18 Dekabr 2025 19:49
148
CƏMİYYƏT
A- A+
Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  



“Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu” Ankarada təqdimatlar və panel müzakirələri formatında işini davam etdirir.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin koordinatoru Deniz Demir Türkiyənin dezinformasiya ilə mübarizə sahəsində təcrübəsinə həsr olunmuş təqdimatla çıxış edib.

D.Demir bildirib ki, Türkiyədə və onun hüdudlarından kənarda olan müəyyən qüvvələr, xüsusilə böhran dövrlərində ictimai rəyin manipulyasiyası cəhdlərindən əl çəkmirlər. O, buna misal olaraq 2023-cü ilin fevralında baş vermiş zəlzələlər zamanı sosial şəbəkələrdə və mediada yayılan çoxsaylı yalan məlumatları göstərib.

Kommunikasiya İdarəsinin nümayəndəsi Türkiyənin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin fəaliyyətinin əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, mərkəzdə informasiya axınları sutka ərzində fasiləsiz izlənilir, təhlil olunur və operativ reaksiya verilir.

Onun sözlərinə görə, dezinformasiyaya qarşı mübarizə yalnız Türkiyənin maraqları ilə məhdudlaşmır, eyni zamanda, qardaş ölkələrin, o cümlədən Azərbaycanın maraqlarının qorunmasına töhfə verməyi hədəfləyir.

Dezinformasiya faktları üzrə təkziblərin nəşr edildiyi xüsusi tətbiq yaradılıb, həmçinin müxtəlif dillərdə etibarsız məlumatların mövcudluğu barədə bildiriş göndərmək imkanı təmin edilib.

Daha sonra “Türk dünyasına qarşı yönəlmiş dezinformasiya nümunələri və onlara qarşı mübarizə səyləri” mövzusunda sessiya keçirilib. Sessiya çərçivəsində milli səviyyədə yalan məlumat axınlarının yayılmasına qarşı mübarizə təcrübəsi barədə məlumat verilib.

Azərbaycan Respublikası Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Cavid Musayev forum iştirakçılarının diqqətini hibrid hücumlar və dövlətlərin informasiya məkanına müdaxilə təhlükəsinə cəlb edib.

“Müasir dünyada informasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir. Azərbaycanda, demək olar ki, dünyanın heç bir ölkəsində olmadığı qədər yalan məlumatlar və dezinformasiya axınları barədə məlumatlılıq mövcuddur. Bu, 44 günlük Vətən müharibəsi dövründə də özünü göstərdi. Regiondakı reallıqları təhrif etmək cəhdlərinə cavab olaraq biz xarici media qurumları üçün qapıları açdıq. Jurnalistlər faktlarla yerində tanış olmaq imkanı əldə etdilər”, – deyə o qeyd edib. C.Musayev dezinformasiyaya qarşı mübarizədə Prezident, Ali Baş Komandan İlham Əliyevin şəxsi töhfəsini vurğulayaraq, Azərbaycan liderinin dünyanın aparıcı media orqanlarına verdiyi çoxsaylı müsahibələri xatırladıb.

C.Musayev Azərbaycanın və Türkiyənin informasiya sahəsində uğurlu əməkdaşlığını yüksək qiymətləndirərək, Türk Dövlətləri Təşkilatı səviyyəsində oxşar platformanın yaradılması təşəbbüsü ilə çıxış edib.

Azərbaycan Prezident Administrasiyasının nümayəndəsi bu il keçirilmiş III Şuşa Qlobal Media Forumuna da toxunub, forumun sessiyalarından birinin dezinformasiyaya qarşı mübarizəyə həsr olunduğunu xatırladıb.

C.Musayev Ankarada keçirilən forumun bütün iştirakçılarını Azərbaycanın mədəni paytaxtı olan Şuşada təşkil olunacaq növbəti mediaforumda iştiraka dəvət edib.

Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin nümayəndəsi İlyas Yesmagul, Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin nümayəndəsi Zarina Kalmuratova, Özbəkistan Prezident Administrasiyası yanında Media üçün Məzmun İstehsalı Mərkəzinin şöbə müdiri Toxir Umarov və Türkiyənin Kipr Agentliyinin nümayəndəsi Fehmi Gürdalı xüsusilə gənclər arasında media savadlılığının artırılmasına çağırış ediblər.

Qeyd edək ki, iki gün davam edən forumun işində müxtəlif ölkələrdən rəsmi qurumların və beynəlxalq təşkilatların nümayəndələri, media əməkdaşları, alimlər, ekspertlər və analitiklər iştirak edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

2025-ci ilin ən fəal sahibkarları mükafatlandırılıb VİDEO  

19:38
18 Dekabr

Bakı Limanının infrastruktur imkanları Orta Dəhliz üzrə daşımaların dayanıqlılığını təmin edir VİDEO  

19:37
18 Dekabr

Belarus Prezidenti: Minsk ölkənin qapalı və təcrid olunması barədə Qərbin formalaşdırdığı mifi məhv edib

19:11
18 Dekabr

Aleksandr Lukaşenko: Dünyada üç güc qütbü var – Çin, Rusiya və ABŞ  

19:03
18 Dekabr

BMT-nin rezident-əlaqələndiricisi minatəmizləmə fəaliyyəti barədə məlumatlandırılıb  

18:59
18 Dekabr

YAP Gənclər Birliyi hesabat verib  

18:51
18 Dekabr

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 74-cü iclası keçirilib  

18:48
18 Dekabr

Kreml Amerika tərəfi ilə Mayamidə görüşə hazırlığı təsdiqləyib  

18:41
18 Dekabr

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

18:33
18 Dekabr

Ekspert: Azərbaycandan Ermənistana neft yükünün tədarükü Vaşinqtonda sülhə dair əldə edilmiş razılığı təsdiqləyir  

18:23
18 Dekabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Naxçıvanda səfərdədir  

18:18
18 Dekabr

Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modelləri hazırlanıb  

18:02
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!