14 İyun 2025 16:57
968
İQTİSADİYYAT
A- A+
Son beş il ərzində Türkiyə ilə D-8 ölkələri arasında ticarət dövriyyəsi 126,6 milyard dollar təşkil edib

Son beş il ərzində Türkiyə ilə D-8 ölkələri arasında ticarət dövriyyəsi 126,6 milyard dollar təşkil edib

Türkiyə ilə İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv ölkələr arasında 2020-2024-cü illər üzrə ticarət dövriyyəsi ümumilikdə 126,6 milyard ABŞ dolları təşkil edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatlarına görə, 2020-2024-cü illəri əhatə edən beş ildə bu ölkələrə ümumilikdə 60,7 milyard dollar dəyərində ixracat həyata keçirilib, həmin dövrdə bu ölkələrdən 65,9 milyard dollarlıq məhsul idxal olunub. Beləliklə, Türkiyə ilə təşkilat üzvü ölkələr arasında beşillik ümumi ticarət həcmi 126,6 milyard dollar olub.

Məlumata əsasən, Türkiyə bu dövrdə ən çox ixracatı Misirə edib. Beləliklə, 2020-2024-cü illərdə Türkiyə ilə Misir arasında ticarət həcmi 34,3 milyard dollar təşkil edib.

Bu ilin birinci rübündə Türkiyədən D8 ölkələrinə 4,1 milyard dollar dəyərində ixracat həyata keçirilib, bu ölkələrdən isə 5,4 milyard dollarlıq idxal reallaşıb. Beləliklə, dövr ərzində ümumi ticarət həcmi 9,5 milyard dollar olub.

Türkiyənin D8 ölkələri ilə müdafiə sənayesi, kənd təsərrüfatı, enerji kimi bir çox sahədə ortaq layihələri və əməkdaşlıqları mövcuddur.

Bu çərçivədə son günlərdə Türkiyə ilə İndoneziya arasında imzalanan razılaşma ilə, Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan 48 ədəd KAAN yerli döyüş təyyarəsinin bu ölkəyə ixracına yol açılıb. Razılaşmaya əsasən, İndoneziyanın yerli imkanlarının da istehsalda istifadə olunacağı gözlənilir.

Bundan əlavə, Türkiyə ilə İndoneziya arasında fövqəladə hallar və təbii fəlakətlərin idarə olunması sahəsində əməkdaşlıq üçün də niyyət protokolu imzalanıb.

Türkiyə, D8 üzvü Misirlə ötən il imzalanan 17 niyyət protokolu çərçivəsində əhəmiyyətli əməkdaşlıqları həyata keçirməyi planlaşdırır. Bu çərçivədə iki ölkə xüsusilə dəmir yolu və kənd təsərrüfatı sahələrində əməkdaşlığın artırılmasına, səhiyyə və enerji sahələrində ortaq işlərin inkişaf etdirilməsinə diqqətini cəlb edib.

Bundan əlavə, HAVELSAN ilə Misirdəki Ərəb Sənaye Təşkilatına bağlı olan Kadir Zavodu arasında bu ilin əvvəlində anlaşma imzalanıb. Razılaşmaya əsasən, Türkiyə tərəfinin texniki və lisenziya dəstəyi ilə zavodda pilotsuz quru nəqliyyat vasitələrinin istehsalı planlaşdırılır.

Türkiyənin Malayziya, Nigeriya və Pakistan kimi ölkələrdə tikinti sektorunun infrastruktur layihələrinə material və texnologiya dəstəyi də göstərilir.

Qeyd edək ki, Türkiyənin təşəbbüsü ilə 1997-ci il iyunun 15-də yaradılan D8, prinsipləri və əhatə etdiyi coğrafi məkanla qlobal bir quruma çevrilib. Türkiyənin yanaşı Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistanla birlikdə, ötən il Misirin paytaxtı Qahirədə keçirilən 11-ci Zirvə toplantısında üzv kimi qəbul edilən Azərbaycan da bu təşkilatda təmsil olunur. Beləliklə, təşkilatın 9 üzv dövləti var.

Tarixi və mədəni bağlara sahib olan bu ölkələrin iqtisadi əməkdaşlığını artırmağı qarşısına məqsəd qoyan təşkilat, ticarətdən sənayeyə, texnologiyadan nəqliyyata qədər bir çox sahədə yeni imkanlar yaratmaq üçün fəaliyyətini davam etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:17
18 İyul

Azərbaycan nefti 91 dollara satılır

09:23
18 İyul

Bilmək istəyirəm

09:05
18 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb

09:00
18 İyul

Azərbaycanın KOBİA modeli: bir ideyanın bir çox üstünlüyü

08:55
18 İyul

Uzaq Çin "yaşıl enerji" gündəliyində Azərbaycana yaxın tərəfdaşdır

08:50
18 İyul

Azərbaycan-ABŞ münasibətləri: Siyasi bəyanatlardan praktik əməkdaşlığa

08:45
18 İyul

Azərbaycan-ABŞ əlaqələri regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir

08:40
18 İyul

Sarsılmaz birliyi təmin edən siyasət

08:35
18 İyul

"Kəssə hər kim tökülən qan izini"

08:30
18 İyul

Baş prokuror Samux rayonunda vətəndaşları qəbul edib

08:25
18 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

08:20
18 İyul

Heydər Əliyevin xalqımıza əmanət etdiyi hərbi təhsil ocağı

08:15
18 İyul

Qurtuluşun başlanğıcı

08:10
18 İyul

Yüksək etimad və inam ünvanı

08:05
18 İyul

Şuşa Forumu: müdrikliyin və qətiyyətin təntənəsi

08:00
18 İyul

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:04
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!