24 Yanvar 2026 09:15
1658
Mədəniyyət
A- A+
İctimai xadim, yazıçı və pedaqoq

İctimai xadim, yazıçı və pedaqoq


Azərbaycan Yazıçılar Birliyinin üzvü Şamil Süleymanlı (Süleymanov) 1938-ci ildə Zərdabın Ləlağacı kəndində ruhani-din xadimi İsa Əfəndinin ailəsində dünyaya göz açıb. Ailə bir müddət sonra Şəmkir rayonunun Təzəkənd kəndinə köçüb. Ailədə iki qardaş idilər, kənddəki S.Vurğun adına orta məktəbə oxuyurdular. Hər iki qardaş əlaçı olmaqla təlim-tərbiyə məsələlərində də nümunəvi idilər. Şamilin böyük qardaşı Muxtar 8-ci sinfi bitirdikdən sonra, ailə vəziyyəti ilə əlaqədar təhsilini gecə məktəbində davam etdirməklə gündüzlər kənddə Maşın-Traktor Stansiyasında baş mühəndis işləyən əmisi Hüseyn İsayevin dəstəyi ilə usta-çilingər köməkçisi işləməyə başladı. 

Şamil orta məktəbi bitirən ilin payızı sovet ordusu sıralarına xidmətə çağrıldı. O, hərbi xidmətdən tərxis olunduqdan sonra - 1957-ci ildən 1960-cı ilədək Təzəkənd kəndindəki M.Əzizbəyov adına üzümçülük sovxozunda klub müdiri işləmişdir. 

Şamili işləməklə yanaşı, ali təhsil almaq arzusu daim düşündürürdü. Odur ki 1960-cı ildə kənddəki işindən ayrılaraq Bakıya gəlmiş, sovet dönəmində "Şifer zavodu" (indi yoxdur) kimi tanınan müəssisədə fəhlə kimi çalışmışdır. Onun tay-tuşları boş vaxtlarında, istirahət günlərində gəzintiyə, digər əyləncələrə vaxt sərf edəndə Şamil kitabxanalara baş çəkir, qəbul imtahanlarına hazırlaşırdı. Nəhayət, 1963-cü ildə M.F.Axundov adına Dövlət Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna (indi Bakı Slavyan Universiteti) qiyabi qəbul olaraq illərlə qəlbində gəzdirdiyi şərəfli tələbə adının şirinliyinə qovuşmuşdur. Çalışdığı müəssisədə komsomol təşkilatının katibi kimi ictimai-mədəni tədbirlərdə fəal iştirak edən fəhlə-tələbə institutun ikinci kursunda olanda siyasi biliyini daha da zənginləşdirmək üçün Bakı Ali Partiya məktəbinə göndərilmişdir. Burada dörd il ali partiya təhsili alandan sonra Şamil Süleymanov Bakı şəhəri, Nərimanov Rayon Komsomol Komitəsində təlimatçı, Bakı Şəhər ÜLKGİ Mərkəzi Komitəsində Təbliğat və təşviqat şöbəsinin müdir müavini, müdiri, Bakı Şəhər Partiya Komitəsində təlimatçı, Xətai Rayon Partiya Komitəsində katib, Azərbaycan KP MK-da Təbliğat və təşviqat şöbəsinin bölmə müdiri vəzifələrində çalışmışdır.

Bu illərdə Şamil müəllim dövlət qulluqçusu olmaqla yanaşı, əzəldən könül bağladığı bədii ədəbiyyatdan ayrılmayır, dövri mətbuatda publisistik məqalələri, oçerk, hekayə və povestləri ilə çoxsaylı çıxışlar edir. Onun böyük oxucu sevgisi qazanan ilk kitabı "Hünər meydanı" 1970-ci ildə yeddi min tirajla işıq üzü görür. Ədibin gənclərimizin qurub-yaratmaq eşqindən, fədakar əməyindən və ülvi məhəbbətindən bəhs edən, habelə aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Ələsgərə həsr edilmiş silsilə hekayələrindən ibarət "Nəğməli ürək" kitabı bundan doqquz il sonra "Gənclik" nəşriyyatı tərəfindən 10 min nüsxə ilə oxucuların görüşünə gəlir. 

Şamil Süleymanlı 1979-cu ildə ölkəmizin ikinci böyük şəhəri Gəncədə şəhər partiya komitəsinin ikinci katibi seçilir. Həmin ildən ideoloji sahəyə məsul Şamil Süleymanlının təşəbbüsü və birinci katib Həsən Həsənovun rəhbərliyi ilə böyük Nizami Gəncəvinin adıyla reallaşan Nizami Poeziya Bayramı fərqli formada dünya ictimaiyyətinə təqdim olunur. Yəqin ki, bəzilərinin xatirindədir: 1980-ci ilin sentyabrında böyük təntənə ilə keçirilən Nizami Poeziya Bayramı təkcə şəhər, respublika miqyası ilə məhdudlaşmamışdı, ittifaqın, hətta dünyanın müxtəlif ölkələrindən nizamisevərlər dəvət edilmişdi... Nizami şeirinin əks-sədası dünyanı başına götürdü, milliyyətindən, dinindən və irqindən asılı olmayaraq gəncəli dahinin ünvanı bir daha bəşər oğlunun qəlbində əks-səda doğurdu. 

Şamil Süleymanlının rəhbərliyi altında dahi Nizaminin illərlə baxımsız qalmış məqbərəsində böyük bərpa və yenidənqurma işləri aparıldı. Ş.Süleymanlı beş il bu vəzifədə ləyaqətlə çalışmaqla yanaşı, həm də Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. 

Şamil Süleymanlı 1991-ci ildə Azərbaycan Dəmiryolu İdarəsi (indi "Azərbaycan Dəmir Yolları" QSC (ADY) tədris müəssisəsinin şöbə rəisi, eyni zamanda "Dəmiryolçu" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. Az sonra Azərbaycan Respublikasının Prezident Aparatı yanında Ali Nəzarət İnspeksiyasında şöbə müdiri, "Yazıçı" nəşriyyatının direktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti "Qərarlar məcmuəsi"nin redaktoru - redaktə qrupunun rəhbəri olmuşdur. 2003-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim və baş müəllim vəzifəsində çalışmışdır. Bu zaman dəyərli pedaqoqun böyük zəhməti hesabına ərsəyə gələn "Nəşriyyat işi və Azərbaycan ədəbiyyatı dünya nəşrində" kitabı diqqət çəkdi. Təsadüfi deyil ki, o vaxtdan kitab respublika Təhsil Nazirliyi tərəfindən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri üçün dərs vəsaiti kimi tövsiyə edilmişdir. Bu sahədə ensiklopedik bilgiyə malik pedaqoq Şamil Süleymanlının 2009-cu ildə nəşr etdirdiyi "Nəşriyyat işi və redaktəetmə" kitabı bu gün jurnalist olmaq arzusu ilə təhsil alan tələbələrin, ölkəmizin müxtəlif nəşriyyatlarında çalışan korrektor və mütəxəssislərin stolüstü kitabına çevrilmişdir. 

Ədəbi fəaliyyətə 1960-cı illərdən başlayan Şamil Süleymanlı dövrün nüfuzlu mətbu orqanı olan "Ulduz", "Azərbaycan", "Ədəbiyyat və İncəsənət" (indi "Ədəbiyyat qəzeti") və digər jurnal və qəzetlərdə hekayə, povest, roman və publisistik əsərləri ilə oxucularla təmasda olmuşdur. Şamil Süleymanlı 15-dən çox kitabın, zamanın nəbzini tutan yüzlərlə publisistik məqalənin, rus dilindən tərcümə etdiyi onlarca əsərin müəllifidir. Şamil Süleymanlının bədii yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur. 

İctimai xadim və yazıçı Ş.Süleymanlı dəfələrlə rəsmi nümayəndə heyətinin rəhbəri və üzvü kimi xarici ölkələrdə səfərdə olmuşdur. Onun əməyi, ictimai-siyasi fəaliyyəti Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Ölkə rəhbərinin fərmanı ilə o, 1970-ci ildə "Əməkdə rəşadətə görə", 1976-cı ildə "Əməkdə fərqlənməyə görə" medalları ilə təltif olunmuşdur. Daha sonra Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanına, Heydər Əliyev Fondunun, Beynəlxalq Xeyriyyə Fondunun diplomlarına, "Araz" ali ədəbi mükafatına layiq görülmüşdür. 

Şamil Süleymanlı ötən il dekabrın 4-də, ömrünün 87-ci dönəmində dünyasını dəyişmişdir. Məzarı Bakının Fatmayı kənd qəbiristanlığındadır.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan səfiri etimadnaməsini İƏT Baş katibinə təqdim edib

22:32
16 Fevral

BƏƏ şirkət rəhbəri: Ümid edirəm ki, Azərbaycandan daha çox kənd təsərrüfatı məhsulları idxal edə biləcəyik

20:39
16 Fevral

Britaniyada kiçik qayıqla ölkəyə gələn miqrantlara 210 min funt kompensasiya ödənilib  

20:01
16 Fevral

Ötən ay ərzində 31 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb  

19:53
16 Fevral

Azərbaycandan polietilen ixracı 1,5 dəfə artıb  

19:46
16 Fevral

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib  

19:33
16 Fevral

İrəvan Qazılığının tarixi ilə bağlı kitab çap olunacaq

19:26
16 Fevral

Ramin Məmmədov: Dövlət Komitəsinin 2026-cı il prioritetləri sırasında rəqəmsal transformasiya və süni intellekt həlləri yer alır  

19:02
16 Fevral

Premyer Liqa: “Sabah” səfərdə “Qəbələ”ni məğlub edib  

18:58
16 Fevral

Rəsədxana: Sabah Günəş tutulması baş verəcək

18:57
16 Fevral

Yanvarda ixrac edilən xam neft və neft məhsullarının həcmi 2 milyon tonu ötüb

18:34
16 Fevral

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib  

18:11
16 Fevral

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb  

18:03
16 Fevral

Ermənişünas-alim: Konstitusiya dəyişikliyi Ermənistan üçün əsas imtahandır  

17:56
16 Fevral

Almaniya uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdıra bilər  

17:43
16 Fevral

Mərkəzi Asiya ölkələri Astanada Əfqanıstanla qarşılıqlı fəaliyyəti müzakirə ediblər  

17:33
16 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

17:23
16 Fevral

Azərbaycan və Serbiya dost ölkələrdir  

17:09
16 Fevral

Bakı ilə Belqrad arasında münasibətlər əməkdaşlıq üçün yeni platformadır  

17:00
16 Fevral

Premyer Liqa: “Şamaxı” - “Turan Tovuz” oyununda qapılara qol vurulmayıb

16:42
16 Fevral

Daha 130-dan çox şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

16:21
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!