28 Yanvar 2026 09:37
459
Mədəniyyət
A- A+
Azərbaycan brendi Parisdə keçirilən moda həftəsində nümayiş olunub  

Azərbaycan brendi Parisdə keçirilən moda həftəsində nümayiş olunub  


Dəb və mədəniyyətin qovuşduğu Parisdə “Oriental Fashion Show” moda həftəsi çərçivəsində silsilə defilelər təşkil olunub. Məşhur “Guimet” muzeyində “İrs kimi zəriflik” mövzusu altında keçirilən defiledə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Türkmənistan–Fransa moda evləri 2026-cı ilin yaz/yay kolleksiyalarını nümayiş etdiriblər.

AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan istedadların tanıdılması məqsədilə keçirilən beynəlxalq “Oriental Fashion Show” moda həftəsində Azərbaycan “Anara Zakirli” brendi ilə təmsil olunub.

2018-ci ildə yaradılan və Azərbaycan xalça ornamentlərini müasir dəbə daşıyan “Anara Zakirli” brendinin əsas məqsədi milli ornamentlərin zəngin mənasını çağdaş moda dili vasitəsilə dünyaya tanıtmaqdır. Bu ideya əsasında ərsəyə gələn kolleksiyalar klassik irslə müasir dizayn arasında incə harmoniya yaradır.

Brend üçün xüsusi hazırlanmış unikal parçalar milli naxışları Odlar Yurdunun parlaq və çoxrəngli çalarları ilə birləşdirir. Bu toxumalar Azərbaycan mədəni irsinin dərin və valehedici nüanslarını zərif şəkildə ön plana çıxararaq geyimləri təkcə estetik deyil, həm də mədəni dəyər daşıyan sənət nümunələrinə çevirir.

Yarandığı gündən etibarən brendin yaradıcı direktoru Anara Zakirli “Əjdaha”, “Qoca”, “Zərəfşan”, “Təbriz” və “Bağçada güllər” adlı kolleksiyalar təqdim edib. Onun əsas missiyası Şərq və Qərb arasında harmoniya yaradaraq Azərbaycanın zəngin mədəniyyətini müasir dəbin mərkəzinə çıxarmaqdır.

Dizaynlarda Şuşada toxunan “Qoca” xalçalarının incə detalları, Qarabağ tipli Şuşa qrupuna aid “Flowers in the Garden” xalçaları, eləcə də XVII əsrə aid əjdaha motivli Qafqaz “Dragon” xalçalarının elementləri bir araya gətirilib. Bu tarixi istinadlar od, su, hava və torpaq ünsürlərinin rəngləri ilə ahəngdar şəkildə sintez olunub.

Brendin hər bir dizaynı əsrlərdən gələn hekayələri, mifləri və zərif sənətkarlıq ənənələrini əks etdirərək onu təkcə moda markası deyil, mədəni irsin müasir ifadəsi kimi təqdim edir. Son altı il ərzində brend həm Azərbaycanda, həm də beynəlxalq platformalarda böyük maraq və rəğbət qazanıb.

Qeyd edək ki, Parisin nüfuzlu məkanlarında təşkil olunan “Oriental Fashion Show” çərçivəsində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən moda evləri bir araya gələrək yüksəksəviyyəli sənətkarlığı və müasir zərifliyi nümayiş etdirirlər. “Guimet” muzeyində keçirilən defile irs və yaradıcılıq arasında bir səyahət kimi təqdim olunub, burada 2026-cı ilin yaz/yay kolleksiyaları mədəni hekayələrlə müasir ifadə formalarını birləşdirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanlı azarkeşlər Liverpulda

19:21
28 Yanvar

Türk ekspert: Davos İlham Əliyevin diplomatik gücünü bir daha açıq şəkildə ortaya qoydu  

19:15
28 Yanvar

Tədqiqatçı-alim: Tarix boyu Xəzər dənizinin səviyyəsinin qalxma və enmə mərhələləri olub  

18:53
28 Yanvar

Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək SƏRƏNCAM  

18:47
28 Yanvar

Azərbaycanın və Gürcüstanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlığı nəzərdə tutan Saziş təsdiqlənib FƏRMAN  

18:39
28 Yanvar

Böyük Qayıdış prosesinin icrası Dövlət Komitəsinin kollegiya iclasında müzakirə olunub  

18:31
28 Yanvar

Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası olub  

18:27
28 Yanvar

Azərbaycanın investisiya imkanları Alanyada tanıdılıb  

18:23
28 Yanvar

Diplomat: Trans-Xəzər Qaz Boru Kəmərinin Türkmənistan ilə Azərbaycanın əməkdaşlığı nəticəsində reallaşacağına inanırıq  

18:19
28 Yanvar

Kreml Ukrayna Prezidentinin Moskvaya səfər edəcəyi halda təhlükəsizliyinin təmin olunmasına hazır olduğunu bildirib  

17:58
28 Yanvar

"AzerGold” cari ildə ilk ixrac əməliyyatını həyata keçirib  

17:53
28 Yanvar

Azərbaycan ilə Çin siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığını genişləndirir

17:47
28 Yanvar

Baş Prokurorluqda ötən il görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib 

17:46
28 Yanvar

“Uşaq hüquqları haqqında” qanun layihəsi birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib  

17:43
28 Yanvar

Səfir: Azərbaycanın iştirakı ilə aktiv fəaliyyət göstərən Orta Dəhlizin multimodal struktura çevrilməsi vacibdir  

17:41
28 Yanvar

İKT şirkətlərinin nümayəndələri ilə dövlət-özəl sektorunun əməkdaşlığı müzakirə olunub  

17:38
28 Yanvar

Sabah günün birinci yarısında Bakı və Abşeron yarımadasının bəzi yerlərində hava yağıntılı olacaq – XƏBƏRDARLIQ  

17:32
28 Yanvar

Ukraynanın Müdafiə Qüvvələri rusların dron idarəetmə məntəqəsini və neft bazasını vurub  

17:27
28 Yanvar

Ötən il 65 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib  

17:21
28 Yanvar

Kənd təsərrüfatı naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb  

17:18
28 Yanvar

Ötən il kənd təsərrüfatı məhsullarının ixracı dəyər ifadəsində 18,5 faiz artıb  

17:16
28 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!