20 Sentyabr 2026 15:07
143
DÜNYA
A- A+
Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00


Qazaxıstanın paytaxtında beynəlxalq hava limanını, şəhərin əsas rayonlarını və “Nurly Jol” dəmir yolu vağzalını birləşdirən Tarlan Astana yüngül relsli şəhər nəqliyyatı sistemi fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, “Tarlan Astana”nın ilk xəttində sərnişindaşıma 2026-cı il mayın 16-da başlayıb. Həmin vaxtdan fəaliyyət göstərən sistem hazırda paytaxtın ictimai nəqliyyat şəbəkəsinin bir hissəsidir və hər gün on minlərlə sərnişin daşıyır.

Sistemin əsas xüsusiyyətlərindən biri qatarların tam avtomatlaşdırılmış rejimdə hərəkət etməsidir. Qatarlar maşinistsiz hərəkət edir, sistem isə onların hərəkətini, sürətlənməsini, tormozlanmasını və qapıların açılıb-bağlanmasını avtomatik idarə edir.

“Tarlan Astana” nın uzunluğu 22 kilometrdən çox olan birinci xətti 18 stansiyanı əhatə edir. Xətt üzrə 15 qatar hərəkət edir, daha 4 qatar isə ehtiyatda saxlanılır.

“Bir qatarın tutumu 600 nəfərdir, qatarların orta sürəti isə saatda 60 kilometr təşkil edir. Sistem istifadəyə verildiyi 2026-cı il mayın 16-dan indiyədək təxminən 8 milyon sərnişin daşımışıq”, - deyə “Nazirliklər evi” stansiyasının rəisi Bauırjan Medralı AZƏRTAC-a bildirib.

Onun sözlərinə görə, yüngül relsli nəqliyyatın əsas üstünlüklərindən biri hərəkətin avtomobil yollarındakı tıxaclardan asılı olmamasıdır.

“Marşrutumuzun əsas xüsusiyyəti dəqiq hərəkət qrafiki və tam avtomatlaşdırılmış sistemdir. Qatarlar maşinistsiz hərəkət edir. Qatarlar arasındakı interval təxminən 4-5 dəqiqədir. Yəni sərnişin qatarı orta hesabla 4-5 dəqiqə gözləyir”, - deyə o qeyd edib.

“Tarlan Astana” GoA4 texnologiyası əsasında fəaliyyət göstərir. Bu, dəmir yolu nəqliyyatında avtomatlaşdırmanın ən yüksək - dördüncü səviyyəsidir. Sistem qatarların hərəkətini, sürətlənməsini, tormozlanmasını və qapıların açılıb-bağlanmasını avtomatik idarə edir. Eyni zamanda, sistemin işinə dispetçer mərkəzindən nəzarət olunur və zərurət yarandıqda əl ilə idarəetmə imkanı da nəzərdə tutulub.

Sərnişinlər gedişhaqqını müxtəlif üsullarla ödəyə bilərlər. Stansiyalarda quraşdırılan bilet satış avtomatlarından birdəfəlik bilet almaq, nəqliyyat kartı əldə etmək və ya onun balansını artırmaq mümkündür.

“Gedişhaqqını nağd şəkildə, bank kartı və ya mobil ödəniş vasitəsilə ödəmək olar. Sərnişinlər, həmçinin növbə gözləmədən QR-kod vasitəsilə bilet alaraq turniketdən keçə bilərlər”, - deyə Bauırjan Medralı bildirib.

Sərnişinlər yeni nəqliyyat növünün əsas üstünlükləri sırasında sürət və rahatlığı qeyd edirlər.

“Mən LRT-dən fəal istifadə edirəm. Bu nəqliyyat şəhərin bir hissəsindən digərinə daha sürətli çatmağa imkan verir. Avtobusla yol təxminən yarım saat çəkdiyi halda, LRT ilə eyni məsafəni 5-10 dəqiqəyə qət etmək mümkündür”, - deyə sərnişin Aynur Kojaxmetova AZƏRTAC-a bildirib.

Bütün xətt üzrə səfər təxminən 40 dəqiqə çəkir. “Tarlan Astana”dan hər gün 70 mindən çox sərnişin istifadə edir.

Sistem Astananın iqlim şəraitinə, o cümlədən qış aylarında müşahidə olunan son dərəcə aşağı temperaturlara uyğunlaşdırılıb. Səs-küy və vibrasiyanın azaldılması üçün birləşməsiz relslərdən, vaqonların gücləndirilmiş izolyasiyasından və rezin elementlərlə təchiz olunan xüsusi təkərlərdən istifadə edilir.

“Tarlan Astana” yüngül relsli nəqliyyat sisteminə verilmiş rəsmi addır. Bundan əvvəl LRT ifadəsi nəqliyyat növünün və layihənin texniki adı kimi istifadə olunurdu, sistemin ayrıca rəsmi adı yox idi.

“Тarlan” sözü qazax tarixi-mədəni ənənəsində güc, azadlıq, sürət, dözümlülük və nəciblik kimi anlayışlarla assosiasiya olunur.

Birinci xətt gələcəkdə yüngül relsli nəqliyyat şəbəkəsinin genişləndirilməsi üçün baza hesab olunur. Sistemin ikinci mərhələsinin inkişafı çərçivəsində ümumi uzunluğu təxminən 26,5 kilometr olan və 20 stansiyanı əhatə edəcək yeni istiqamətlərin yaradılması nəzərdən keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib  

14:53
20 Sentyabr

Dövlət Suverenliyi Günü: tarixi ədalətin bərpası və milli iradənin təntənəsi

14:26
20 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14:23
20 Sentyabr

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub  

13:49
20 Sentyabr

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

13:35
20 Sentyabr

Bu gün Qarabağda 30 illik arzularımızın gerçəkləşmiş mənzərəsi canlanır  

13:19
20 Sentyabr

Azərbaycanda Neftçilər Günü qeyd edilir 

13:16
20 Sentyabr

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın 

13:15
20 Sentyabr

23 saat 43 dəqiqə… 

12:49
20 Sentyabr

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb  

12:47
20 Sentyabr

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb  

12:46
20 Sentyabr

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

11:46
20 Sentyabr

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

11:12
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!