24 Aprel 2026 08:55
189
İQTİSADİYYAT
A- A+
Neftçalada nohur balıqçılığının perspektivləri müzakirə edilib

Neftçalada nohur balıqçılığının perspektivləri müzakirə edilib


Neftçalada rayon icra hakimiyyətinin dəstəyi, təşəbbüsü və Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinin, agentliyin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin birgə təşkilatçılığı ilə "Akvakultura sahəsində nohur balıqçılıq təsərrüfatlarının inkişaf perspektivləri" mövzusunda maarifləndirici tədbir keçirilib. 

Neftçala rayonunda fəaliyyət göstərən balıqçılıq təsərrüfatlarının nümayəndələrinin, fermer və sahibkarların, adı-çəkilən qurumların nümayəndələrinin iştirakı ilə keçirilən maarifləndirici tədbirdə balıqçılıq təsərrüfatlarının yaradılması, su hövzələrinin seçilməsi və balıqçılıq təsərrüfatlarının təşkili, akvakultura sahəsində səmərəli idarəetmə və ekoloji yanaşmalar, su təminatı, sudan istifadə ilə bağlı su müqavilələrinin bağlanması, akvakultura obyektlərinə əmtəə yetişdirilməsinə dair şəhadətnamələrin verilməsi barədə danışılıb. Sonra Balıqçılıq və Akvakultura Mərkəzinin direktor müavini Elşən Məcidov təmsil etdiyi qurumun yaranması və fəaliyyəti, balıqçılıq təsərrüfatlarının inkişafı ilə bağlı "Balıqçılıq haqqında" qanunun, Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli qərarı ilə təsdiq edilmiş "Akvakulturanın həyata keçirilməsi Qaydası"nın müvafiq bəndləri üzrə ətraflı məlumat verib. Regional Su Meliorasiya Xidmətinin sektor müdiri Ömər İsmayılov isə yerlərdə fəaliyyət göstərən Su Meliorasiya Sistemləri İstismarı İdarəsi tərəfindən xidmət sahəsinə daxil olan suötürücü su kanalları vasitəsilə nohur təsərrüfatlarına suyun nohur təsərrüfat sahibləri ilə bağlanmış müqavilə əsasında verilməsinin hüquqi əsasları, sudan istifadə ödənişləri, qanunsuz sudan istifadə hallarının yaratdığı fəsadlar və bu istiqamətdə görülən tədbirlər barədə söhbət açıb. Tədbirdə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin sektor müdiri Zaur Kərimov da çıxış edib. O, "Meliorasiya və İrriqasiya haqqında" qanunun tələbləri, suların su obyektlərindən götürülməsinin, nəql edilməsinin, paylanmasının mahiyyəti, su obyektlərinə qanunsuz müdaxilələrin hüquqi tərəfləri barədə vacib məqamlara toxunub. 

Sonra Neftçala Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Təbriz Eyyubov çıxış edərək 2026-cı ilin məhsulu üçün əkilməsi planlaşdırılan 38 min 158 hektar əkin sahəsinin suvarılması məqsədilə nəzərdə tutulan illik 401,7 min kubmetr suyun həcminə uyğun olaraq əkin işlərinin planlaşdırıldığını diqqətə çatdırıb.

Tədbirin sonunda yığıncaq iştirakçılarının təklif və fikirləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi formatında müzakirələr aparılıb. 


Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün narkotiklərlə əlaqəli 43 fakt müəyyən edilib

11:41
24 Aprel

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?

11:40
24 Aprel

Qızılın qiyməti həftə ərzində 3 faizdən çox ucuzlaşıb  

11:38
24 Aprel

“I Yaşıl İqtisadiyyat” Beynəlxalq Forumu keçirilib

11:36
24 Aprel

Kamran İmanov: İnnovasiya ekosistemi böyük və mürəkkəb sistem kimi bir sıra amillərin qarşılıqlı təsirindən asılıdır  

11:25
24 Aprel

“Sələmçilik” riskləri artırır: Ali Məhkəmə vətəndaşlara xəbərdarlıq edir  

11:16
24 Aprel

USQ Baş Qərargahı: Rusiyanın hücumu Kupyansk rayonunda logistika təchizatını çətinləşdirib

11:12
24 Aprel

“İnnovasiya Potensialına Baxış 2026”: Ölkələrin yalnız 10 faizi öz texnoloji potensialını tam şəkildə reallaşdırır  

11:06
24 Aprel

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ

10:58
24 Aprel

Azərbaycan-Latviya münasibətlərində yeni səhifə açılır

10:52
24 Aprel

“Brent” neftinin qiyməti həftə ərzində 18 faiz bahalaşıb

10:49
24 Aprel

Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb

10:46
24 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb 

10:31
24 Aprel

Dünya birjalarında neft bahalaşıb

10:27
24 Aprel

Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib

10:21
24 Aprel

Azərbaycan nefti 112 dollara satılır

10:09
24 Aprel

Odessaya dron hücumu olub, ölənlər və yaralılar var

09:51
24 Aprel

Ağdam sakini: Doğma yurduma qovuşmaq mənə sonsuz xoşbəxtlik bəxş edir

09:49
24 Aprel

Keçmiş məcburi köçkün: Uzun illər davam edən yurd həsrətimiz sona çatdı

09:40
24 Aprel

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

09:39
24 Aprel

CNN: ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirməyi araşdırır

09:38
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!