20 Yanvar 2026 17:29
742
CƏMİYYƏT
A- A+
Sumqayıtda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib  

Sumqayıtda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib  


Azərbaycan xalqının müstəqillik, azadlıq və suverenlik uğrunda apardığı mübarizənin şanlı və eyni zamanda, faciəli səhifələrindən biri olan 20 Yanvar hadisələrinin 36-cı ildönümü ilə əlaqədar Sumqayıt şəhərində anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, yanvarın 20-də Sumqayıt şəhər ictimaiyyəti şəhidlərin xatirəsini dərin ehtiramla yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib. Mərasimdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi böyük hörmət və ehtiramla anılıb.

Anım mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, müharibə veteranları, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları Şəhidlər xiyabanında ucaldılmış “Qalib Əsgər” abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Daha sonra Vətənimizin azadlığı uğrunda canlarından keçmiş qəhrəmanların məzarları üzərinə gül dəstələri düzülüb, onların ruhuna dualar oxunub.

Qeyd olunub ki, 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda və digər bölgələrdə törətdiyi qanlı hadisələr Azərbaycan xalqının milli azadlıq iradəsini sarsıtmayıb, əksinə, müstəqillik yolunda mübarizəni daha da gücləndirib.

Vurğulanıb ki, bu gün müstəqil və qalib Azərbaycanın əldə etdiyi uğurlar, ərazi bütövlüyünün bərpası və dövlət suverenliyinin təmin olunması 20 Yanvar şəhidlərinin ruhuna ən böyük ehtiramın ifadəsidir. Onların xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq və gələcək nəsillərə örnək olacaq.

Bu gün saat 12:00-da ölkənin hər yerində olduğu kimi, Sumqayıt şəhərində də bir dəqiqəlik sükut elan olunub. Avtomobillərin hərəkəti dayandırılıb, şəhər ərazisində sükut hökm sürüb və Azərbaycan şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

17:03
31 Oktyabr

Milli kimliyimizin və mənəvi bütövlüyümüzün təcəssümü

16:59
31 Oktyabr

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

16:41
31 Oktyabr

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

16:40
31 Oktyabr

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

16:39
31 Oktyabr

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

15:25
31 Oktyabr

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

15:24
31 Oktyabr

Yaxın vaxtlarda Moskva-Bakı marşrutu üzrə kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

15:23
31 Oktyabr

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

15:16
31 Oktyabr

Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir

15:14
31 Oktyabr

Əhliman Əmiraslanov: Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur

14:35
31 Oktyabr

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb

14:33
31 Oktyabr

Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

13:32
31 Oktyabr

Azərbaycan nefti 126 dollara satılır  

09:53
31 Oktyabr

Heydər Əliyev siyasətinə sadiqlik Azərbaycanı qalib və yenilməz dövlətə çevirdi  

09:48
31 Oktyabr

Bilmək istəyirəm

08:45
31 Oktyabr

Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb

08:40
31 Oktyabr

ZƏFƏR gündəliyi

08:35
31 Oktyabr

Heydər Əliyev prospekti - paytaxtın müasir memarlıq azmanlarının ünvanı

08:30
31 Oktyabr

Dövlətin aqrar sektora dəstəyi kimi ondan gözləntisi də çoxdur

08:25
31 Oktyabr

NDU-da doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransı öz işinə başlayıb

08:20
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!