13 Dekabr 2025 08:50
1109
SİYASƏT
A- A+
Cənubi Qafqazda barış və etimad quruculuğu dövrü

Cənubi Qafqazda barış və etimad quruculuğu dövrü


Onilliklər boyu adı münaqişə zonası, müharibə bölgəsi kimi çəkilən Cənubi Qafqazda de-fakto sülh təmin olunub. Azərbaycanın BMT TŞ-nin qətnamələrini güc yolu ilə yerinə yetirərək yaratdığı reallıqların nəticəsi illərboyu açılması mümkünsüz görünən Qarabağ düyününə birdəfəlik son qoyub. Hər zaman münaqişənin danışıqlar vasitəsilə həllinin tərəfdarı kimi çıxış edən rəsmi Bakı konstruktivlik nümayiş etdirərək Vətən müharibəsindən sonra da qarşı tərəfə təkmil sülh modeli təklif edib ki, hazırda normallaşma istiqamətində əldə olunan bütün irəliləyişlər də məhz zamanında bu istiqamətdə atılan qətiyyətli addımların nəticəsidir.


De-yure sülhə də az qalıb 


Azərbaycan tərəfi 44 günlük Vətən müharibəsindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün İrəvana beynəlxalq hüququn normalarına cavab verən 5 prinsip təqdim edib. Lakin qarşı tərəfin bəzi Qərb dairələrinin də təsiri ilə destruktivlik nümayiş etdirməsi 2024-cü ilə qədər normallaşma ilə bağlı konkret hansısa nəticələr əldə etməyə imkan verməyib. Ancaq yenə də Bakının sülh səyləri sayəsində Azərbaycan-Ermənistan normallaşma prosesi ötən ilin əvvəlindən etibarən müsbət istiqamətdə inkişaf etməyə başlayıb və əhəmiyyətli nailiyyətlərə imza atılıb. Ən əsası vasitəçilərə ehtiyac görülmədən iki ölkə dialoqlara başlayıb, masa arxasında müəyyən razılaşmalar əldə edib və sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə start verib, Qazax rayonunun dörd kəndinin qaytarılması kimi real nəticələr ortaya qoyulub. 

Azərbaycanın liderliyi ilə irəlilədilən sülh prosesi 8 avqust tarixli Vaşinqton sammiti ilə öz məntiqi nəticəsinə çatıb. Həmin tarixdə Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin mətni paraflanıb, vacib razılaşmalar əldə edilib. Vaşinqton zirvəsinin nailiyyətlərindən biri də Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə bağlı razılaşma əldə edilməsi olub. Regionda kommunikasiyaların açılması vacib əhəmiyyət daşıyır və Azərbaycanın qətiyyətli səyləri ilə Cənubi Qafqazda de-fakto sülhün bərqərar edilməsi bölgənin iqtisadi inkişafı üçün mühüm şərait yaradıb. 

İşğalçı siyasəti ilə onilliklər boyu özünü dalan ölkəyə çevirən Ermənistanın bu vəziyyətdən çıxması üçün də tarixi şans yaranıb. Artıq Azərbaycan Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırıb, həmçinin etimad quruculuğu istiqamətində praqmatik addımlar atılıb və iki ölkənin vətəndaş cəmiyyətləri İrəvan və Bakıya qarşılıqlı səfərlər ediblər. 

Azərbaycanla Ermənistan arasında rəsmi Bakının liderliyi ilə formalaşdırılan sülh prosesi beynəlxalq aləmdə də böyük təqdirlə qarşılanıb. Eyni zamanda Azərbaycanın ortaya qoyduğu sülh nümunəsi dünyada baş verən münaqişələrin öz yoluna qoyulması üçün həll variantı kimi istinad edilən nümunəyə çevrilib. 

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ləğv edildikdən sonra isə iki ölkə arasında barış sazişi də imzalanacaq və bölgədə sülh de-yure bərqərar olacaq.  


Real sülh və yeni regional əməkdaşlıq imkanları yaranıb


Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Doha Forumunun tədbirləri çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birgə "Ermənistan-Azərbaycan davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək" adlı paneldə iştirak edib. Hikmət Hacıyev bildirib ki, ədalətli sülhə əsaslanaraq biz Cənubi Qafqazda yeni reallıqlar və yeni status-kvo yaradırıq: "Yaxın vaxtlarda imzalanan bir çox sülh razılaşmaları nəticəsiz qalıb, çünki razılaşmalar imzalandıqdan sonra tərəflər özlərini komfort zonasında hiss edir". O əlavə edib ki, rəsmi Bakı və İrəvan mütəmadi olaraq kontaktdadır və iki ölkə arasında əldə olunan razılaşmaların icrasına çalışırlar.

Hikmət Hacıyev və A.Qriqoryan Dohada ilk dəfə "Euronews"a birgə müsahibə də veriblər. Siyasilər bildiriblər ki, iki ölkə arasında əsas dialoq kanalları 2020-ci ildə Avropa İttifaqının (Aİ) dəstəyi ilə formalaşıb. Prosesin kulminasiyası ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda paraflanan sülh sazişi olub.

Hikmət Hacıyev bildirib ki, Brüsseldə aparılan danışıqlar bu prosesə xüsusi təkan verib: "Brüsseldə yaxşı imkan yarandı və liderlər sülhə doğru irəliləmək barədə qərar verdilər".

Prezidentin köməkçisi sülh prosesini dünya miqyasında uğurlu model kimi qiymətləndirib: "Münaqişə səhifəsi bağlanıb. İndi real sülh və yeni regional əməkdaşlıq imkanları var".

Bu sadalananlar Cənubi Qafqazda faktiki olaraq sülhün bərqərar olmasına əyani nümunələrdir. Lakin bütün bunların fonunda Ermənistanın sülhə zidd addımları da diqqət çəkir. Cari il dekabrın 2-də Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Brüsseldə keçirilən Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəd də bunu göstərir.  Həmin sənəddə postmünaqişə dövrünün reallıqları təhrif edilib və burada sülh gündəliyinə zidd olan məsələlər öz əksini tapıb. Sənədin həm giriş hissəsində, həm də bəzi bölmələrində Qarabağdan könüllü şəkildə Ermənistana miqrasiya edən sakinlərə istinadən "Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri" ifadəsi işlədilib. Bununla yanaşı, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər törətməkdə ittiham olunan və məhkum edilmiş erməniəsilli şəxslər "əsir" statusunda qeyd edilib. 

Azərbaycan Xarici İşlər Nazirliyinin məsələyə dair şərhində bildirilir ki, 7 il müddətində Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir və bu, eyni zamanda Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir edir.

Bildirilir ki, sənəddə Ermənistanın regional konsensusdan məhrum olan "sülh kəsişməsi" təşəbbüsünü dəstəkləyən çoxsaylı müddəaların əks olunmasına baxmayaraq, 

8 avqust Vaşinqton sammiti zamanı normallaşma prosesi çərçivəsində əldə edilmiş və mühüm əhəmiyyət kəsb edən "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinə bir dəfə belə istinad edilməməsi ciddi narahatlıq doğurur: "Azərbaycanla Ermənistan arasında paraflanmış saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə bağlı öhdəlik nəzərə alındıqda, Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə olunan Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının (EUMA) fəaliyyətinə xitam vermək əvəzinə, EUMA-nın mövcudluğunun qorunmasının və missiyanın tam operativliyinin təmin olunmasının prioritetləşdirilməsi digər narahatlıq mənbəyidir". 

Azərbaycanı hədəf alan və 8 avqust Vaşinqton sammitinin nəticələrinə zidd olan bu sənədin timsalında da görünür ki, Ermənistan dildə barış desə də, sülh gündəliyinə sadiqlik göstərmir və Azərbaycana qarşı ərazi iddiasından əl götürmək istəmir.  Sülhdən yayınmaq istəyən İrəvan yaxşı olar ki, özü üçün təhlükə yaradan bu yoldan vaxtında vaz keçsin, yoxsa bunun ağrı-acılı nəticələrinə qatlanmağa məcburdur və o zaman guya özünü sülhü dəstəkləyən tərəf kimi göstərərək Ermənistana dəstəyi ilə bölgədə hərbi münaqişə yaratmaq istəyində olan Aİ də onun dadına çata bilməyəcək. 


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:48
03 Mart

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

00:47
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:46
03 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

00:45
03 Mart

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

00:43
03 Mart

Azərbaycan qazaxıstanlıların İrandan evakuasiyasına kömək edir

23:44
02 Mart

Avropa çempionatı: Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzub  

22:41
02 Mart

Ramin Məmmədov: Türkiyə-Azərbaycan birliyi dünyada strateji güc kimi tanınır

22:23
02 Mart

Türkiyənin hakim partiyası: İrana zərbələr beynəlxalq hüququn normalarına ziddir  

21:01
02 Mart

Azərbaycan və İordaniya XİN başçılarının telefon danışığında Yaxın Şərqdə artan gərginlik əsas mövzu olub  

20:49
02 Mart

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib  

20:41
02 Mart

Nazir: Ankara enerji bazarlarında sabitliyin qorunmasına çalışır

20:31
02 Mart

Azərbaycanın kosmik sənayesi ilk dəfə Barselonada keçirilən sərgidə təmsil olunur  

19:53
02 Mart

İrandan təxliyə: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçib 

19:08
02 Mart

“Əmək bazarı” İşçi qrupu aktiv əmək bazarı proqramlarının genişləndirilməsini araşdırıb  

19:06
02 Mart

Pit Heqset: Hazırda İran ərazisində Amerika ordusu yoxdur

18:43
02 Mart

Zelenski: Rusiya Ukraynaya qarşı yeni hücum dalğası hazırlayır

18:37
02 Mart

Dmitri Peskov: Moskva İran ətrafındakı gərginlikdən məyusdur

18:28
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!