13 Avqust 2025 08:10
1018
SİYASƏT
A- A+
Sülh sazişi tezliklə imzalana bilər

Sülh sazişi tezliklə imzalana bilər


Əgər Ermənistan "ev tapşırığı"nı qısa zamanda yerinə yetirərsə...


"Əminəm ki, bu gün Ağ Evdə paraflanan sülh sazişi artıq bölgəyə sülh gətirib.

Təbii ki, Ermənistanın, necə deyərlər, ev tapşırıqları da var. Bildiyiniz kimi, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər". 

Avqustun 8-də Prezident İlham Əliyevin Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsi zamanı səsləndirdiyi kimi, Ağ Evdə keçirilən görüşdə yekun sülh sənədinin imzalanmamasının yeganə səbəbi İrəvanın Azərbaycanın beynəlxalq hüquqa dayanan tələbini yerinə yetirməməsidir. 

Məlum olduğu kimi, Ermənistan Konstitusiyasının preambula hissəsində müstəqillik bəyannaməsinə istinadən ölkəmizə qarşı ərazi iddiaları yer alır ki, bu məsələ həllini tapmadan sülh müqaviləsinin imzalanmasından söhbət belə gedə bilməz.


Bu məsələ yubadılmamalıdır


Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Vaşinqton sülh sammitinin nəticəsi olaraq imzalanan Birgə Bəyannamədə də yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri - Ermənistan Konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur.

Bu mənada Ermənistan üzərinə düşən məsuliyyəti yerinə yetirərək Azərbaycana qarşı  ərazi iddiaları olan Konstitusiyasında dəyişiklikliyi nə qədər tez  edərsə, sülh müqaviləsi o qədər tez imzalanar. 

Əks təqdirdə bu məsələnin yubadılması İrəvanın qəsdən sülhə maneə törətməsi kimi anlaşılacaq. Eyni zamanda bu, ilk növbədə ABŞ-yə, şəxsən Prezident Donald Trampa hörmətsizlik olacaq. Dünyada sülhün bərqərar olması üçün hakimiyyətdə olduğu hər iki dövrdə mühüm çaba sərf edərək barış istiqamətində böyük ölçüdə işlər gerçəkləşdirən Ağ Ev rəhbərinin regionda sülhə nail olunması üçün göstərdiyi səylər də artıq öz uğurlu bəhrəsini verir. 

Cənubi Qafqazda Azərbaycanın liderliyi ilə irəlilədilən sülh prosesi Donald Trampın təşəbbüskarlığı ilə Vaşinqtonda sülh sammitində iki ölkə arasında Birgə Bəyannamənin imzalanması kimi tarixi nailiyyətlə nəticələndi. Burada əldə olunan razılaşmalar, sülh sazişinin mətninin paraflanması illərdir bölgədə heç cür əldə edilə bilinməyən normallaşmanın, sülhün, sabitliyin başlanğıcını qoydu. 

Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtona səfəri,  keçirilən tarixi görüşlər, imzalanmış sənədlər, o cümlədən çıxışlarla bağlı "Truth Social" hesabında çoxsaylı paylaşımlar edib. 

Göründüyü kimi, dünyanın supergücü ABŞ-nin Prezidenti Cənubi Qafqazda normallaşmanın tərəfdarıdır və burada uzunmüddətli sülhün əldə edilməsi üçün şəxsi iradə ortaya qoyur, buna böyük səy göstərir. 


ATƏT-in Minsk qrupu de-yure ləğv olunur


Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri "Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in mətnini paraflayıblar.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların (ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun) bağlanması ilə əlaqədar ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətindən sonra  ATƏT Nazirlər Şurasının bağlanma ilə bağlı qərar layihəsi ATƏT iştirakçı dövlətləri arasında yayılıb və onlar qərarın qəbul edilməsi üçün lazımi prosedurları dəstəkləməyə çağrılıblar.

Reallıqdır ki, ATƏT-in Minsk qrupu üç onillik boyu münaqişənin danışıqlar yolu ilə həlli üçün heç bir iş görmədi. Yarıtmaz həmsədrlər bu müddət ərzində münaqişənin dondurulmasına, Azərbaycanın torpaqlarının işğalı ilə barışmasına çalışdılar. 

Azərbaycan Minsk qrupunun 28 il ərzində danışıqlar yolu ilə həll edə bilmədiyi (oxu - həll etmək istəmədiyi) münaqişəyə cəmi 44 gün ərzində hərb meydanında son qoydu. Ölkəmiz bu qələbəsi ilə üzərinə götürdüyü missiyanı onilliklər ərzində həyata keçirməyən Minsk qrupunun da fəaliyyətinə de-fakto son qoydu. Məhz ATƏT-in Minsk qrupunun öz mandatına uyğun fəaliyyət göstərməməsi 44 günlük Vətən müharibəsini qaçılmaz etdi. Savaş nəticəsində insanlar həyatlarını itirdilər, yaralandılar... 

Hələ 2022-ci ildə Prezident İlham Əliyev sözügedən qrupun yarıtmaz fəaliyyətini iki cümləsi ilə dəqiq ifadə etmişdi: "Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır..." 

Bir sözlə, tam iflasa uğramış ATƏT-in Minsk qrupunun hüquqi olaraq buraxılmasının vaxtı çoxdan yetişmişdi ki, artıq bu istiqamətdə əməli addımların atılması mühüm əhəmiyyət daşıyır.  


Aİ missiyası fəaliyyətini dayandırmalıdır


Hazırda bölgə ilə bağlı baş verən tarixi proseslərin diktə etdiyi digər məsələ isə Avropa İttifaqının Ermənistandakı missiyasına artıq ehtiyacın qalmamasıdır. 2020-ci ildən etibarən Azərbaycanın qazandığı silsilə qələbələr faktiki olaraq bölgədə münaqişələrdən uzaq sülh şəraiti formalaşdırıb. İndi iki ölkə aralarındakı məsələləri, problemləri dialoq yolu ilə həll etməyi üstün tuturlar. Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə, Vaşinqtonda keçirdikləri görüşlər isə yekun sülh müqaviləsinin imzalanması istiqamətində atılmış mühüm addımlar oldu. 

Ağ Evdə Birgə Bəyannamənin imzalanması beynəlxalq birlik tərəfindən də bölgədə sülh və sabitlik üçün yeni başlanğıcın qoyulması kimi dəyərləndirildi. 

Bütün bunların fonunda isə Aİ-nin Ermənistandakı missiyasının iflasa uğraması gerçəkliyi aydın şəkildə görünür. Bu missiya Azərbaycana qarşı qərəzli mövqe tutan Fransa Prezidenti Emmanuel Makronun məkrli layihəsi idi. Burada Aİ-nin, Qərbin  Ermənistanda hərbi mövcudluğunu təşkil etmək, kəşfiyyat işləri aparmaq, Ermənistanla Azərbaycan arasında münasibətləri gərginləşdirmək kimi çirkin məqsədlər güdülürdü. 

Xatırladaq ki, 2022-ci ilin dekabrından, əslində, qısa müddətlik zaman ərzində fəaliyyət üçün işə başlayan bu missiya Azərbaycanın razılığı olmadan hazırda da varlığını sürdürür. Ötən müddətdə bu missiya sülhə töhfə vermək yox, ona mane olmaq missiyası yerinə yetirib. 

Bakı ilk gündən bu missiyanın varlığına heç bir lüzum olmadığını qətiyyətlə bildirib. Hazırda isə artıq iki tərəfin qəbul etdiyi sülh gündəliyi var. Paraflanmış sülh sazişinin VII maddəsində də deyilir ki, tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Buna görə də Aİ missiyası dərhal  fəaliyyətini dayandırmalıdır.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı

22:34
20 Sentyabr

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

21:37
20 Sentyabr

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

20:57
20 Sentyabr

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub

20:15
20 Sentyabr

Azercell abunəçilərinin nəzərinə

20:11
20 Sentyabr

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib

19:55
20 Sentyabr

Yaponiyada yaşlı əhalinin sayı artır

19:04
20 Sentyabr

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

18:49
20 Sentyabr

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

18:40
20 Sentyabr

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır

18:19
20 Sentyabr

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

18:09
20 Sentyabr

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir

17:43
20 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb

17:23
20 Sentyabr

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!