18 Dekabr 2025 08:20
400
SİYASƏT
A- A+
Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir


Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətləri gündən-günə möhkəmlənir. İkinci Qarabağ müharibəsində  Türkiyənin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstək bu dostluğun və qardaşlığın necə  sarsılmaz olduğunu dünyaya göstərdi. Müharibənin davam etdiyi günlərdə beynəlxalq təzyiqlərə baxmayan Türkiyə sonadək Azərbaycanın yanında oldu, dostluq, qardaşlıq dəstəyini xalqımızdan əsirgəmədi.

Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və dostluq münasibətləri  bütün dövrlərdə yüksək səviyyədə olub. Ümummilli Lider Heydər Əliyev Azərbaycan-Türkiyə dostluğunu çox böyük uzaqgörənliklə "Bir millət, iki dövlət" kimi qiymətləndirmişdir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" demişdir. Ölkələrimizin qardaşlığı və dostluğu dünya xalqları üçün uğurlu nümunədir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir. İki ölkə arasında gündən-günə inkişaf edən iqtisadi, siyasi və mədəni əlaqələr  Azərbaycan və Türkiyə xalqlarının rifahına, dövlətlərin daha da güclənməsinə xidmət edir. O da xüsusi olaraq qeyd edilməlidir ki, qardaş ölkələr arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasının bünövrəsində Prezident İlham Əliyevin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın səmimi dostluğu dayanır.

Yaxından şahidi olduq ki, 2020-ci il noyabrın 10-da Qarabağda qazanılan tarixi Zəfərə Azərbaycan qədər Türkiyə də sevindi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Türkiyənin Azərbaycana dəstəyindən bəhs edərək demişdir: "İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Savaşın son dəqiqəsinə qədər - Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq". 

Tarixin sınağından çıxmış təcrübə göstərir ki, bəşəri niyyətlərlə bağlanan ikitərəfli müqavilələr dövlətlərarası münasibətləri daha da möhkəmləndirir, siyasi, iqtisadi və mədəni əlaqələri genişləndirir.  Dövlətlər arasındakı xoş münasibətlər qardaşlığın, dostluğun təsdiqidir. Azərbaycanla Türkiyə arasında mövcud olan münasibətlər mehriban dostluğa əsaslanır. Yaxın tariximizdən məlumdur ki, 2021-ci il iyunun 15-də Şuşada Azərbaycanla Türkiyə arasında Bəyannamə imzalandı. Qars müqaviləsinin 100-cü ildönümündə imzalanan bu sənəd tarixdə tarixi yaşadan bəyannamə oldu.

"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" Türkiyə Prezidentinin Azərbaycana və Azərbaycanın tarixi, hüquqi və ayrılmaz hissəsi olan Qarabağa səfərinin diplomatik yekunu idi. İşğaldan azad edilmiş Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında məhz Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Şuşa bəyannaməsi hüquqi və siyasi əhəmiyyət daşıyır. Ən əsası, bu bəyannamə region üçün yeni tarixi gerçəklik və reallıq deməkdir.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış müttəfiqlik haqqında Şuşa Bəyannaməsi həm də hərbi-strateji əhəmiyyət daşıyır. Bəyannamə iki ölkə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu dünyaya nümayiş etdirir. Təsadüfi deyil ki, Azərbaycanın dövlət başçısı Şuşada Türkiyə lideri ilə bəyannamə imzalayarkən Qars müqaviləsini xatırlatdı. Prezident İlham Əliyev bildirdi ki, Qars müqaviləsinin imzalanmasından düz yüz il sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında birgə bəyannamənin rəmzi mənası var və bu sənəd bizim gələcək işbirliyimizin istiqamətini göstərir.

Diplomatiya tariximizin ən mühüm sənədlərindən biri olan Şuşa Bəyannaməsi hər iki dövlətin ümumi maraqlarının qorunmasına, yeni imkanların yaranmasına və birləşdirilməsinə, eləcə də ümumi maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinə güclü təkan verdi.

Sənəddə açıq şəkildə göstərilir ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təcavüz edildikdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və olunan təhdidin aradan qaldırılması üçün BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun addımlar atılacaq. 

Azərbaycan və Türkiyə arasında müdafiə məsələlərinin daha da dərinləşdirilməsi istiqamətində yeni sənəd və layihələrin qəbul olunması işi davam etdirilir. Dekabrın 16-da Milli Məclisin növbəti plenar iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında qanun layihəsini təqdim edib. Komitə sədri layihə barədə məlumat verərək bildirib ki, sənəd Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin, o cümlədən Şuşa Bəyannaməsində təsbit olunmuş müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə, tərəflərin qarşılıqlı olaraq dövlətlərinin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması, habelə suverenliyinin və müstəqilliyinin qorunması üçün müdafiə sahəsində əməkdaşlığının gücləndirilməsinə xidmət edir. Memorandumun əsas məqsədi hərbi təhlükəsizlik sahəsində qarşılıqlı koordinasiyanın gücləndirilməsi, birgə hərbi təlimlərin keçirilməsi kimi sahələrdə əlaqələrin inkişaf etdirilməsidir.

Komitə sədri onu da deyib ki, 8 maddədən ibarət sənədə əsasən, tərəf dövlətlər birinin silahlı təcavüzə məruz qaldığı halda BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və birgə özünümüdafiə hüquqlarının həyata keçirilməsi üçün bir-birlərinə qarşılıqlı yardımın göstərilməsi öhdəliyini götürürlər. Tərəflərin bir-birilərinə hərbi yardım göstərməsi onlardan birinin sorğusu əsasında və müvafiq milli qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir. Sənədə uyğun olaraq, tərəflər öz qanunvericiliklərinə əsasən, hərbi sahədə məlumat mübadiləsini və hərbi kəşfiyyat üzrə əməkdaşlığı gücləndirəcək, hərbi təhlükəsizlik sahəsində əldə olunan məlumatları bir-biri ilə paylaşa və bu məlumatlardan birgə əməliyyatlar zamanı istifadə edə biləcəklər.

Müzakirə zamanı qeyd edilib ki, Anlaşma Memorandumu beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həyata keçiriləcək, üçüncü dövlətlərə qarşı yönəlməyib və regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcək.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanla Türkiyə arasında əlaqələrin genişləndiyini söyləyib və bunun Azərbaycanın sülh və davamlı inkişaf  konsepsiyasına uyğun olduğunu vurğulayıb. O, rəhbərlik etdiyi komitənin sənədə müsbət rəy verdiyini bildirib.

Müzakirələr zamanı komitə sədrləri, deputatlar məsələyə dair təklif və fikirlərini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Azərbaycan - Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir, iqtisadi və mədəni əlaqələr daha da genişlənir. Hər iki qardaş ölkə Ulu Öndər Heydər Əliyevin "Bir millər, iki dövlət" şüarını rəhbər tutaraq bütün sahələri əhatə edən qarşılıqlı münasibətləri daha da inkişaf etdirmək yolunda uğurla addımlayır. İki qardaş ölkənin rəhbərinin dostluğu, Silahlı Qüvvələrin hərbi əməkdaşlığı Cənubi Qafqazda sülhə xidmət edir, bölgənin taleyüklü problemlərinin həllində əhəmiyyətli rol oynayır. Azərbaycan və Türkiyə dostluğu bundan sonra da möhkəmlənəcək.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə Müdafiə Nazirliyi C-130 təyyarəsinin qəzaya uğraması barədə dezinformasiya ilə bağlı məhkəmə iddiası qaldırır  

14:48
02 Aprel

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında 1300-ə yaxın şagird iştirak edəcək

14:41
02 Aprel

“Aprelin 2-sini artıq işğal deyil, qürurlu qayıdış günü kimi qeyd edirik” - Kəlbəcər sakini  

14:39
02 Aprel

Dünya bazarında qızıl 181 dollar ucuzlaşıb

14:21
02 Aprel

TDT-yə üzv dövlətlərin Hökumət başçıları/Vitse-prezidenti Bakıda görüşüb YENİLƏNİB  

14:16
02 Aprel

Prezident İlham Əliyev: Orta Dəhliz hər birimizin marağına cavab verir  

14:07
02 Aprel

Prezident: Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir  

14:05
02 Aprel

Prezident: Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq

14:05
02 Aprel

Azərbaycan Prezidenti: Xarici siyasətimizdə TDT-yə üzv ölkələrlə əlaqələrimiz prioritet təşkil edir

13:56
02 Aprel

Prezident İlham Əliyev: Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verir və verəcək  

13:53
02 Aprel

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edib YENİLƏNİB

13:48
02 Aprel

Azərbaycanda pul bazası artıb

13:47
02 Aprel

TDT-nin Bakıda keçirilən görüşü çərçivəsində birgə bəyanat qəbul edilib YENİLƏNİB  

13:46
02 Aprel

Türk Dövlətləri Təşkilatının Baş katibi: 58 müxtəlif sahədə əməkdaşlıq mexanizmləri tətbiq edirik VİDEO  

13:18
02 Aprel

EKTİS-ə keçid, müasir suvarma sistemləri və yeni dəstək mexanizmləri - Naxçıvanın aqrar sektoru rəqəmsallaşır  

13:07
02 Aprel

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək  

12:57
02 Aprel

Kaya Kallas: Avropa öz müdafiəsini gücləndirməlidir

12:47
02 Aprel

Türkmənistan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına xüsusi əhəmiyyət verir  

12:42
02 Aprel

Türk dünyasının ortaq ali təhsil məkanının yaradılması təklif olunur  

12:39
02 Aprel

Baş nazir Abdulla Aripov: Qəbələdə əldə olunan razılaşmalar əməkdaşlığın genişləndirilməsinə təkandır  

12:35
02 Aprel

Şimali Kiprin Baş naziri: Türk dövlətlərinin strateji həmrəyliyi tarixi zərurətdir

12:34
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!