29 Yanvar 2026 08:25
375
SİYASƏT
A- A+
Heç kim uğurlarımıza kölgə sala bilməz

Heç kim uğurlarımıza kölgə sala bilməz


Dezinformasiya yaymaqla ölkəmizi hədəfə alanların məkrli niyyətləri iflasa məhkumdur

 

Günümüzdə rəqəmsal texnologiyaların sürətli inkişafı informasiya mühitinin də genişlənməsinə səbəb olub. Lakin bu, həm də manipulyasiya və dezinformasiyaların yayılması üçün yeni imkanlar açıb. Faktdır ki, qlobal informasiya müharibəsinin əsas vasitələrindən biri ölkələrin daxili və xarici təhlükəsizliyini təhdid edən dezinformasiyadır. Mövcud reallıqları təhrif etmək, ictimai rəyi çaşdırmaq və beynəlxalq imicə zərbə vurmaq məqsədilə saxta məlumatlar, feyk xəbərlər rəqəmsal texnologiyalar vasitəsilə sürətlə yayılır. Bu üsulların məqsədi yalnız saxta məlumatların yayılması deyil, həm də ictimai rəyin formalaşdırılmasına təsir göstərmək, beynəlxalq ictimaiyyətdə şübhə yaratmaq və siyasi qərarların qəbuluna dolayı yolla təsir etməkdir.

Bu mənada Azərbaycanın da intensiv və sistemli şəkildə dezinformasiya hücumlarına məruz qalması həm diqqət çəkir, həm də müəyyən suallar doğurur. 

Bu günlərdə Davosda Dünya İqtisadi Forumu "Qlobal Risklər Hesabatı"nı ("Global Risks Report") açıqlayıb. Dezinformasiyanın qlobal miqyasda ciddi təhlükə kimi qiymətləndirildiyi hesabata görə, dezinformasiya, saxta məlumatlar Azərbaycan üçün 2026-cı ildə əsas risk kimi göstərilib. 


Ölkəmizi informasiya müharibəsinin hədəfinə çevirən səbəblər 


Azərbaycan daxili inkişafı, beynəlxalq müstəvidə mövqelərinin güclənməsi ilə dünyanın diqqət mərkəzinə çevrilib. Dünyanın enerji təhlükəsizliyində tutduğu yer, qlobal nəqliyyat dəhlizləri üçün körpü rolunu oynaması, yürütdüyü beynəlxalq diplomatik fəaliyyət ölkəmizin strateji əhəmiyyətini daha da artırıb. Bakının postmünaqişə dövründə irəlilətdiyi sülh gündəliyinin uğurlu bəhrələri hazırda regional sabitlik, təhlükəsizlik və əməkdaşlıq  mühitinin timsalında özünü göstərir. Qlobal çağırışlara fəal qoşulması, dünya nizamının formalaşdırılmasında birbaşa rol oynaması ilə ön plana çıxan ölkəmiz, həm də çoxqütblü dünyada sərbəst siyasət yürütməsi, Şərqlə Qərb, Şimalla Cənub arasında milli maraqlarının tələb etdiyi qızıl orta və prinsipial mövqe sərgiləməsi sayəsində də diqqətləri üzərinə çəkir. Habelə Azərbaycanın türk dünyasının lokomotivinə çevrilməsi, Orta Asiya, yaxın Şərq, Avropa ölkələri ilə hərtərəfli əlaqələri, dünyanın iqtisadi-siyasi nəhəngləri ABŞ və Çinlə dostluğa və etibarlı tərəfdaşlığa əsaslanan və uğurla inkişaf edən münasibətləri də bunu təsdiqləyir. Bütün bu uğurların fonunda Azərbaycana qarşı dezinformasiya və feyk xəbər kampaniyalarının intensivləşməsi də müşahidə olunur. Yuxarıda misal çəkdiyimiz və daha sadalamadığımız faktorlar bəzi güclər üçün Azərbaycanı informasiya müharibəsinin hədəfinə çevirir. Bu da danılmaz və təəssüfləndirici reallıqdır ki, bir ölkənin uğuru nə qədər çox görünürsə, onun etibarını sarsıtmaq üçün dezinformasiya bir o qədər intensivləşir ki, buna Azərbaycana davamlı edilən informasiya hücumlarının, hibrid müharibələrin timsalında da şahidlik edirik. 

Bu günlərdə sosial şəbəkə platformalarında fəaliyyət göstərən bir sıra hesablar vasitəsilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından "deepfake" texnologiyası tətbiq olunmaqla hazırlanmış, reallığı əks etdirməyən və saxta məzmunlu video yayılıb.

Bununla bağlı Medianın İnkişafı Agentliyindən bildirilib ki, süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya Azərbaycan ilə Türkiyə arasındakı münasibətləri zədələməyə, iki qardaş ölkə arasında mövcud olan strateji müttəfiqliyə xələl gətirməyə və qarşılıqlı etimadı sarsıtmağa xidmət edir: "Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, "deepfake" texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.

Eyni zamanda sosial şəbəkə platformalarının sahiblərini və müvafiq qurumları zərərli və saxta məzmunun operativ şəkildə aradan qaldırılması, bu tip halların qarşısının alınması üçün effektiv mexanizmlərin tətbiqi istiqamətində tədbirlər görməyə dəvət edirik".


Sistemli təhlükə mənbəyi 


Təbii ki, ölkəmizə qarşı informasiya hücumları bununla məhdudlaşmır və davamlı xarakter daşıyır.  "Qlobal Risklər Hesabatı"na görə, dezinformasiya, saxta məlumatlar Azərbaycan üçün bu il əsas risk kimi göstərilib. Bu isə ona qarşı sistemli şəkildə mübarizə aparmağın vacibliyini ortaya qoyur. 

Yanvarın 21-də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə keçirilən "Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi" mövzusunda ictimai müzakirənin də məqsədi dezinformasiyanın müasir dövrdə yaratdığı çağırışların, onun qlobal, regional və milli səviyyələrdə təsirlərinin müzakirə edilməsi və bu çağırışlara qarşı mümkün birgə yanaşmaların qiymətləndirilməsi idi. 

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, dezinformasiya müasir dövrdə təkcə informasiya sahəsini deyil, ictimai sabitliyi, dövlət-vətəndaş münasibətlərini, demokratik institutları hədəfə alan sistemli təhlükəyə çevrilib: "Bu mövzuda vətəndaş cəmiyyəti həmişəkindən daha həssas olmalı, saxta məlumatları vaxtında ifşa etməli, onun tirajlanmasının qarşısında səddə çevrilməlidir. Dünya İqtisadi Forumunun dezinformasiyanı Azərbaycan üçün əsas risk kimi göstərməsi ciddi siqnaldır".

Müasir dövrdə informasiya təhlükəsizliyi həm də dövlət təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib. Azərbaycanın əldə etdiyi siyasi, iqtisadi və geosiyasi uğurlar onun beynəlxalq mövqelərini möhkəmləndirdikcə, bu mövqeləri zəiflətməyə yönəlmiş dezinformasiya kampaniyalarının artması qaçılmazdır.

Bu çağırışlara qarşı effektiv mübarizə yalnız dövlət institutlarının deyil, həm də media, vətəndaş cəmiyyəti və fərdi istifadəçilərin informasiya savadlılığının gücləndirilməsinə bağlıdır. İnformasiya müharibəsində qalibiyyət həqiqətlərin, reallığın düzgün təqdimatından birbaşa asılıdır. Bu mənada hər kəsin üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməsi sayəsində Azərbaycan da informasiya cəbhəsində mövqelərini daha da möhkəmləndirəcək.  


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti yenidən 70 dolları ötüb  

10:26
29 Yanvar

Riçard Hoqland: Xəzər bölgəsində aparıcı ölkə kimi Azərbaycan öz vacib rolunu oynayacaq  

10:01
29 Yanvar

Məmmədbəyli sakini: Bu gün doğma yurduma qayıtdığım üçün böyük sevinc hissi keçirirəm  

09:22
29 Yanvar

Keçmiş məcburi köçkün: Doğum günümdə ən böyük sevincim yenidən doğma torpağıma qayıtmağımdır  

09:22
29 Yanvar

Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb  

09:21
29 Yanvar

Diqqət əskikliyi niyə artır?

08:50
29 Yanvar

Tanınmış memar və ictimai xadim

08:45
29 Yanvar

Şəhərlərimizin özünəməxsus siması formalaşır

08:40
29 Yanvar

Zəngəzur dəhlizi regional və qlobal geosiyasətdə

08:35
29 Yanvar

ARDNF ötən ilin hesabatını açıqlayıb

08:30
29 Yanvar

Heç kim uğurlarımıza kölgə sala bilməz

08:25
29 Yanvar

Ağ Evin Cənubi Qafqaz prioritetləri

08:20
29 Yanvar

Yüksək nüfuzun göstəricisi

08:15
29 Yanvar

Təhlükəsizliyimiz yüksək peşəkarlıqla təmin olunur

08:10
29 Yanvar

Müasir çağırışlara cavab verən uğurlu strategiya

08:05
29 Yanvar

Sənaye zonaları - dayanıqlı inkişafın möhkəm dayağı

08:00
29 Yanvar

Türkiyənin Milli Təhlükəsizlik Şurası: Ankara dünyada sülhün və sabitliyin qorunması istiqamətində addımlarını davam etdirəcək  

07:52
29 Yanvar

Arne Slot: ”Qarabağ” bu mövsüm çox yaxşı komanda olduğunu göstərdi  

07:51
29 Yanvar

Qurban Qurbanov: Daha yaxşı oynaya bilərdik  

07:50
29 Yanvar

Çempionlar Liqasında əsas mərhələyə yekun vurulub

07:48
29 Yanvar

Çempionlar Liqası: “Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub  

07:47
29 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!