29 Yanvar 2026 08:45
325
Mədəniyyət
A- A+
Tanınmış memar və ictimai xadim

Tanınmış memar və ictimai xadim


Gəncənin qədim məhəllələrini gəzdikcə, göylərə boy verən xan çinarların yanından ötdükcə hər biri tarixin nağıl dastanına çevrilən əzəmətli mülkləri tikənləri, tikdirənləri yada salmaq, ruhlarına min rəhmət demək istəyirsən. Bu zaman ağbirçək nənələrin, ağsaqqal babaların nağıllaşan xatirələri hər şeyi yerbəyer edir. İllər ötdükcə tarixiləşən, tarixiləşdikcə abidələşən, taleləşən binaların keçmişini vərəqlədikcə ötən əsrin birinci yarısında xüsusi bir dövr təşkil edən milli dövlət quruculuğunda əqidə və əməlləri ilə yaddaşlarda yaşayan neçə-neçə şəxsiyyət yada düşür. Onlardan biri də Rəfibəylilər nəslindən, tanınmış memar, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü Abuzər bəy Rzayevdir.

Abuzər bəy Əsgər bəy oğlu Rzayev 1873-cü ildə Gəncədə anadan olub. Orta təhsilini mollaxanada, sonra isə Şah Abbas məscidindəki mədrəsədə alıb. O dövrün qədim mədəniyyət mərkəzlərindən sayılan Tiflis şəhərində realnı məktəbdə təhsilini davam etdirib. On bir yaşında məktəbi əla qiymətlərlə bitirən Abuzəri əmisi Cabbar Rzayev Moskvaya aparır, texniki məktəbə qoyur. 1899-cu ildə Abuzər bəy artıq inşaatçı-mühəndis kimi vətənə qayıdır. Bakıya gələn Abuzər bəy Musa Nağıyev və Murtuza Muxtarovun Bibiheybətdəki neft mədənlərində işə düzəlir. Bir müddət sonra mədənlərdən birinə müdir təyin edilir. Lakin o, neft sənayesində baş qaldıran böhranla əlaqədar 1909-cu ildə Gəncəyə qayıtmalı olur. Az sonra Gəncə şəhər idarəsi başçısının (şəhər qlasnısı) müavini seçilir. Şəhərin içməli su təchizatı sahəsində böyük fəallıq göstərir, inzibati və yaşayış binalarının layihələşdirilməsində, mərkəzi hissədəki evlərin planauyğun tikilməsində əsas simalardan biri olur. Onun rəhbərliyi və bilavasitə layihəsi əsasında ucaldılmış neçə-neçə bina indi də öz möhtəşəmliyini saxlayır. Hazırda Nizami küçəsindəki 86 nömrəli bina vaxtilə Abuzər bəyin xüsusi mülkü olub, sovet dönəmində uşaq bağçası kimi istifadə edilib.

Abuzər bəy Rzayev Gəncəbasarın, eləcə də İrəvanın azərbaycanlı ziyalıları, həmçinin Tiflisin və Bakının demokratik fikirli adamları ilə yaxından əlaqə saxlayıb. 1916-cı ildə Hacı Zeynalabdin Tağıyevin məsləhəti ilə Bakıya köçüb köhnə univermağın tinindəki evdə yaşayıb. Abuzər bəy H.Z.Tağıyevlə dostluq edib, ailəvi gediş-gəlişləri olub. 

A.Rzayev fevral inqilabından (1917-ci il) sonra təşkil edilmiş Gəncə Quberniya İcraiyyə Komitəsinin üzvü olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918-ci il, 19 noyabr) əsasən Gəncə şəhərindən Cümhuriyyət Parlamentinin tərkibinə seçilmişdir. Parlamentdə "Bitərəflər" fraksiyasını, 1919-cu ilin oktyabrında bu fraksiyanın parçalanmasından və böyük əksəriyyətin "Müsavat" fraksiyası ilə birləşməsindən sonra "Müsavat" və "Bitərəflər" fraksiyasını təmsil etmişdir. Eyni zamanda parlamentin maliyyə-büdcə komissiyasının üzvü, sonralar sədri olmuşdur. Bu dəyərli ziyalının cümhuriyyət dövrü ictimai-siyasi fəaliyyəti "Parlament hesabatları və şərhlər" üçcildliyində genişliyi ilə öz əksini tapıb. 

Memar-mühəndis Abuzər bəy Rzayev Azərbaycanda demokratik bir dövlətin yaradılması üçün geniş ictimai-siyasi iş aparıb. Sonralar o, məslək dostları M.Rəsulzadə, N.Yusifbəyli, M.Rəfizadə, R.Vəkilov, H.Axundzadə, F.Xoyski və başqaları ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü kimi fəaliyyət göstərib. AXC-nin süqutundan sonra Abuzər bəy yenidən Gəncəyə qayıtmaq məcburiyyəti qarşısında qalıb...

Gəncədə dünyasını dəyişmiş kişilərin oğul və qızları - indi yaşlaşmış adamlar Abuzər bəyin xeyirxahlığı, rəhmdilliyi barədə də çox şey bilirlər, çox şey eşidiblər. A.Rzayevin kasıb-kimsəsizə, ehtiyac içində yaşayanlara kömək göstərməkdə, xeyriyyəçilikdə əvəzsiz xidmətləri olub.

Abuzər bəyin iki oğul, bir qız övladı olub. 1915-ci ildə anadan olmuş qızı Züleyxa Rzayeva orta məktəbi bitirdikdən sonra həkim olmaq arzusu ilə Azərbaycan Tibb İnstitutuna (indiki ADTU) qəbul olunub. Lakin Böyük Vətən müharibəsi illərinin çətinlikləri, ailə, ev-eşik qayğıları üzündən IV kursdan sonra təhsilini davam etdirə bilməyib. Ailə qurub, Bakıda yaşayıb, oğul-qız, nəvə-nəticə sahibi olub.

Abuzər bəyin Almaniyada ali təhsilli mühəndislik ixtisasına yiyələnən övladları təhsillərini başa vurduqdan sonra sovet hökumətinin qorxusundan vətənə qayıda bilməyiblər. Səməd 1922-ci ildə Türkiyəyə, Əsgər isə 1925-ci ildə İrana getməyə, orada yaşayıb-işləməyə məcbur olublar.

Qızı Züleyxa xanımın xatirələrindən: 

- Atam Gəncədə yerli tikinti materiallarından, xüsusən də qırmızı kərpicdən istifadə olunmaqla milli memarlıq ənənələrinə uyğun inşa edilmiş bir neçə tarixi binanın müəllifidir. Onlar öz möhtəşəmliyi ilə indi də gənc nəsildə, eləcə də şəhərimizə gələn qonaqlarda böyük maraq doğurur. Ovaxtkı imkanlı şəxslərin xahişi ilə atamın layihələri əsasında Gəncəyə yaxın rayonlarda da binalar tikilmişdir. Bu binalar gözəlliyi ilə deyil, həm də qədim Gəncənin keçmişini, zirzəmilərində və divarlarında izi qalmış Gəncə üsyanının amansızlıqlarını özündə yaşadır. Memar olaraq sənətinin vurğunu olub, işindən və təmənnasız yaxşılıqlardan zövq alarmış... Çox təəssüf ki, belə bir dəyərli insanı o vaxtlar  "ÇK" deyilən təşkilatın üzvləri aparıblar. O zaman 5-6 yaşım vardı, mən bunu tam təfsilatı ilə başa düşməsəm də, görürdüm ki, evimizdə böyük narahatçılıq var. Atamı hara aparıblar, hara sürgün ediblər, harada güllələyiblər, günahı nə imiş bilmirdilər. Bu barədə anama, qardaşlarıma da, qohum-əqrəbamıza da heç bir məlumat verməyiblər. Qardaşlarım Səməd 1922-ci ildə, Əsgər isə 1925-ci ildə elə o gedən olublar. Çox sonralar ondan-bundan eşitdik ki, biri Türkiyədə, biri də Təbriz şəhərində yaşayıb işləyir. Səməd oğul-uşaq sahibiymiş, Əsgər isə ömrünün axırına kimi evlənməyib. Azərbaycana gəlmək arzusuyla yaşayıb, ancaq qismət olmayıb. İndi hər ikisi haqq dünyasındadır... 

"Şəhərsalma və Memarlıq İli"nın işığında Azərbaycanın çox da uzaq olmayan XX əsrin əvvəllərinə nəzər salanda məlum olur ki, ölkəmizdə tarixi memarlıq abidəsi hesab olunan binaların ucaldılmasında adı böyük ehtiramla xatırlanan memar-mühəndislər sırasında Gəncənin ilk memar-mühəndisi, cümhuriyyət qurucularından olan tanınmış ziyalı və ictimai xadim Abuzər bəy Rzayevin də yeri var. Bu qürur hissi ilə yanaşı, insanları məyus edən həm də odur ki, Abuzər bəy Rzayev 1920-ci ilin yazında bolşevik-erməni məmurları tərəfindən əks-inqilabçı adıyla həbs edilmiş və həmin il iyunun 15-də, 43 yaşında Azərbaycan Fövqəladə Komissiyasının qərarı ilə güllələnmişdir.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti yenidən 70 dolları ötüb  

10:26
29 Yanvar

Riçard Hoqland: Xəzər bölgəsində aparıcı ölkə kimi Azərbaycan öz vacib rolunu oynayacaq  

10:01
29 Yanvar

Məmmədbəyli sakini: Bu gün doğma yurduma qayıtdığım üçün böyük sevinc hissi keçirirəm  

09:22
29 Yanvar

Keçmiş məcburi köçkün: Doğum günümdə ən böyük sevincim yenidən doğma torpağıma qayıtmağımdır  

09:22
29 Yanvar

Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb  

09:21
29 Yanvar

Diqqət əskikliyi niyə artır?

08:50
29 Yanvar

Tanınmış memar və ictimai xadim

08:45
29 Yanvar

Şəhərlərimizin özünəməxsus siması formalaşır

08:40
29 Yanvar

Zəngəzur dəhlizi regional və qlobal geosiyasətdə

08:35
29 Yanvar

ARDNF ötən ilin hesabatını açıqlayıb

08:30
29 Yanvar

Heç kim uğurlarımıza kölgə sala bilməz

08:25
29 Yanvar

Ağ Evin Cənubi Qafqaz prioritetləri

08:20
29 Yanvar

Yüksək nüfuzun göstəricisi

08:15
29 Yanvar

Təhlükəsizliyimiz yüksək peşəkarlıqla təmin olunur

08:10
29 Yanvar

Müasir çağırışlara cavab verən uğurlu strategiya

08:05
29 Yanvar

Sənaye zonaları - dayanıqlı inkişafın möhkəm dayağı

08:00
29 Yanvar

Türkiyənin Milli Təhlükəsizlik Şurası: Ankara dünyada sülhün və sabitliyin qorunması istiqamətində addımlarını davam etdirəcək  

07:52
29 Yanvar

Arne Slot: ”Qarabağ” bu mövsüm çox yaxşı komanda olduğunu göstərdi  

07:51
29 Yanvar

Qurban Qurbanov: Daha yaxşı oynaya bilərdik  

07:50
29 Yanvar

Çempionlar Liqasında əsas mərhələyə yekun vurulub

07:48
29 Yanvar

Çempionlar Liqası: “Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub  

07:47
29 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!