28 İyun 2013 01:06
424
Mədəniyyət
A- A+
Siyavuş Məmmədağa oğlu Aslan

Siyavuş Məmmədağa oğlu Aslan

 

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli teatr və kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Siyavuş Məmmədağa oğlu Aslan 2013-cü il iyun ayının 27-də ömrünün 78-ci ilində vəfat etmişdir.

Siyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakı şəhərində anadan olmuşdur. O, 1963-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda musiqili komediya aktyorluğu ixtisası üzrə ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan Dövlət Estrada  Birliyində başlayan Siyavuş Aslan 1958-1959-cu illərdə Quba Dövlət Dram Teatrında, 1959-1984-cü illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984-1994-cü illərdə isə Azərbaycan Akademik Milli Dram Teatrında aktyor vəzifəsində çalışmışdır. 1994-cü ildə o, Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edilmişdir. 1996-cı ildə Siyavuş Aslan yenidən Akademik Milli Dram Teatrına qayıtmış və ömrünün sonunadək taleyini bu sənət ocağı ilə bağlamışdır.

Müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan Siyavuş Aslan zəngin yaradıcılıq palitrasına malik sənətkarlardandır. O, milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr vermişdir. Sənətkarın çoxsaylı tamaşalarda və bədii filmlərdə öz improvizə məharəti sayəsində ustalıqla canlandıraraq xarakter səviyyəsinə qaldırdığı obrazlar yüksək komizmi, incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnmişdir. Aktyor təkrarolunmaz fərdi ifadə üslubu və manerasında teatr mədəniyyətimizin yumor ənənələrini bütün yaradıcılığı boyu bədii-estetik prinsiplərə uyğun, novatorcasına davam etdirmişdir.

Siyavuş Aslan qədim ənənələrə malik Azərbaycan teatr məktəbi irsinə daim sadiq qalaraq musiqili teatrın janr özünəməxsusluğunu milli zəmində inkişaf etdirmişdir. O, həmişə səhnədə öz ifa tərzinə xüsusi incəliklərlə yeni çalarlar əlavə etməklə çıxışlarını teatrsevərlər üçün estetik zövq mənbəyinə çevirməyi bacarırdı. Sənətkarın hər dəfə yeni səhnə həyatı verdiyi qəhrəmanlar özünəməxsus davranış tərzləri, şux danışıqları ilə tamaşaçıların yaddaşında silinməz izlər qoymuşdur. Siyavuş Aslan yaradıcılığında cəmiyyətin diqqət mərkəzində olan problemləri bütün dərinlikləri ilə tamaşaçının yaddaşında həkk etdirə bilmişdir.

Azərbaycan kinosunun inkişafında Siyavuş Aslanın böyük xidmətləri vardır. Onun ekranda canlandırdığı rəngarəng surətlər səmimiliyi və inandırıcılığı ilə seçilərək uğurlu tale yaşamışdır. Televiziya tamaşalarında yaratdığı personajlar isə bu gün də əsl sənət nümunələri kimi milli televiziyanın fondunda qorunub saxlanılmaqdadır. Siyavuş Aslanın teatr və  kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün əsl sənət məktəbi olmuşdur.

Azərbaycan teatrı və kino sənətinin inkişafında xüsusi xidmətlər göstərmiş Siyavuş Aslanın əməyi daim yüksək qiymətləndirilmişdir. O, bir çox mükafat və fəxri adlar almış, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltifləri olan "Şərəf", "Şöhrət"  ordenlərinə və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülmüşdür.

Görkəmli sənətkar, istedadlı gülüş ustası, qayğıkeş insan Siyavuş Aslanın əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Əbülfəs Qarayev, Azər Paşa Nemətov, Şəfiqə Məmmədova, Eldar Quliyev, Vaqif Mustafayev, Amaliya Pənahova, Afaq Bəşirqızı, İlham Əhmədov, Ramiz Məlikov, Firəngiz Mütəllimova, Bəsti Cəfərova, İsrafil İsrafilov

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında

01:54
06 İyun

Su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında

01:53
06 İyun

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib  

22:28
05 İyun

Putin Zelenski ilə mümkün görüş barədə danışıb  

22:01
05 İyun

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

21:54
05 İyun

Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün mühümdür

21:38
05 İyun

 «Sabah”ın gənc ulduzu Avropada parlayır  

21:29
05 İyun

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

21:28
05 İyun

Dünya Bankı: Mayda “Brent” neftinin orta qiyməti əvvəlki ayla müqayisədə 10,7 faiz azalıb  

21:19
05 İyun

İnvestisiya Portalında yerləşdirilən layihələrin sayı 173-ə çatıb

21:13
05 İyun

“Baku Steel Company” Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor qismində iştirak edib  

21:01
05 İyun

Almaniya banklarında milyardlarla avro “unudulub”

20:51
05 İyun

ABŞ-də “Obama Prezident Mərkəzi”nin açılışı olacaq

20:41
05 İyun

Almaniyada milyonçuların sayı artır  

20:32
05 İyun

Dünyada ilk: süni intellekt tərəfindən hazırlanan vaksin insanlar üzərində sınaqdan keçirildi

20:24
05 İyun

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

20:20
05 İyun

İslam iqtisadiyyatında böyük artım: xərclər 2,6 trilyon ABŞ dollarına çatdı

20:13
05 İyun

Qərbi Balkanlarda Avropa İttifaqı həyəcanı

20:06
05 İyun

 “Apple”ın növbəti hədəfi ağıllı eynəklərdir

19:58
05 İyun

Ağdam Sənaye Parkının yeni rezidenti plastik tullantıların təkrar emalı layihəsi həyata keçirəcək

19:51
05 İyun

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

19:49
05 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!