20 Sentyabr 2022 00:37
2586
Mədəniyyət
A- A+
Şuşa dünən və bu gün

Şuşa dünən və bu gün

 

Şuşada ötən əsrin  30-cu illərində, yəni sovetləşmə dövründə  varlılara, sahibkarlara, din adamlarına qarşı mübarizə adı altında onların  əmlakı, dəyirmanlar, hamamlar, dükanlar, fabriklər, mülklər, məscidlər ermənilər tərəfindən dağıdılmış, qarət olunmuş,  salamat qalanlardan isə anbar, emalatxana, kinoteatr kimi istifadə edilmişdir. Müharibə dövründə nəzarətsizlikdən istifadə edən ermənilər qədim evlərin memarlıq abidələrinin  pəncərələrini, qapılarını, döşəməni dağıdıb yanacaq kimi istifadə ediblər. Həmin vaxt İbrahim xanın "xəzinə qayası"nda inşa etdirdiyi saray, tövlə, hamam, qoşun sığınacağı üçün kompleks və digər binalar tamamilə dağılıb.
Ötən əsrin 50-60-cı illərdə baş plana əsasən, Şuşa şəhərində bərpa işləri aparılanda erməni vandalları bu "plan"dan da məharətlə istifadə etdilər. 1960-cı ildə Şuşa şəhərində kiçik bir yeməkxana tikmək üçün bir neçə qədim yaşayış evi - müasir üslubda inşa edilmiş yaraşıqlı dükanlar və emalatxanalar dağıdıldı. 1965-ci ildə isə Şuşanın Lenin küçəsində dördbloklu, dördmərtəbəli bina inşa etmək üçün 2 və 3 mərtəbəli qədimdən tikilmiş 7 böyük sarayı, 2 kommunal təsərrüfat binasını, 3 şəxsi yaşayış evini, bir qədim hamamı, 1 karvansara binasını, onlarca mağazanı, emalatxananı, böyük su ehtiyatına malik 11 qədim su quyusunu, yüzlərlə bar verən meyvə  ağacını, sütunlu-tağlı və yeri daşla örtülü küçələri dağıtmaq lazım gəlmişdi. Araşdırmalardan  məlum olur ki, Şuşada məqsədli şəkildə dağıdılmış qədim mədəniyyət abidələrinin yerində nəinki bir bina, hətta 10 belə bina tikmək olardı. 1960-cı illərdə Şuşanı öz möhtəşəmliyi və yerli memarlıq nümunələri ilə bəzəyən 16 Şərq hamamının heç birindən əsər-əlamət qalmadı. Şəhərə xüsusi gözəllik verən "Alaqapı" və "Çanaqqala"nın da dağıdılması bu dövrə təsadüf etmişdir. 
Beləliklə, erməni layihə müəlliflərinin xəyanəti nəticəsində  tikinti-abadlıq işləri adı altında Şuşanın qədim və yaraşıqlı binalarının xeyli hissəsi məqsədli şəkildə dağıdılmışdır.
Lakin bu gün Şuşa Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, habelə Milli Ordumuzun əsgər və zabitlərinin şücaəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədən sonra - 8 noyabr 2020-ci ildə Şuşa yüzilliklərin erməni işğalından, erməni barbarlığından azad edilmişdir. Bu qədim şəhərdə dövlət başçısının fərman və sərəncamları çərçivəsində ilyarımdan artıqdır ki, tikinti və quruculuq işləri sürətlə davam etdirilir. Həyata keçirilən layihələrdə tarixi və dini abidələrin, yerli  memarlıq üslubunu özündə ehtiva edən binaların, digər tikililərin əvvəlki görkəmi özünə qaytarılmaqla bərpa edilir. 

R.SALMANLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!