15 Oktyabr 2020 00:52
685
SİYASƏT
A- A+
Tarix dəyişsə də, erməni xisləti dəyişmir

Tarix dəyişsə də, erməni xisləti dəyişmir


Hədəfdə yenə dinc sakinlərdir... Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdən Azərbaycanın nəinki cəbhə bölgələrini, döyüş ərazilərindən uzaqda olan yaşayış yerlərini belə gülləbaran edirlər. Oktyabrın 11-də gecə saat 2 radələrində Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə Azərbaycanın ikinci böyük şəhəri - qədim və gözəl Gəncə hədəf seçildi. 500 mindən çox əhalisi olan bu şəhər də cəbhə bölgəsindən xeyli uzaqdır.

Həmin gecə dinc sakinlər düşəmin fitnəsindən xəbərsiz öz evlərində ikən raket atəşinə məruz qaldılar. 4-ü qadın olmaqla 10 nəfər həlak oldu, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralandı. 10-dan artıq çoxmənzilli binaya, eləcə də 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəydi.

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində, ümumilikdə mülki şəxslərdən 3-ü uşaq olmaqla 42 mülki şəxs həyatını itirib, 206 nəfər yaralanıb. Həmçinin Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1479 ev, 241 mülki obyekt və 66 çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşüb.

Erməni faşistləri həm də amansız uşaq qatilləridirlər. Onlar məktəblərə, uşaq bağçalarına ağır artilleriya zərbəsi endirirlər. Təhsil Nazirliyi düşmən tərəfindən hədəfə alınan azərbaycanlı məktəblilərin adlarını və erməni təcavüzü nəticəsində dağıntılara məruz qalan təhsil müəssisələrinin siyahısını açıqlayıb.

Nazirlikdən bildirilib ki, düşmən təcavüzü nəticəsində 3 məktəbli - Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin IX sinif şagirdi Fidan Qurbanova, Naftalan şəhəri, Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov və Ağcabədi rayonu, R.Quliyev adına Taynaq kənd orta məktəbinin IX sinif şagirdi Fərid İsgəndərov həlak olub.

Eyni zamanda Gəncə şəhərinin bombalanması nəticəsində məktəblilər - Banu İbrahimova, Fərid İbrahimov, Turqay Əliyev, İlyas Həsənbəyli, Məleykə Abdullayeva, Ömər Mehdiyev, Səlim Mustafazadə, Murad Cavadov, Dinarə Muradova, Rauf Muradov, Hüseyn Əliyev, Sevinc Rəhimova, Aysu Əliyeva, Şəmiddin Şirinov, Şəfa Şirinova yaralanıblar.

Nazirlikdən verilən məlumata görə, düşmənin təcavüzü nəticəsində ümumilikdə, 37 məktəb dağıntılara məruz qalıb. Bunlar Tərtərdə 12 məktəb, Ağdamda 11 məktəb, Gəncədə 5 məktəb, Füzulidə 4 məktəb, Goranboyda 3 məktəb, Bərdə və Ağcabədidə 1 məktəbdir.

Bu günlərdə baş verən faciəli hadisələr bir daha təsdiq edir ki, tarix dəyişsə də, erməni xisləti dəyişmir. XX əsrin əvvəllərində də, ortalarında da, sonlarında da həmin bu xislətlə, bu vəhşiliklə ermənilər xalqımıza divan tutdular. Bu mənfurlar üçün fərqi yoxdur ki, qarşılarındakı uşaq, qadın, qoca, cavandır. Onlar azərbaycanlı olan hər kəsə amansızdırlar. Ən dəhşətlisi isə budur ki, heç zaman öz əməllərindən peşman olmurlar, xəcalət çəkmirlər.

XX əsrin axırlarında əvvəlcə Ermənistan SSR-in ərazisinə çevirdikləri əzəli Azərbaycan torpaqlarından yerli sakinləri son nəfərinədək qovdular. 1988-ci ildə doğma yurdlarından zorla çıxarılan soydaşlarımızdan 23-ü uşaq olmaqla 216 nəfəri qətlə yetirdilər. Hadisələrin ardınca Dağlıq Qarabağı odlara qaladılar. Mərmi salmadıqları ocaq, dağ çəkmədikləri ailə buraxmadılar.

XX əsrin sonuncu onilliyində başlayan Birinci Qarabağ müharibəsi zamanı erməni faşistləri onlara tarixi ərazilərində yaşamaq üçün yer, süfrələrində yemək verən Azərbaycan xalqının yaxşılıqlarının əvəzini hər cür yamanlıq etməklə verdilər. Sovet imperiyasının dağıldığı, siyasi, iqtisadi, sosial vəziyyətin gərginləşdiyi dövrü əllərinə düşən girəvə bildilər. Göstərdilər ki, göz dikdikləri yalnız torpaqlarımız deyil. Xaricdən güc alaraq ərazilərimizi işğal etmək planlarının bir hissəsi oldu. Müharibə sözünü tələffüz belə edə bilməyən körpələrimizə, hamilə qadınlarımıza, qocalarımıza aman vermədilər.

Birinci Qarabağ müharibəsində erməni vəhşilikləri nəticəsində Azərbaycan tarixinə misli-bərabəri görünməmiş faciələr yazıldı. Ermənilərin Xocalıda törətdikləri vəhşiliklər isə yalnız bizim deyil, bütün bəşəriyyətin tarixinə qanlı səhifə kimi yazıldı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalıda qətliam törətdilər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

1994-cü ildə atəşkəs elan olundu. Ancaq Ermənistan dövləti öz mənfur əməllərindən əl çəkmədi. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusu, eləcə də dinc sakinlərimiz mütəmadi atəşə tutuldular. Azərbaycan balalarından kimisi 9 yaşlı Fariz Bədəlov kimi həyətdə oynayarkən, kimisi 2 yaşı tamam olmamış körpə Zəhra kimi nənəsi ilə birlikdə qətlə yetirildi. Elə ailələr oldu ki, bütövlükdə erməni vandalları tərəfindən məhv edildi.

Oktyabrın 11-də gecə saat 2-də Gəncədə xalqımıza qarşı törədilən növbəti qanlı terror aktından xəbər tutan dünya ölkələri erməni vəhşiliyinə heyrətlənir. Amma heyrətlənmək, dəhşətə gəlmək, hətta qınamaq da yetməz. Unutmaq olmaz ki, o insanlar döyüşçü, əsgər deyildilər. Öz evlərində, doğmaları ilə birlikdə yaşayan dinc sakinlər gecənin birində Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmrini yerinə yetirən erməni ordusunun raket atəşinə məruz qalaraq kimi həyatı ilə vidalaşdı, kimisi isə doğmalarını və sağlamlığını itirdi. Gəncədə erməni vandallarının törətdikləri terror aktına dünyanın əmin-amanlığını arzulayan, ədalətini və haqsevərliyini qoruyan heç bir dövlət laqeyd qalmamalıdır. Xocalı soyqırımına susmuş bəşəriyyət bu dəfə dilə gəlməlidir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!