31 İyul 2026 19:11
152
İQTİSADİYYAT
A- A+
Süni intellektin maliyyə sektorunda tətbiqi ilə bağlı müzakirələr aparılıb

Süni intellektin maliyyə sektorunda tətbiqi ilə bağlı müzakirələr aparılıb


Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilovun rəhbərliyi ilə "Bank sektorunun rəqəmsal transformasiyasının genişləndirilməsi və süni intellektin tətbiqi” mövzusunda dəyirmi masa keçirilib.

AMB-dən AZƏRTAC-a bildirilib ki, sədr müavini ölkənin rəqəmsal transformasiya və süni intellektin tətbiqi gündəliyinin bank sektorunda ardıcıl şəkildə həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. O, cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” mövzusunda keçirilmiş müşavirədə və iyun ayında Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müəyyən edilmiş prioritetlərin bank sektorunda tətbiqinin zəruriliyini vurğulayıb.

Banklarda rəqəmsal transformasiya üzrə məsul olan rəhbər şəxslərin iştirakı ilə keçirilən görüşdə süni intellektin maliyyə sektorunda tətbiqi, rəqəmsallaşma prosesində sektor iştirakçılarının qarşılaşdıqları əsas çağırışlar müzakirə olunub.

Görüşdə, həmçinin rəqəmsal transformasiya istiqamətində Mərkəzi Bankdan və prosesin sürətləndirilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarından gözləntilər ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı səsləndirilən rəy və təkliflərin bank sektorunun gələcək rəqəmsal inkişaf istiqamətlərinin formalaşdırılmasında nəzərə alınacağı bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş sərgi açılıb

20:00
31 İyul

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

19:53
31 İyul

Magistraturaya qəbul olunanların qeydiyyatı avqustun 3-də başlayacaq

19:46
31 İyul

“Yay Fest”in “Kreativ AI” düşərgəsi başa çatıb

19:39
31 İyul

MEK-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub

19:32
31 İyul

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq prosesi ümummilli həmrəylik nümunəsidir

19:25
31 İyul

DİM sədri: Magistraturaya qəbul zamanı bəzi proqramlarda yüzlərlə vakant yer qalıb

19:18
31 İyul

Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 

19:14
31 İyul

Süni intellektin maliyyə sektorunda tətbiqi ilə bağlı müzakirələr aparılıb

19:11
31 İyul

Ağdam-Xankəndi dəmir yolu xəttində tikinti işləri 44 faizədək başa çatıb 

19:04
31 İyul

“Zülfüqar – 2026” birgə taktiki təlimi başa çatıb

18:57
31 İyul

Qaradağ rayonunda 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub

18:50
31 İyul

Konstitusiya Məhkəməsi Palatasının iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılıb

18:50
31 İyul

Hesablama Palatası Türkiyə Hesablama Məhkəməsinin təcrübəsini öyrənir

18:43
31 İyul

Bişkekdə imzalanan müttəfiqlik müqaviləsi Türk dünyası üçün tarixi hadisədir

18:36
31 İyul

Fransa millisinin sabiq futbolçusu dünya kubokunun nüsxəsini hərracda satıb

18:29
31 İyul

KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

18:22
31 İyul

İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı olub YENİLƏNİB

18:15
31 İyul

Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb

18:08
31 İyul

İslamxon Qafarov: Hazırda Orta Dəhlizin "ulduz saatı" yaşanır

17:54
31 İyul

Xoşbulaqda növbəti ekoloji aksiya keçirilib

17:47
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!