23 Aprel 2026 21:02
174
SİYASƏT
A- A+
Azərbaycan - Latviya münasibətləri: strateji tərəfdaşlıqdan praktik iqtisadi inteqrasiyaya keçid

Azərbaycan - Latviya münasibətləri: strateji tərəfdaşlıqdan praktik iqtisadi inteqrasiyaya keçid


Latviyanın Prezidenti  Edqars Rinkeviçsin  Azərbaycana rəsmi səfəri Bakı ilə Riqa arasında ikitərəfli münasibətlərin arxitekturasında keyfiyyət dəyişikliklərinin mühüm göstəricisidir. Bu gün Azərbaycan və Latviya Baltikyanı region və Cənubi Qafqaz arasında strateji yaxınlaşma inkişaf etdirir, dəyişən geosiyasi reallıqda siyasi dialoqun, iqtisadi əməkdaşlığın və regionlararası əlaqənin yeni səviyyəsini qurur.

Bakıda verilən rəsmi bəyanatlardan da aydın oldu ki, söhbət sadəcə əlaqələrin saxlanmasından deyil, onların yeni səviyyəyə qaldırılmasından gedir. Qeyd etmək lazımdır ki, Azərbaycan və Latviya arasında diplomatik münasibətlər 1994-cü ildə, hər iki ölkənin müstəqilliyini bərpa etməsindən qısa müddət sonra qurulub. Uzun müddət bu əlaqələr əsasən ümumi Avropa və postsovet çərçivələrində inkişaf etmiş, intensiv ikitərəfli əməkdaşlıq səviyyəsinə tam çıxmamışdı. Bununla belə, hər iki ölkə oxşar başlanğıc şərtlərə malik idi: siyasi sistemlərin transformasiyası, beynəlxalq institutlara inteqrasiya və davamlı iqtisadi inkişaf modellərinin axtarışı. Latviya Avropa İttifaqı və NATO-ya üzv olmaqla Avroatlantik inteqrasiyanı seçdiyi halda, Azərbaycan daha çevik, çoxvektorlu xarici siyasət kursunu üstün tutdu.

Məhz bu fərqlər uzun müddət münasibətlərin dərinləşməsini məhdudlaşdırırdı. Lakin son illərdə vəziyyət dəyişməyə başladı. Doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi təməl rolunu oynayır. Bu, hər iki ölkənin yüksək səviyyədə əməkdaşlığına və lazımsız gecikmələr olmadan tərəfdaşlığı genişləndirməsinə imkan verən hüquqi çərçivə yaratmışdır.  Azərbaycanın enerji siyasəti, Avropanın enerji təhlükəsizliyində oynadığı rol və Cənubi Qafqazın artan geosiyasi əhəmiyyəti Bakını Baltik ölkələri də daxil olmaqla Aİ ölkələri üçün mühüm tərəfdaşa çevirmişdir. Və bunu hazırkı səfərin nəticələri aydın şəkildə təsdiqləyir. 

Bakıda təhlükəsizlik və daxili işlər orqanlarının əməkdaşlığı, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, konsulluq sahəsi, fitosanitar nəzarət və sərhəd əməkdaşlığını əhatə edən sənədlər paketi imzalandı. Bu isə göstərir ki, əməkdaşlıq artıq bəyanatlar səviyyəsini aşaraq konkret planlar, müddətlər və institusional mexanizmlərlə praktik müstəviyə keçir.

Qeyd edilməlidir ki, Azərbaycan-Latviya münasibətlərinin indiki mərhələsi praqmatizm üzərində qurulur. Tərəflər konkret faydalara – ticarətə, logistika imkanlarına, təhlükəsizliyə və kənd təsərrüfatına fokuslanır. Qlobal sistemin transformasiyası fonunda məhz belə praqmatik tərəfdaşlıqlar daha dayanıqlı olur. Azərbaycan Baltik regionunda mövqelərini gücləndirməklə xarici siyasət və iqtisadi əlaqələrini şaxələndirir.

Səfər çərçivəsində investisiya perspektivlərinin və birgə layihələrin müzakirə olunduğu biznes-forumunun keçirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Biznes-forumda  çıxış edən  dövlətimizin başçısı  Azərbaycanın biznes mühitinin əsaslarından danışdı. Siyasi sabitlik, proqnozlaşdırıla bilənlik, investisiyalara açıqlıq, nəqliyyat əlçatanlığı və geniş bazarlara çıxış - Azərbaycan son bir neçə ildə bütün bunları məqsədyönlü şəkildə qurur və indi tərəfdaşlarına hazır həll yolu təklif edə bilər. “Biz Azərbaycanda ölkəni tamamilə neft və qazdan asılı olan bir dövlətdən öz iqtisadiyyatının şaxələndirilməsi prosesi ilə fəxr edə biləcək bir ölkəyə çevirmək üçün çox işlər gördük. Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, son dörd-beş il ərzində sürətli artımın şahidi olarıq. ÜDM-də qeyri-neft sənayesinin payı 50 faizdən artaraq 70 faizi keçib və bu proses davam edir. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır”- deyə Prezident İlham Əliyev bildirib.

Rəqəmlər bu dinamikanı təsdiqləyir: son iki onillikdə ölkə iqtisadiyyatına 350 milyard dollardan çox investisiya qoyulub ki, bunun da təxminən yarısı xarici investisiyalardır. Bu, Aİ ölkələri də daxil olmaqla, xarici tərəfdaşlarla etimad yaradır. Azərbaycan uzun müddətdir ki, Avropa üçün mühüm enerji tərəfdaşı olub və bu rol getdikcə daha da güclənir. Bu gün Azərbaycan qaz ixrac edir və yaşıl enerji bazarına böyük bir girişə hazırlaşır. 2032-ci ilə qədər ölkə 8 qiqavatt günəş, külək və su elektrik stansiyası istehsal gücünü istismara verməyi planlaşdırır. Bu, qlobal tələbatın xüsusilə yüksək olduğu bir vaxtda ixrac üçün əhəmiyyətli miqdarda təbii qaza qənaət deməkdir.  Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Cənab İlham Əliyevin dediyi kimi: “Biz ən böyük hasilatçı və ixracatçı deyilik, bizdən daha böyük oyunçular var. Lakin boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında təchizat coğrafiyasına görə biz birinciyik”. Bu gün ölkə tərəfdaşlarına şaxələndirilmiş iqtisadiyyat, etibarlı enerji, inkişaf etmiş tranzit infrastrukturu və balanslaşdırılmış xarici siyasət təklif edir.

Dövlət başçımızın mətbuata verdiyi bəyanatda mühüm  məsələlərdən biri də ölkə prezidentlərinin Cənubi Qafqaz və Baltik regionda təhlükəsizlik məsələlərini, regional inkişafı və ətrafımızda baş verən hadisələri müzakirə etməsi ilə əlaqədar idi.  Hazırda  dünyada baş verən geosiyasi və hərbi proseslər   fonunda əsas  prioritetlərdən biri sülh və təhlükəsizliyin,  rifahın  təmin olunması üçün göstərilən səylərdir.   Azərbaycanla Ermənistan arasında  perspektivli sülh prosesindən bəhs edən Prezident İlham Əliyev bildirdi: “Bu nümunə göstərir ki, məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir: Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasında istədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz. Düşünürəm ki, həmin nümunə hələ də müharibədə olan ölkələr üçün vacib ola bilər”. Dövlət başçısının bu fikirləri xüsusilə hərbi əməliyyatlar, müharibə aparan ölkələr üçün, sülh və təhlükəsizlik üçün mühüm çağırışdır. Çünki, biz müharibəni, onun ağır fəsadlarını, faciəli nəticələrini yaşayan bir ölkə və xalq olaraq   bilirik ki, sülhün, xüsusi ilə ədalətli sülhün alternativi yoxdur. 

Beləliklə, Beynəlxalq və regional arxitekturanın transformasiyası fonunda Azərbaycan etibarlı enerji tərəfdaşı, Avropa ilə Asiya arasında mühüm tranzit qovşağı və Cənubi Qafqazda sabitlik amilidir. Azərbaycan üçün  Baltik ölkələri Şimali Avropa və Skandinaviya məkanına çıxış imkanı, həmçinin Aİ daxilində müəyyən istiqamətlər üzrə tərəfdaş deməkdir. Bütün bunların fonunda əsas nəticə aydındır: Azərbaycan sadəcə əlaqələrin coğrafiyasını genişləndirmir, eyni zamanda Baltik regionunun getdikcə daha mühüm yer tutduğu keyfiyyətcə yeni beynəlxalq münasibətlər sistemi formalaşdırır.

Hicran Hüseynova,

 Milli Məclisin komitə sədri, professor  


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan - Latviya münasibətləri: strateji tərəfdaşlıqdan praktik iqtisadi inteqrasiyaya keçid

21:02
23 Aprel

Cuan Junven: Çin Azərbaycanla bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa böyük önəm verir  

18:03
23 Aprel

Azərbaycan Kuboku: “Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı

17:49
23 Aprel

Ukrayna dronları Donetskdə Rusiya FTX-nin komanda məntəqəsini məhv edib  

17:48
23 Aprel

BMT Sinqapurda narkotiklə əlaqəli edamların sayından narahatdır

17:35
23 Aprel

13 Yunanıstan millət vəkilinin toxunulmazlığı ləğv edilib

17:29
23 Aprel

ABŞ Prezidenti Hörmüz boğazına mina yerləşdirən kiçik qayıqların məhv edilməsinə dair əmr verib  

17:14
23 Aprel

Avropada satılan yanacaq qiymətlərində kəskin fərq qeydə alınıb

17:09
23 Aprel

Britaniyalı dalğıclar Hörmüz boğazında minaları təmizləməyə hazırlaşırlar  

17:07
23 Aprel

Rza Pəhləvi Berlində hücuma məruz qalıb

16:59
23 Aprel

Media: ABŞ-nin hüquq-mühafizə orqanlarında 4 mindən çox iş yeri ixtisar edilib

16:50
23 Aprel

Kreml: Yaxın Şərq böhranına baxmayaraq, OPEC+ hasilatda dəyişikliyi nəzərdə tutmur

16:48
23 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

16:43
23 Aprel

BTQ-nin təşkil etdiyi beynəlxalq konfrans dünya mediasında

16:39
23 Aprel

Hesablama Palatası nəqliyyat vasitələrinin icbari sığortasının təhlilini aparıb

16:29
23 Aprel

Dövlət Neft Fondunun dollar portfelinin 35 faizindən çoxunu qızıl investisiyaları təşkil edir

16:25
23 Aprel

Bahar Muradova: Memarlıq və şəhərsalma prosesində qadınların rolu genişlənməlidir

16:25
23 Aprel

Ukraynada liseylərə qarşı terror hücumlarının qarşısı alınıb

16:24
23 Aprel

ARDNF yanvar-mart aylarında dövlət büdcəsinə 3,2 milyard manat transfert edib

16:23
23 Aprel

Bakı metropolitenində qatarların hərəkəti tam bərpa olunub

16:22
23 Aprel

Dövlət Neft Fondunun aktivləri 125 milyard manat təşkil edib

16:21
23 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!