Yanvar

Mütəxəssis-ekspert: Hazırda yayılan infeksiya mövsümi qripdir

16:31
08 Yanvar

Ekspert : Prezident İlham Əliyevin təşəbbüsü Türk dünyasının inkişaf trayektoriyasını müəyyənləşdirir

16:23
08 Yanvar

Ötən il gecikdirilmiş 840 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub  

16:16
08 Yanvar

İsrail: Livanın “Hizbullah”ı tərk-silah etmək səyləri yetərli deyil  

16:13
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!