31 İyul 2026 19:25
161
SİYASƏT
A- A+
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq prosesi ümummilli həmrəylik nümunəsidir

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq prosesi ümummilli həmrəylik nümunəsidir


Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi Zəfər təkcə hərbi uğur kimi deyil, həm də ölkənin siyasi, iqtisadi və strateji inkişafında yeni mərhələnin başlanğıcıdır. Müharibədən sonrakı dövrdə dövlətin əsas prioriteti işğaldan azad edilmiş ərazilərin bərpası, həmin torpaqlarda həyatın yenidən qurulması və regionda uzunmüddətli sülhün möhkəmləndirilməsi olub.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycanın müharibədən sonrakı inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Ağalı kəndindən başlanan Böyük Qayıdış prosesi qısa müddətdə bütün azad edilmiş əraziləri əhatə edib. Prezident İlham Əliyevin təsdiq etdiyi Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində bu günədək bərpa və quruculuq işlərinə 30 milyard manat vəsait ayrılması dövlətin bu məsələyə verdiyi xüsusi əhəmiyyətin göstəricisidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva söyləyib.

O bildirib ki, azad edilmiş ərazilərdə müasir yol-nəqliyyat infrastrukturu formalaşdırılır. Yeni avtomobil yollarının, o cümlədən Əhmədbəyli–Füzuli–Şuşa Zəfər yolu, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd magistralının və digər nəqliyyat layihələrinin inşası regionun iqtisadi potensialının reallaşdırılmasına, logistika imkanlarının genişlənməsinə və insanların rahat hərəkətinə xidmət edir. Dağlıq ərazilərdə tunellərin tikintisi isə bu layihələrin mühəndislik baxımından mürəkkəbliyini və əhəmiyyətini göstərir.

Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının istifadəyə verilməsi yalnız ölkədaxili nəqliyyat imkanlarını genişləndirmir, eyni zamanda, Azərbaycanın Orta Dəhlizdə mövqeyini daha da gücləndirən strateji addımlardan biri kimi qiymətləndirilir. Dəmir yolu infrastrukturunun yenilənməsi, xüsusilə Bakı–Xankəndi dəmir yolunun istifadəyə verilməsi istiqamətində görülən işlər də Qarabağın ölkənin ümumi iqtisadi və turizm məkanına inteqrasiyasını sürətləndirəcək.

"Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi Azərbaycanın dayanıqlı inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Bölgədə Günəş və külək enerjisi üzrə həyata keçirilən layihələr gələcəkdə həm enerji təhlükəsizliyinin möhkəmlənməsinə, həm də ekoloji baxımdan davamlı inkişaf modelinin formalaşmasına xidmət edəcək.

Böyük Qayıdış Proqramının əsas istiqamətlərindən biri də əhalinin doğma torpaqlarına təhlükəsiz və layiqli şəkildə qayıdışının təmin edilməsidir. Köçürülən ailələr müasir yaşayış evləri ilə təmin olunur, məktəblər, xəstəxanalar və digər sosial obyektlər istifadəyə verilir. Eyni zamanda, yeni sənaye, emal və istehsal müəssisələrinin, sənaye parkları və aqroparkların yaradılması məşğulluğun artırılmasına və bölgənin iqtisadi fəallığının yüksəlməsinə xidmət edir.

İşğaldan azad edilmiş ərazilərin təsdiq olunmuş Baş planları əsasında şəhər və kəndlərin müasir şəhərsalma prinsiplərinə uyğun yenidən qurulması Qarabağ və Şərqi Zəngəzurun uzunmüddətli inkişaf konsepsiyasının əsas elementlərindən biridir", - deyə K.Əliyeva vurğulayıb.

Professor əlavə edib ki, dövlətimizin başçısının mütəmadi olaraq yeni yaşayış məntəqələrinin, sosial obyektlərin və istehsal müəssisələrinin açılışlarında iştirak etməsi bu prosesə verilən yüksək diqqətin göstəricisidir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq prosesi ümummilli həmrəyliyin mühüm nümunəsinə çevrilib. Ölkənin müxtəlif bölgələrindən gələn vətəndaşlar bu layihələrdə fəal iştirak edir. Hazırda bölgədə yaşayan, çalışan və təhsil alan insanların sayının 90 min nəfərə çatması, 2026-cı ilin sonunadək isə 140 min soydaşımızın doğma yurdlarına qayıdışının planlaşdırılması Böyük Qayıdış Proqramının uğurla həyata keçirildiyini göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın illərdə Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadi inkişafının əsas hərəkətverici mərkəzlərindən birinə çevriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstanın Baş prokurorunun ölkəmizə səfəri başa çatıb

20:14
31 İyul

Azərbaycandan Qırğızıstana məhsul ixracının dəyəri 5 dəfəyədək artıb  

20:07
31 İyul

Prezident Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş sərgi açılıb

20:00
31 İyul

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

19:53
31 İyul

Magistraturaya qəbul olunanların qeydiyyatı avqustun 3-də başlayacaq

19:46
31 İyul

“Yay Fest”in “Kreativ AI” düşərgəsi başa çatıb

19:39
31 İyul

MEK-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub

19:32
31 İyul

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq prosesi ümummilli həmrəylik nümunəsidir

19:25
31 İyul

DİM sədri: Magistraturaya qəbul zamanı bəzi proqramlarda yüzlərlə vakant yer qalıb

19:18
31 İyul

Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 

19:14
31 İyul

Süni intellektin maliyyə sektorunda tətbiqi ilə bağlı müzakirələr aparılıb

19:11
31 İyul

Ağdam-Xankəndi dəmir yolu xəttində tikinti işləri 44 faizədək başa çatıb 

19:04
31 İyul

“Zülfüqar – 2026” birgə taktiki təlimi başa çatıb

18:57
31 İyul

Qaradağ rayonunda 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub

18:50
31 İyul

Konstitusiya Məhkəməsi Palatasının iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılıb

18:50
31 İyul

Hesablama Palatası Türkiyə Hesablama Məhkəməsinin təcrübəsini öyrənir

18:43
31 İyul

Bişkekdə imzalanan müttəfiqlik müqaviləsi Türk dünyası üçün tarixi hadisədir

18:36
31 İyul

Fransa millisinin sabiq futbolçusu dünya kubokunun nüsxəsini hərracda satıb

18:29
31 İyul

KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

18:22
31 İyul

İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı olub YENİLƏNİB

18:15
31 İyul

Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb

18:08
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!